Bazar günü günü, 15 noyabr 2026
     

Yol Polisinin məktəb şagirdləri ilə yeni layihəsinin effektinə böyük ümidlər var

Image


Şahin Camalov: “Hesab edirəm ki, yol polisi tərəfindən uşaq bağçalarında və məktəblərdə həyata keçirilən maarifləndirici görüşlərin çox müsbət nəticələri olacaq”
Şəmsəddin Əliyev: “Uşaqların bu sahədə maarifləndirilməsi yol hərəkəti ilə bağlı cinayət xarakterli halların qarşısının alınmasında mühüm rol oynayacaq”

 

Yol hərəkəti qaydalarını uşaqdan böyüyə hər kəsin bilməsi vacibdir. Son dövrlər bu sahədə həyata keçirilən maarifləndirmə tədbirlərinin miqyası günü-gündən genişlənir. Belə ki, artıq maarifləndirmə işi məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərdə də həyata keçirilir. Dövlət Yol Polisi (DYP) əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına əməl etməklə bağlı orta məktəblərdə və uşaq bağçalarında keçirilən görüşlər uşaqların bu sahədə məlumatlanmasına səbəb olur.

DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadovun qeyd etdiyinə görə, bu ilin ötən 3 ayında da yol polisi əməkdaşları tərəfindən orta məktəblərdə, uşaq bağçalarında yüzlərlə belə görüş keçirilib. Görüşlərdə şagirdlərə yol hərəkəti qaydalarına əməl etmək və piyada keçidlərindən düzgün istifadə etmək barədə tövsiyələr verilib, bu mövzuda hazırlanmış videoçarxlar nümayiş etdirilərək hər biri ətraflı izah edilib. Bağçalarda uşaqlara yolu təhlükəsiz keçmə üsulları əyani olaraq göstərilib, piyadanın vəzifələri barədə ilkin təsəvvür yaradılıb, onların başa düşəcəyi formada yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışlar formalaşdırılıb.

Dövlət Yol Polisi tərəfindən orta məktəblərdə və uşaq bağçalarında həyata keçirilən maarifçilik tədbirlərinin böyük effekt verəcəyini qeyd edən ekspertlərin sözlərinə görə, yol hərəkəti qaydalarına riayət etməyi uşaqlara kiçik yaşlarından öyrətmək olduqca müsbətdir.

“Təhlükəsiz Yol” Alyansının koordinatoru Şahin Camalov Bakı-Xəbər”ə bildirdi ki, uşaq bağçalarında və orta məktəblərdə DYP xətti ilə keçirilən bu kimi tədbirlərin böyük əhəmiyyəti var: “Ümumiyyətlə, yol hərəkəti qaydaları ilə bağlı məsələlərə birtərəfli yanaşmaq olmaz. Yəni yol hərəkəti ilə bağlı qanunları sərtləşdirmək, yol polisi əməkdaşlarının sayını artırmaq kifayət deyil. Düzdür, bunlar vacibdir, ancaq onlarla paralel olaraq maarifləndirmə işinin həyata keçirilməsi də gərəklidir. Bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir və daha da gücləndirilməlidir. Mən bağçalarda və orta məktəblərdə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, uşaqlar erkən dövrdən yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməlidir. Yol təhlükəsizliyi ilə bağlı əsas problemlərdən biri vətəndaşlarımızın uşaq vaxtlarında, yaxud keçid yaş dövründə yol hərəkəti qaydaları ilə bağlı maarifləndirilməməsidir. Yəni vaxtilə onların maarifləndirilməməsi bu sahədə mövcud problemin ortaya çıxmasına səbəb olub”.

Ş.Camalov vurğuladı ki, müasir bağça və məktəb uşaqları həm piyada, həm də gələcəyin sürücüsü kimi indidən yol hərəkəti qaydalarını mənimsəməlidirlər: “Bakıda piyadaların vurulması ilə nəticələnən qəzaların əksəriyyəti piyadaların yol hərəkəti qaydalarına düzgün riayət etməmələri ilə bağlı olur. Yəni piyadalar yolun onlar üçün nəzərdə tutulan hissələrindən keçmədikləri üçün faciə ilə üzləşirlər. Uşaqların 3-5 yaşından yol hərəkəti nişanlarını bilməsi, ümumiyyətlə, bu sahə ilə bağlı bilgi əldə etməsinin effektiv nəticələri olacaq. Burada iki müsbət tərəf var. Yol polisinin uşaq bağçalarında, məktəblərdə keçirdikləri görüş həm onların yol hərəkəti qaydaları haqqında məlumat almasına, həm də uşaqlarda elə bu yaşdan polis əməkdaşlarına inam yaranmasına və polislərin müsbət imicinin formalaşmasına səbəb olacaq. Hesab edirəm ki, yol polisi tərəfindən uşaq bağçalarında və məktəblərdə həyata keçirilən maarifləndirici görüşlərin çox müsbət nəticələri olacaq”.

“Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev də bizimlə söhbətində bu görüşlərin effektiv nəticələr verəcəyini qeyd etdi. Ş.Əliyevin sözlərinə görə, uşaqlar, mütləq mənada, yol hərəkəti qaydalarını bilməlidirlər ki, qəzalarla üzləşməsinlər: “Düşünürəm ki, kiçik yaşlardan uşaqlara yol hərəkəti qaydaları haqqında məlumat verilməsi, yol təhlükəsizliyi ilə bağlı məsələlərin aşılanması çox müsbət haldır. Bu maarifləndirmə işi yol hərəkəti qaydaları ilə bağlı qəza hadisələrinin qarşısının alınmasına təkan olar. Eyni zamanda da uşaqların maarifləndirilməsi yol hərəkəti ilə bağlı cinayət xarakterli halların qarşısının alınmasında mühüm rol oynayacaq. Bu baxımdan, hesab edirəm ki, Daxili İşlər Nazirliyinin və vətəndaş cəmiyyətinin birgə keçirdikləri bu sayaq tədbirlər, mütləq mənada, həm profilaktik, həm maarifləndirmə, həm də xəbərdarlıq nöqteyi-nəzərindən piyadaların yol hərəkət qaydalarını pozması hallarının qarşısını ala bilər. Mən bu maarifləndirmə işini alqışlayıram”.

Ş.Əliyev qeyd etdi ki, yol polisi əməkdaşlarının uşaq bağçalarında və məktəblərdə görüşlər keçirməsi təsadüfi deyil. Onun sözlərinə görə, uşaqların təhlükəsizliyi Azərbaycan polisinin diqqət mərkəzindədir. Müsahibimiz qeyd etdi ki, məktəblərdə və bağçalarda bu cür tədbirlərin həyata keçirilməsinin əsas səbəblərindən biri də yol hərəkəti qaydalarını mükəmməl bilən və qəzasız dünyaya qədəm qoyan bir nəsil yetişdirməkdir. “Bilirsiniz ki, məktəblərin əksəriyyəti intensiv hərəkət olan yolların kənarındadır. Fasilə zamanı və dərsdən sonra o yollara axının qarşısının alınması bəzən mümkünsüz olur. Görüsən ki, şagirdlər heç nəyə məhəl qoymadan, tələsgənlik edib yolu keçirlər. Bu da, əlbəttə, uşaqlar üçün böyük təhlükə yaradır. Deyək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasına ayrılan vəsaitin də müəyyən bir hissəsi bağçalarda, məktəblərdə uşaqların və müəllimlərin yol hərəkəti qaydaları ilə bağlı maariflənməsinə yönəldilir” - deyə bildirən Ş.Əliyev qeyd etdi ki, uşaqların bu sahədə maariflənməsi nəticəsində gələcəkdə daha az sayda piyada vurulması hallarına rast gəlinə bilər. Onun sözlərinə görə, maariflənmiş uşaq, yeniyetmə, gənc yol hərəkəti qaydalarını bildiyi üçün özünü təhlükəyə atmayacaq.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ