Bu günlərdə Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində Bakı Şəhər Baş Polis İdarəsinin, ərazi polis orqanlarınınvə Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsi əməkdaşlarının təlim toplantısı keçirilib.
İl ərzində davam edəcək təlim müddətində İdman Cəmiyyətinin təcrübəli əməkdaşları fiziki hazırlıq məşğələlərinin səmərəsinin artırılması xüsusiyyətləri barədə dəyərli məsləhətlər verəcək.
İdmanın təşkili bölməsinin əməkdaşı, respublikanın Əməkdar məşqçisi Hikmət Hacıyev silahsız özünümüdafiə üzrə təlimlərin aparılmasının başlıca prinsiplərini açıqlayıb, hər bir polisin müvafiq proqrama yiyələnməsinin əhəmiyyətini nəzərə çatdırıb.
M.Xəyalə