Bazar günü günü, 15 noyabr 2026
     

Xaricdən gətirilən ağac və kollarda xəstəliklərlə bağlı ciddi şübhələr var

Image


AMEA-nın Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Yusif Zeynalov xaricdən gətirilən meyvə ağaclarının və dekorativ bitkilərin zərərverici yaydığını deyir
Şükufə Əliyeva: “Çox ehtimal ki, xəstəliklər və zərərvericilər bəzi özəl şirkətlərin gətirdikləri ağaclarda, kol bitkilərində müşahidə edilir”
Orxan Məmmədov: “Bizim təsərrüfat xaricdən heç bir ağac, dekorativ bitki gətirmir”

 

Son illər respublikamızın hər yerində genişmiqyaslı yaşıllaşdırma işləri həyata keçirilir. Boş sahələrdə, park və yol kənarlarında əkilən ağacların bir qismi yerli olsa da, xeyli qismi müxtəlif xarici ölkələrdən gətirilir. Bu gün paytaxtda və bölgələrdə ağac tinglərinin, bitkilərin, eləcə də bu qəbildən olan digər məhsulların satışı mövcuddur. Bunun üçün xüsusi yerlər ayrılıb və orada yerli, eləcə də xaricdən gətirilən yaşıllaşdırma bitkiləri satılır.

Məlumatlara görə, son zamanlar kütləvi olaraq meyvə ağacları və dekorativ bitkilərin ölkəmizə gətirilməsi daha çox müşahidə edilir. Ekspertlər bildirirlər ki, xaricdən gətirilən meyvə ağacları və dekorativ bitkilərin heç də hamısı ekspertizadan keçirilmir. Bu da, sözsüz ki, bitki aləminə ciddi zərər verir. Ekspertlər onu da qeyd edirlər ki, son illər ölkəmizdə meyvə ağacları və dekorativ bitkilər arasında zərərvericilər çoxalıb.

AMEA-nın Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri Yusif Zeynalov mətbauta bildirib ki, bu daha çox ölkəyə xaricdən kütləvi şəkildə meyvə ağaclarının tinglərinin və bəzək kollarının gətirilməsi ilə əlaqədardır. Yusif Zeynalovun sözlərinə görə, meyvə ağacları tingləri və dekorativ kollar ölkəmizə gətirilərkən ciddi şəkildə yoxlanılmır. Bunun da nəticəsində belə problemlər yaşanır. Laboratoriya müdirinin qeyd etdiyinə görə, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olaraq xaricdən meyvə tingləri və dekorativ bitkilərin gətirilməsi pis hal deyil, lakin fikir vermək lazımdır ki, o məhsullar sağlam olsun. “Azərbaycan sərhədlərini keçən bu bitkilərin hamısı ciddi yoxlanılmalıdır. Çünki hər bir ölkədə xəstəliklər, zərərvericilər ola bilər. Əgər bitkilərdə zərərverici və xəstəliklər varsa, bura gətiriləndən sonra o zərərvericilər Azərbaycanda sürətlə yayılır. Bu sahədə nəzarət var, ancaq çox da ciddi deyil. Xaricdən gətirilən bitkilərin 100-də 95-i Azərbaycanda rahatçılıqla çoxaldıla, yerli şəraitə uyğunlaşa bilər” - deyə Y.Zeynalov bildirib.   

Qeyd edək ki, ölkəyə idxal edilən bitkiçilk və heyvandarlıq məhsullarına nəzarəti həyata keçirən Fitosanitar Nəzarəti Xidmətindən mövzu ilə əlaqdar mətbuata bildirilib ki, bu sahəyə ciddi nəzarət var və ölkəyə idxal edilən meyvə ağacları tingləri, dekorativ kollar bütün prosedurlardan keçərək yoxlanılır.

Xarici ölkələrdən respublikamıza gətirilən meyvə ağacları və dekorativ bitkilərin xeyli hissəsinin ekspertizadan keçirilməməsi həqiqətən də zərərli bir haldır.

Ekoloqların sözlərinə görə, ölkəyə gətirilən ağaclar, bəzək bitkiləri, toxumlar ciddi ekspertizadan keçirilməlidir. Onlar bildirirlər ki, bu gün Azərbaycanda xaricdən gətirilən bitkilərə qulluq etməyi bacaran çox az sayda mütəxəssis var.

Botanika alimlərinin bildirdiyinə görə isə bu məsələ ciddi nəzarət altında həyata keçirilməlidir. Qeyd olunur ki, xaricdən meyvə ağacları, dekorativ bitkilər gətirilərkən onu gətirən şirkətlər o bitkilərin tam sağlam, zərərvericilərsiz məhsullar olduğunu təsdiqləyən sənəd təqdim etməlidirlər.

Xaricdən ölkəmizə gətirilən ağac və bəzək bitkilərinin ekspertizadan keçməməsinin mənfi nəticələrinin olduğunu deyən ekoloq Şükufə Əliyevanın sözlərinə görə, ağac canlı olduğundan, onda olan xəstəlik digər ağaclara da keçə bilir: “Son vaxtlar respublikamızın hər bir yerində həyata keçirilən yaşıllaşdırma işləri təqdirəlayiqdir. Ərazilərdə yerli ağaclarla yanaşı, xarici ölkələrdən gətirilən ağaclar da, bəzək kolları da, dibçəklər də, digər bitkilər də əkilir. Düzdür, onlar ilk baxışdan gözəllikləri ilə göz oxşayır. Lakin çox zaman o bitkilərin xəstə olduqlarını bilmirik. Bitkilər, ağaclar canlı olduqları üçün, onlar gerçək xəstəlik daşıyıcıları ola bilirlər. Bir ağac xəstədirsə, onda zərərvericilər çoxdursa, bu, digər ağaclara da keçir. Deyirlər ki, axır zamanlar meyvə ağacları, bitkilər arasında zərərvericilər çoxalıb. Bu da, təbii ki, yerli şəraitə uyğun olmayan bitkilərin ekspertizadan keçirilmədən ölkəmizə gətirilməsi ilə bağlıdır. İnanmıram ki, dövlət qurumları belə bir iş etsinlər. Çox ehtimal ki, xəstəliklər və zərərvericilər bəzi özəl şirkətlərin gətirdikləri ağaclarda, kol bitkilərində müşahidə edilir. Ancaq, bütövlükdə, xaricdən ölkəyə gətirilən hər bir ağac, dekorativ bitki, dibçəklər, yaşıllaşdırma məhsulları ekspertizadan keçirilməlidir”. 

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, rəhbərlik etdiyi qurum xaricdən heç bir meyvə ağacı, dekorativ bitki almır: “Biz xaricdən heç bir ağac, dekorativ bitki gətirmirik. Bizim özümüzün sahələrimiz var və orada özümüz tinglər yetişdiririk. Bunlar da yerli ağaclar və bitkilərdir. Xaricdən gətirilən ağacları, bitkiləri Bakı mühitinə uyğunlaşdırmaq çətindir. Demək olar ki, xaricdən gətirilən ağacların təxminən 40 faizi quruyur. Biz öz sahələrimizdə ağacların toxumlarını əkirik, tingləri böyüdürük və sonra şəhərimizdə öz xidməti ərazilərimizdə əkirik. Bilmirəm, o bitkiləri xaricdən kimlər gətirir? Bu, özəl şirkətlər də ola bilər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi də. Ancaq biz xarici məhsullardan istifadə etmirik, yerli məhsullardan istifadə edirik. Bəzən xarici birtkilər də əkirik, ancaq onların tinglərini xaricdən gətirmirik, toxumlarını burada inkişaf etdiririk”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ