“İctimai Problemlərin Tədqiqi Assosiasiyası” (İPTA) “Qafqaz Islam Ordusunun qəhrəmanlıq tarixinin tədqiqi və təbliği” adlı layihənin icrasına başlayıb.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə 8 seminar keçirilməsi planlaşdırılır. Layihənin rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlıdır. Layihəyəyə lazırlıq ərəfəsində mövzu ilə bağlı bir kitab nəşr olunub, digər kitab isə nəşrdədir.
Layihənin məqsədi Azərbaycan xalqı qarşısında müstəsna xidməti olan Qafqaz İslam Ordusunun Gəncədən Bakıya qədər etdiyi zəfər yürüşü ilə vətəndaşları yaxından tanış etmək, sovet dövründə saxtalaşdırılmış tarixə obyektiv münasibəti ortaya qoymaq və Azərbaycan tarixinin ağ ləkələrdən təmizləməsinə kömək etməkdir.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilir.
Baki-xeber.com