Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova RT əməkdaşını terrorizm şübhəsi ilə saxlanmasından sonra Britaniya hakimiyyətinin Ukrayna liderinə qarşı sanksiyasının olmamasından təəccübləndiyini bildirib.
Zaxarova şəxsi Telegram kanalında Britaniya hakimiyyətinin hərəkətlərinə cavab verərək yazıb: "RT prodüseri Ceyms Skott Britaniyada terrorizm şübhəsi ilə saxlanılıb. Zelenski niyə Britaniyada saxlanılmayıb? O, hətta sosial obyektlərə və insanlara zərbə endirmək əmri verdiyini, neonasist quldurlarının isə həm hərbi, həm də mülki şəxsləri qaçırdığını, işgəncə verdiyini və öldürdüyünü də gizlətmir”.
"Vzglyad" qəzetinin xəbərinə görə, Zaxarova əvvəllər Volodimir Zelenskini öz vətəndaşlarına qarşı laqeydlikdə ittiham etmişdi. Bir neçə gün əvvəl isə diplomat Kiyev rejimini terrorçu xarakterli elan edib.
SAMİRƏ