Bazar günü günü, 15 noyabr 2026
     

Bakıda toy edən əcnəbi turistlərin sayı artır

Image


Adil Cabbarov: “Artıq respublikamız dünyada həm turizm üçün əlverişli məkandır, həm burada sabitlik, sülh və əminamanlıq, dinclik var, həm də…”
Aydın Xan Əbilov: “Günü-gündən Bakıda toy edən əcnəbilərin sayının artması olduqca təqdirəlayiq haldır”

 

Azərbaycan bütün göstəricilərinə görə xarici turistlərin böyük maraq göstərdiyi ölkələrdən biridir. Son zamanlara qədər xarici turistlər respublikamıza gəzməyə, təbiətimizlə, mətbəximizlə, tarixi abidələrimizlə, muzey və teatrlarımızla tanış olmaq üçün gəlirdilər. Bu gün isə müşahidələr göstərir ki, onlar Azərbaycana həm də toy etmək məqsədilə gəlirlər.

Məlumatlara görə, axır zamanlar Azərbaycanda toy edən turistlərin sayı artır. Yəni onlar toylarını daha gözəl, yaddaqalan, təmtəraqlı keçirmək üçün ölkəmizi seçirlər. Sirr deyil ki, bu da turizm sektorunda toy turizmi deyilən yeni bir sahənin əsasını qoyur. Artıq Azərbaycanda toy turizminin özül daşları qoyulmaqdadır.

Mətbuatın yazdığına görə, bu gün daha çox hindistanlılar və iranlılar toy etmək üçün Azərbaycanı seçir və ailələri üçün əlamətdar olan günü ölkəmizdə qeyd edirlər.

Ekspertlər də təsdiqləyirlər ki, Bakıda toy edən turistlərin sayı günü-gündən artmaqdadır.

“Xezerxeber.az”ın yaydığı məlumata görə, turizm şirkətləri son dövrlər xüsusən Hindistan və İrandan olan turistlərdən toy təklifləri alırlar.

Turizm üzrə ekspertin qeyd etdiyinə görə, ölkəmizdə toy etmək istəyən turistlərin müəyyən tələbləri olur. Onlar əsasən toy edilən məkanda öz milli mətbəxlərindən olan yeməklərin bişirilməsini istəyirlər. Ekspertin sözlərinə görə, bu təcrübə Türkiyədə bir neçə il bundan əvvəl tətbiq edilib və turizm sahəsinin inkişafına öz müsbət təsirini göstərib. Xarici turistlərin toy etməklə bağlı təkliflərinin artması ölkə turizminin inkişaf etməsinə kömək edəcək.

Azərbaycanda toy turizminin inkişafının çox önəmli olduğunu deyən turizm üzrə mütəxəssis Adil Cabbarov bizimlə söhbətində bildirdi ki, əcnəbilərin toy etmək üçün Azərbaycanı seçməsi təqdirəlayiqdir. O hesab edir ki, əcnəbilərin toy məkanı kimi seçdiyi otellər, populyar restoran və şadlıq evləri öz fəaliyyətlərində dəyişikliklər etməlidirlər. Ekspert qeyd edir ki, Azərbaycanda toy turizmini inkişaf etdirmək üçün xüsusi işlər görülməlidir: “Əcnəbilərin, xüsusən də Şərq ölkələrindən olan turistlərin Azərbaycanda, Bakıda toy etməsi, onların bu istəkdə olması müsbət haldır. Bu onun göstəricisidir ki, artıq respublikamız dünyada həm turizm üçün əlverişli məkandır, həm burada sabitlik, sülh və əminamanlıq, dinclik var, həm də cəmiyyətimizdə tolerantlıq kimi mühüm bir anlayış mövcuddur. Azərbaycan xalqının qonaqpərvərliyi, çeşidli mətbəxi, milli adət-ənənəsi də turistlərin diqqətini cəlb edir. Bu gün İrandan, Hindistandan, Avropa və Asiya ölkələrindən Azərbaycana gələn turistlər çoxdur və onlar çalışırlar ki, bizim mədəni həyatımıza qaynayıb qarışsınlar. Düşünürəm ki, yerli turizm şirkətləri toy üçün onlara müraciət edən turistlərlə xüsusi olaraq işləməli, onların Azərbaycana cəlb olunması üçün tədbirlər həyata keçirməlidirlər. Yerli otel və restoranlar, şadlıq evləri də öz işlərini daha yüksək səviyyədə qursunlar ki, burada toy edən əcnəbilər bundan razı qalsınlar. Təcrübə göstərir ki, ölkəmizdə, paytaxtımızda toy edən turistlər xidmətdən razıdırlar. Belə olmasaydı, onlar burada toy etməkdə maraqlı olmazdılar”.

Ekspert bildirdi ki, ümumiyyətlə, Türkiyə və digər ölkələr toy turizmi sahəsində böyük təcrübəyə malikdirlər və onlar bundan yüksək məbləğdə gəlir götürürlər. Azərbaycanda toy turizminin gələcəkdə böyük perspektivi olduğunu deyən Adil Cabbarov hesab edir ki, bu sistem elə qurulmalıdır ki, il ərzində ölkəmizdə toy etmək istəyən əcnəbilərin sayı artsın: “Əcnəbilər toy etmək üçün ölkəmizi könüllü olaraq seçirlər. Bu sahədə işlər daha sistemli şəkildə qurulmalıdır ki, əcnəbilər kütləvi şəkildə burada toy etsinlər. Şadlıq evləri, restoranlar və otellər bu toyların daha uyğun qiymətə başa gəlməsinə xüsusi fikir verməlidirlər. Yenə də deyirəm, əsas məsələ turizm şirkətlərinin əcnəbilərlə daha sıx və mütəşəkkil şəkildə işləməsidir. Bu həm toy turizmini inkişaf etdirəcək, həm də ölkə büdcəsinə gəlir gətirəcək”.

Kulturoloq Aydın Xan Əbilovun fikrincə də toy etmək üçün Azərbaycanı, Bakını seçən turistlərin sayının günü-gündən artmasını təqdir edir. Onun sözlərinə görə, bu, ölkəmizin dünyada formalaşan müsbət imici ilə bağlıdır. “Azərbaycan mənəviyyatında, mədəniyyətində toy çox böyük məişət, mədəni, sosial, ictimai hadisədir. Buna görə də bizdə hər zaman toya xüsusi hazırlıqlar gedir. Azərbaycanda toyun mərhələli şəkildə bir sıra mərasimləri var ki, bunlar həm yerli əhali, həm də xaricdən gələn qonaqlar, turistlər tərəfindən çox maraqla qarşılanır. Əcnəbi turistlər bizim toylarda, şənliklərdə, mərasimlərdə bir dəfə iştirak edəndən sonra hər zaman ölkələrində Azərbaycan toyunun pulsuz-parasız təbliğatçısına çevrilirlər. Bu da bizə mədəniyyət, məişət, həyat tərzi baxımından yaxın olan Şərq ölkələrindən olan insanların diqqətini cəlb edir. Hətta Asiyadan, Avropadan olan turistlər də toylarımıza maraq göstərirlər. Vaxtilə Ərəb ölkələrindən, eləcə də Avropadan gəlib Türkiyədə toy edirdilər. Bu gün isə o proses Azərbaycanda baş verir. Əcnəbilər toy etmək üçün ölkəmizi seçirlər. Azərbaycanda turizmlə bağlı həyata keçirilən turizm proqramları nəticəsində ölkəmizdə turizm inkişaf edir. Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə tərtib edilən yol xəritəsində turizmin inkişafı ilə bağlı bəndlər də əks olunub. Bu gün Azərbaycan dünyada yüksək turizm potensialı olan ölkəyə çevrilib. Ölkəmiz həm Şərq, həm Qərb mədəniyyətlərini, mətbəxini, incəsənətini özündə birləşdirir. Bu səbəbdən də Hindistan, İran, Türkiyə, İraq, Ərəb ölkələrindən gəlib burada evlənənlər də, gəlib toylarını öz adətlərinə uyğun Bakıda keçirənlər də çoxdur. Günü-gündən Bakıda toy edən əcnəbilərin sayının artması olduqca təqdirəlayiq haldır” - deyə bildirən A.X.Əbilov qeyd etdi ki, on il əvvəl Azərbaycanda daxili turizmin inkişafı üçün bir sıra təkliflər irəli sürüb. O təklif edib ki, bakılı Lənkəranda, lənkəranlı Naxçıvanda, naxçıvanlı Gəncədə toy etsin və bu, bölgələrin büdcəsinə xeyir versin: “Mənim bu təklifim indi xaricilər tərəfindən reallaşdırılıb. Artıq əcnəbilər Bakıda toy edirlər. Bu həm turizmin inkişafına, həm kreativ biznesin tərəqqisinə xidmət edir, həm də büdcəyə əlavə gəlir gətirmək baxımından çox faydalıdır. Bunu dəstəkləmək, təqdir etmək lazımdır. Ola bilsin, gələcəkdə Azərbaycanda toy keçirmək istəyən əcnəbilər üçün ayrıca carter reysləri təşkil olundu. Çünki buna ehtiyac yaranır. Onu da deyim ki, Bakıda toy etmək istəyən əcnəbilərin ölkəmizə daha kütləvi axını üçün onların vətəndaşı olduğu ölkələrlə ya viza rejimi ləğv edilməli, ya da sadələşdirilməlidir. Bunun əhəmiyyəti də böyük olar”.

A.X.Əbilov onu da vurğuladı ki, Azərbaycanda toy turizminin inkişafı həm ölkəmizin xaricdə təbliğinə, həm də büdcəmizə əlavə gəlir gəlməsinə səbəb olacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ