ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı aparıb və ona Fars körfəzindəki ABŞ hərbi əməliyyatları barədə məlumat verib.
Bu barədəThe Times of Israel qəzeti İsrail baş nazirinin ofisinə istinadən xəbər verib.
Xəbərə görə, İsrail lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsraillə bağlı tənqidi açıqlamalarını da dilə gətirib.
Netanyahu, həmçinin, İsrailin sərhədləri boyunca bufer zonalarını saxlamasının vacibliyini vurğulayıb. Bu, İsrail qoşunlarının Livanın cənubundakı sözdə "pilot zonalar"dan çıxarılmasında irəliləyişlər barədə məlumatlar fonunda baş verib və bu zonaların sonda Livan ordusunun nəzarətinə keçirilməsi gözlənilir.
İsrail Baş nazirinin ofisinin açıqlamasına görə, Tramp və Netanyahu regional məsələlərdə əlaqələndirməni davam etdirmək barədə razılığa gəliblər.
SAMİRƏ