Türkiyə bir neçə il əvvəl Rusiyadan aldığı S-400 zenit-raket sistemlərini bir Fars körfəzi ölkəsinə satıb. Belə bir iddia Türkiyənin "Hürriyet" qəzeti tərəfindən ortaya atılıb.
Nəşrin köşə yazarı Əbdülkadir Selvi bu barədə razılaşmanın bu gün açıqlanacağını iddia edib: "Məndə olan məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb. Saziş bu gün açıqlanacaq. S-400-lər Fars körfəzi ölkəsinə göndərilir. Dünən bəzi problemlərin həlli üçün işlər gedirdi və bildirilir ki, onlar gecə yarısına qədər həll olunub. Bəziləri Birləşmiş Ərəb Əmirliklərinin, digərləri isə Qətərin adını çəkir. Rəsmi açıqlamanı gözləmək ən yaxşısıdır".
"Oksijen" qəzeti isə S-400-ün mümkün alıcılarından birinin Birləşmiş Ərəb Əmirliklərini olduğunu bildirib.
Türkiyə hakimiyyəti hələlik nəşrlə bağlı şərh verməyib.
Qəzet bundan bir gün əvvəl isə, Ankaranın ABŞ-ı qane edəcək, CAATSA sanksiyalarının ləğvini təmin edəcək və F-35 yeni nəsil qırıcı təyyarələrinin istehsal proqramına qayıtmağa imkan tanıyacaq hüquqi həll yolu axtardığını bildirmişdi. Hava hücumundan müdafiə sisteminin Fars körfəzi ölkəsinə satışı müzakirə olunurdu. Oksijen öz növbəsində BƏƏ-ni S-400-ün ehtimal olunan alıcısı kimi göstərmişdi.
Tahir TAĞIYEV