Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanın milli-mənəvi dəyərlərinə müəlliflik hüquqlarımızın beynəlxalq müdafiə işi...

Image


Müəllif Hüquqları Agentliyi: “Erməni saxtakarlığı ilə bağlı mübarizə aparılır və ermənilərin bu əməlləri beynəlxalq səviyyədə ifşa edilir” 

“Bu materiallarda “Köçəri” ilə bağlı qərarın gələcəkdə ləğv edilməsi üçün zəruri addımlar atılmasının vacibliyi göstərilib”

 

Azərbaycan xalqına mənsub olan folklor örnəklərini, mədəniyyət və incəsənət nümunələrini mənimsəmək yolu tutan ermənilər xalqımıza qarşı bu istiqamətdə də terror həyata keçirib. Bu gün saysız atalar sözləri və məsəllərimiz, qədim şeir nümunələrimiz, nağıllarımız, dastanlarımız, qaravəllilərimiz ermənilər tərəfindən mənimsənilib, onlar həmçinin, milli geyimlərimizə, milli musiqi alətlərimizə də iddia ediblər.

Bu da bir faktdır ki, ermənilər Azərbaycan xalqına aid nümunələri UNESCO-nun Mədəni irs siyahısına daxil etməkdən də çəkinmirlər. Məlumdur ki, onlar Azərbaycan xalqının maddi və qeyri-maddi irs nümunələrinə iddialar irəli sürür, əqli mülkiyyətimizə göz dikirlər. Bir müddət əvvəl qədim Azərbaycan rəqsi “Köçəri”nin ermənilər tərəfindən UNESCO-ya daxil edilməsi bunlara sübutdur.

Qeyd edək ki, Azərbaycana aid mədəniyyət, incəsənət, folklor və digər nümunələrin ermənilər tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilməlidir.

Azərbaycan alimləri, eləcə də müxtəlif dövlət qurumları ermənilərin saxtakar əməllərinə qarşı mübarizələr aparsalar da, bu hələ istədiyimiz nəticəni verməyib. Kor tutduğunu buraxmadığı kimi, ermənilər də bizim əqli mülkiyyət nümunələrimizdən əl çəkmək istəmirlər. Ermənilər bizim mədəniyyətimizi, folklorumuzu və digər əqli mülkiyyət nümunələrimizi bütün dünyada öz adlarına təqdim etməkdə davam edirlər.

Ermənilər tərəfindən Azərbaycan xalqına məxsus maddi və qeyri-maddi nümunələrin mənimsənilməsi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi beynəlxalq səviyyədə nə kimi işlər görür?

Müəllif Hüquqları Agentliyindən “Bakı-Xəbər”ə verilən məlumata görə, agentliyin başlıca vəzifələrindən biri Azərbaycan müəlliflərinin və digər hüquq sahiblərinin, eləcə də xalqımıza məxsus qeyri-maddi irsin ölkə hüdudlarından kənarda qorunmasıdır. Agentlikdən aldığımız məlumata görə, bununla əlaqədar olaraq qurum beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verir: “Müəllif Hüquqları Agentliyi tərəfindən erməni saxtakarlığı ilə bağlı mübarizə aparılır və ermənilərin bu əməlləri beynəlxalq səviyyədə ifşa edilir”. 

Qurum tərəfindən beynəlxalq səviyyədə erməni piratçılığına qarşı mübarizənin davam etdirildiyini deyən agentlik rəsmilərinin sözlərinə görə, xalqımızın ənənəvi mədəni nümunələrinin (folklor nümunələrinin) və ənənəvi biliklərinin sistemli şəkildə öyrənilərək hüquqi qorunması, daim mədəni irsimizə göz dikən ermənilərin plagiatçılıq fəaliyyətinin ifşa edilməsi istiqamətlərində agentlik tərəfindən 2014-cü ildə bir sıra tədbirlər həyata keçirilib. Verilən məlumata görə, milli irsimizin ermənilər tərəfindən oğurlanması cəhdlərinin qarşısının alınması istiqamətində iş davam etdirilir. Agentlikdən bildirilənə görə, 2014-cü ildə Üzeyir Hacıbəyovun məşhur mahnılarından biri olan, sözləri Əhməd Cavada məxsus “Çırpınırdı Qara dəniz” mahnısının erməniləşdirilməsinin qarşısı beynəlxalq səviyyədə alınıb.

Erməni oğurluqları ilə bağlı daha bir faktın olduğunu deyən agentlik əməkdaşlarının sözlərinə görə, bu mahnı sözləri Mikayıl Müşfiqə, musiqisi Ələkbər Tağıyevə məxsus “Sənə qurban” mahnısıdır . Agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində aşkar edilib ki, A.Madadyanın ifa etdiyi “Garun” (“Bahar”) mahnısının melodiyası ilə “Sənə qurban” mahnısının melodiyası üst-üstə düşür: “Müəyyən edilıb ki, mahnının sözlərini M.Müşfiq 1937-ci ildə yazıb, mahnını ilk dəfə 1968-ci ildə Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova ifa edib. 1978-ci ilin 10 iyun tarixində Müəllif Hüquqları Agentliyində (həmin dövrdə Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası şöbəsi adlanırdı) bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi Mikayıl Müşfiq) qeydiyyata alınıb. Faktla bağlı müvafiq tədbirlər görülüb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq, maddi-mədəni irsin tərkib hissələrinin qorunub saxlanması, bu sahədə qanunsuz mənimsənilmələrin və əsassız itkilərin qarşısının alınması, folklor nümunələrinin və ənənəvi biliklərin UNESCO-nun xüsusi qorunma siyahısına daxil edilməsi üçün əlavə tədbirlər həyata keçirilir. Azərbaycana məxsus mədəni sərvətlərin, o cümlədən muzeylərdə, kitabxanalarda və arxivlərdə qorunub saxlanan və ictimai varidat sayılan mədəni irs və digər əqli mülkiyyət nümunələrinin mərkəzləşmiş şəkildə rəqəmləşdirilməsi, mühafizəsi, hüquqi

qorunması və beynəlxalq təşkilatlarla, həmçinin, xarici dövlətlərin aidiyyəti qurumları ilə mübadiləsi təmin edilir”.

Agentlikdən bildirdilər ki, erməni plagiatçılığına qarşı mübarizə 2015-ci ildə də davam etdirilib və agentlik xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması istiqamətində fəaliyyət göstərib: “Ermənistanın işğal etdiyi ərazilərdə 13 dünya əhəmiyyətli, 292 milli əhəmiyyətli, həmçinin, 330 yerli əhəmiyyətli abidə dağıdılıb və ya istifadəyə yararsız hala salınıb. 804 qəbiristanlıq və 10 məscid talan və təhqir edilib, 40 min eksponatın saxlandığı 22 muzey və dörd rəsm qalereyası vəhşicəsinə yerlə-yeksan olunub. Dağıdılmış və

yandırılmış 927 kitabxanada 4,6 milyon nüsxə kitab və qiymətli əlyazmalar məhv

edilib. Agentlikdə erməni saxtakarlıqlarını ifşa edən “Erməni yadelli nağılları” kitabı və “Gəldim, gördüm..., mənimsədim” kitabçası Azərbaycan, rus, ingilis və fransız dillərində təkrar nəşr edilib, “Erməni tarixi uydurmalarının tarixinə giriş”, “Öz-özünü təkzib edən “erməniçilik müəlliflik hüququ” və “Əqli mülkiyyət: folklorun və ənənəvi biliklərin qorunması və erməni plagiatçılığı” kitabçaları çap edilib və il ərzində keçirilmiş tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbirlər zamanı iştirakçılara paylanıb. Həmçinin, ermənilər tərəfindən mütəmadi olaraq erməni nümunələri kimi qələmə verilən və ya ifa edilən Azərbaycan xalq mahnıları, xalq rəqsləri, milli musiqi alətlərimiz və milli mətbəx nümunələrimizin etimiologiyası, yaranma tarixi, milli xüsusiyyətləri barədə yerli KİV-lər və yayım kanalları vasitəsilə il ərzində müsahibələr verilib, şərhlər, bəyanatlar və etirazlar bildirilib, eyni zamanda, milli musiqi alətlərimizin təbliği

və tanıdılması məqsədilə onların bir qisminin miniatür formaları hazırlanaraq beynəlxalq təşkilatların nümayəndələrinə, həmçinin, agentliyin təşkilatçılığı və dəstəyi ilə keçirilən tədbirlərdə iştirak edən xarici qonaqlara təqdim edilib”.

Erməni plagiatçılığının ifşa edilməsi istiqamətində 2016-cı ildə də işlər görüldüyünü deyən agentlik əməkdaşları bildirdilər ki, xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin mənimsənilməsi və saxtalaşdırılması cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilib, bu çərçivədə 2 konfrans və 1 “dəyirmi masa” keçirilib, digər müxtəlif formatlı tədbirlər təşkil olunub”.

Agentlikdən qəzetimizə onu da bildirdilər ki, bu istiqamətdə daha genişmiqyaslı işlər həyata keçiriləcək. Qurumun əsas məqsədlərindən biri ermənilərin əsassız iddialarını bütün dünyada ifşa etməkdir.

“Xalqımızın folklor nümunələrinin və ənənəvi biliklərinin hüquqi qorunması, xüsusən ermənilər tərəfindən mədəni irsimizin saxtalaşdırılması və mənimsənilməsi cəhdlərinin qarşısının alınması və belə əməllərin ifşa edilməsi istiqamətində fəaliyyət davam etdirilir. Bununla bağlı 2017-ci ildə “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa

edir” mövzusunda konfrans keçirildi, tanınmış tarixçilər və mütəxəssislər tərəfindən edilmiş məruzələrdə ermənilərin mədəni irsimizə zərər vurduqları qeyd edildi. Buna görə də bu məsələlər daim diqqət mərkəzində saxlanmalı və erməni vandalizminə qarşı mübarizə tədbirləri gücləndirilməlidir. Bu çərçivədə erməni saxtakarlıqlarının ifşa edilməsi istiqamətində fəaliyyət daim diqqət mərkəzində

saxlanıb, erməni saxtakarlıqlarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Ob azerbaydjanskoy modeli multikulturalizma (na osnove dannıx ob identiçnosti)”, “Zametki o multikulturalizme”, “Armyanskiy qenosid” ili armyanskiy terror?”, “Moralnıy terror: protiv ne materialnoqo i materialnoqo kulturnoqo naslediya” və s. kitabçalar, həmçinin, digər kitablar Azərbaycan, rus, ingilis və fransız dillərində, “Fövqəladə hallar və əqli mülkiyyət hüquqları ilə qorunan mədəni dəyərlər” (Azərbaycan və ingilis dillərində) təkrar nəşr edilərək il ərzində agentliyin keçirdiyi tədbirlərdə xarici qonaqlara, nümayəndələrə və tədbir iştirakçılarına paylanıb. Erməni saxtakarlıqlarına qarşı görülən mübarizə tədbirləri çərçivəsində 2016-cı ildə Rusiyanın müxtəlif kütləvi informasiya vasitələrində Azərbaycanın qədim xalq rəqsi “Uzundərə”nin erməni rəqs nümunəsi kimi təqdim edilməsi ilə bağlı əsaslandırılmış arayış hazırlanıb və KİV-lərdə yayılıb”.

Agentlikdən bildirdilər ki, qurum öz fəaliyyətini beynəlxalq səviyyədə qurub və ermənilərin ifşası istiqamətində işini davam etdirir. Bundan başqa, agentlikdən verilən məlumata görə, Almaniyanın Hannover şəhərindəki “Junge Oper Hannover” teatrı tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında onun fars şairi kimi təqdim edilməsi ilə bağlı agentlik tərəfindən Almaniyadakı Səfirliyimiz məlumatlandırılıb,

eyni zamanda, Nizami Gəncəvi haqqında agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmış geniş arayış sözügedən teatra təqdim olunmaq üçün Almaniyadakı Səfirliyimizə göndərilib: “Görülən tədbirlər nəticəsində teatrın internet və “Facebook” səhifələrində “Leyli və Məcnun” əsəri ilə bağlı yanlış məlumatlar çıxarılıb. Bununla yanaşı, “Köçəri” rəqsinin beynəlxalq strukturların ikili standartları nəticəsində ermənilərə məxsus nümunə kimi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin heç bir əsasının olmadığı və həmin rəqsin Azərbaycan xalqına məxsusluğu barədə materiallar hazırlanıb. Bu materiallarda “Köçəri” ilə bağlı qərarın gələcəkdə ləğv edilməsi üçün zəruri addımlar atılmasının vacibliyi göstərilib”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ