ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin bitdiyini elan etməsindən sonra başlayan hücumlardan sonra Yaxın Şərqdə gərginlik yenidən artıb. İran qonşu ölkələrə qarşı cavab hücumları həyata keçirərək Küveyt, Bəhreyn və İordaniyanı hədəf alıb.
Dünən gecə isə İran dövlət mediası Buşehr əyalətində və Konarak liman şəhərindəki hərbi qərargahın hədəfə alındığını açıqlayıb. Ancaq ABŞ ordusu İrana gecə hücumlarına görə məsuliyyəti öz üzərinə götürməyib. “Al Jazeera”yə danışan ABŞ rəsmiləri hücumlara görə məsuliyyəti rədd etdilər. Hücumların Küveyt və Bəhreyn tərəfindən törədildiyi ehtimal edilir.
Bu arada, ABŞ və İran arasında yenidən baş verən toqquşmalar Hörmüz boğazında gəmiçilik trafikini dayandırıb və minlərlə dənizçinin dənizdə qalmasına səbəb olub.
Tahir TAĞIYEV