Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olunub. Uşaqlar üçün hazırlanmış “ Atillanın yeni sərgüzəştləri” kitabında Atilla Paşa oğlu Zülfüqarlının ağıllı və məntiqli söhbətləri toplanıb.
2023-cü ildə nəşr olunmuş “Atillanın Sərgüzəştləri” kitabının davamı olan bu kitabda Atillanın 3 yaşından 6 yaşına qədər dediyi mənalı, fəlsəfi, diplomatik sözlər, həmçinin foto şəkillər yer alıb. Onun “Mənim etdiyim hörmət, sənin etdiyin köməkdir”, “Gecə-gündüz, fəsillər necə əmələ gəlməsinin izahı”, “İngiltərə İrlandiya nə dost, nə də düşmən ölkələrdi”, “Türkiyə Azərbaycanın, Amerika İrlandiyanın dostudur”, “Azərbaycan bayrağı üç rəngli deyil, dörd rənglidir, yəni mavi, qırmızı, yaşıl, bir də ağ rənğdə olan ay ulduz”, “İnsan dünyaya gəlir, yaşayır, qocalır, sonra rəhmətə gedir?” və s. bu kimi söylədiyi məntiqli fikirlər və verdiyi suallar böyükləri dərindən düşündürür.
Bunlardan əvvəl isə müəllifin Sima Ramazanlıya həsr etdiyi “Nəvələrin tacı” adlı uşaqlara aid kitabı nəşr olunub. Bu ilin payızında isə balaca Muradın üç yaşı münasibəti ilə kitab da nəşrə hazırlanır.
İRADƏ