İran mediasının məlumatına görə, ölkənin cənub hissəsində enerji infrastrukturu obyektlərinin yaxınlığında bir sıra yeni partlayışlar baş verib. Mehr xəbər agentliyi partlayışların ölkənin ən böyük limanı olan Buşehrdə, nüvə elektrik stansiyasının yerləşdiyi yerdə və Konarak şəhərində eşidildiyini bildirir. Daha sonra IRNA xəbər agentliyi Buşehr hakimiyyətinə istinadən şəhərdə eşidilən partlayışların hava hücumundan müdafiə sistemlərinin vaxtında işə salınmasının nəticəsi olduğunu bildirib.
Bu barədə Buşehr əyalətinin siyasi məsələlər və təhlükəsizlik üzrə qubernator müavini Ehsan Cahaniyan məlumat verib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ prezidenti Donald Tramp atəşkəsin artıq qüvvədə olmadığını elan etdi. Bundan sonra ABŞ ordusu İran şəhərlərinə bir neçə zərbə endirdi. Hədəflər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mövqeləri, hava hücumundan müdafiə sistemləri, sahil radar stansiyaları və gəmi əleyhinə raket buraxılış sistemləri var idi.
SAMİRƏ