ABŞ ilə İran arasında gərginliyin artması fonunda arxa planda diplomatik danışıqlar da davam edir. CNN-in ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ qəsdən (İrana) zərbə endirir və sonra eskalasiyanın qarşısını almaq və diplomatiyanın irəliləməsinə imkan vermək üçün fasilə verir.
Məlumatlara görə, Qətər, Pakistan, Misir və Səudiyyə Ərəbistanı rəsmiləri çərşənbə günü gərginliyi azaltmaq üçün ABŞ və İran rəsmiləri ilə çoxsaylı telefon danışıqları aparıblar.
"Əvvəlcə hər iki tərəfi gərginliyi azaltmağa inandırmaq və daha sonra texniki qruplar arasında yeni danışıqlar raundu üçün tarix təyin etmək üçün geniş diplomatik səylər göstərilir" – deyə vasitəçilik prosesində iştirak edən regional mənbə bildirib.
O da bildirilir ki, Qətər vasitəçiləri ABŞ-la İran arasındakı gərginliyi azaltmaq və texniki danışıqların bərpasına başlamaq məqsədilə Tehrana səfər edib.
Tahir TAĞIYEV