Tehrandakı Britaniya səfiri İrana qarşı əsassız ittihamlara etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Tasnim News-un məlumatına görə, İranın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa Departamentinin baş direktoru və nazir köməkçisi Əlirza Yusifi tərəfindən çağırılaraq, ona Britaniya hökumətinin “İran xalqına qarşı uyğunsuz yanaşması” ilə bağlı İran İslam Respublikasının etirazı təqdim edilib.
İran Xarici İşlər Nazirliyinin yazılı notasını təqdim edən Əlireza Yusifi, Britaniya hakimiyyətinin İranın İngiltərədə təhlükəsizlik əleyhinə hərəkətlər etmək cəhdləri ilə bağlı iddialarına etiraz olaraq, bu cür ittihamların beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Yusifi deyib ki, Böyük Britaniyanın aparteid və İsrail rejimi tərəfindən maliyyələşdirilən və idarə olunan, əsas rolu zorakılığa və terrorizmə təhrik etmək olan terror şəbəkələri üçün platforma təmin etməyə davam etməsi Böyük Britaniyanın beynəlxalq hüquqi öhdəliklərini pozur və mümkün qədər tez buna son verməlidir.
SAMİRƏ