Bazar günü günü, 15 noyabr 2026
     

Fədai döyüşçü kimi anılan oğul - FOTO

Image


Güllədən biçilmiş bir köynək ver mənə,
Analar saçını yolmasın...

Bu təsirli və kövrəldici misralar “Ağ ümid” şeir və mahnısından götürülüb. Qarabağ müharibəsində döyüş yolu keçmiş qeyrətli və fədakar oğullar haqqında yazılan bu misralarda ön cəbhə həyatının ölümlü-itimli gerçəkliyi ifadə olunur. Müharibə həm şücaət meydanı, sınaq məqamı, həm də həyatını qurban verən, itkin düşüb taleyi bilinməyən, yaralanıb əlil olan oğullar, gözləri yolda qalan, ata, oğul, qardaş, ər itkisinin ağrı-acısı ilə yaşayan ailələr, hamımız üçün qan yaddaşı deməkdir. Döyüşə atılan oğullar özlərini qorumağı deyil, Vətən torpağını qorumağı düşünürdülər, bu od-alovlu anlarda onların bir çoxu üçün geriyə yol yox idi...

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Qarabağ müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçularının siyahısında əsgər Cavadov Elman Xurşud oğlunun da adı var. Onun qısa hərbi xidmət və döyüş yolu hərbi anda sədaqət, əsgər ləyaqəti nümunəsidir. O, 1973-cü il sentyabrın 5-də Sumqayıt şəhərində dünyaya göz açıb. Cavadovlar ailəsinin sonbeşiyi idi. Ailə üzvlərinin dediyinə görə, çox istiqanlı, doğmalarına diqqətli və mehriban, hamıya xeyirxah münasibət göstərən gənc olub. Elman Sumqayıt şəhərindəki 3 saylı orta məktəbdə təhsil alıb. Yeniyetmə yaşlarından əlbəyaxa döyüş idman növlərinə maraq göstərib. Xüsusən karate idman növü üzrə məşqlərə gedib. İdmanla məşğul olması onu həm fiziki cəhətdən, həm də iradəcə möhkəmləndirib, eləcə də pis vərdişlərdən qoruyub. Valideynlərindən aldığı tərbiyəyə xələl gətirə biləcək heç bir hərəkətə yol verməyib.

Elman Sumqayıtdakı 7 saylı texniki-peşə məktəbində də oxuyub. Peşə öyrənməyə, zəhmət sərf edib əməyə qatılmağa laqeyd yanaşmayıb.

1992-ci ilin aprel ayında Elman Sumqayıt Şəhər Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Həmin aydan etibarən DİN-in Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində hərbi xidmətə başlayıb. Bu hərbi hissə 1991-ci ilin dekabr ayından Azərbaycanın Daxili Qoşunlarının tabeliyinə verilmişdi. 1992-ci ilin mart ayının 12-dən başlayaraq Daxili Qoşunların şəxsi heyəti torpaqlarımızın müdafiəsində dayanırdı. “N” saylı hərbi hissənin hərbi qulluqçuları da həmin dövrdə ön cəbhəyə göndərilirdilər. Ümumiyyətlə, bu hərbi hissə ağır döyüş sınaqlarından keçib. Hərbi hissənin şəxsi heyəti Tərtər, Ağdərə və Kəlbəcər döyüş zonasında erməni işğalçılarına qarşı mətinliklə vuruşub.

Elman “N” saylı hərbi hissədə hərbi andı qəbul edib. Burada 2-ci patrul bölüyündə atıcı vəzifəsinə təyin olunub. Bölüyün qarşısına qoyulan tapşırıqların xüsusiyyətlərini, döyüş silah və sursatlarının taktiki-texniki göstəricilərini, əsgər üçün zəruri olan digər hərbi bilikləri təlimlərdə mənimsədikdən sonra ön cəbhəyə göndərilənlərin sırasında olmağa can atıb. Hərbi hissədən ailəsinə göndərdiyi məktublarında əsgərlik həyatının nəbzi duyulur, həmçinin, öz doğmalarına döyüşə getməyə hazır olduğunu, belə ağır günlərdə arxa cəbhədə canının sıxıldığını, öz yerini döyüşən oğulların sırasında gördüyünü bildirirdi.

Elman hərbi hissədən döyüş bölgəsinə bir-birini dəyişməklə, birləşmiş hərbi dəstə tərkibində göndərilən şəxsi heyətin sırasında Kəlbəcər-Ağdərə istiqamətində döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunub. İlk döyüş sınaqlarından alnıaçıq çıxması onu daha da ruhlandırıb. Ön cəbhənin yuxarıda qeyd olunan istiqamətindəki yaşayış məntəqələrimizin və düşmənlə təmas xətti boyu mövqelərimizin keşiyində qorxmaz əsgər kimi dayanan Elman döyüşçü yoldaşlarını özünə qardaş bilirdi. Döyüşçülərin birgə çəkdirdikləri çox nadir bir şəkil var. Şəkildə fotoobyektivə baxan üzlərdə məğrurluq və qətiyyət sezilir. Həmin şəkil onların bir qisminin həyatda çəkdirdikləri  son şəkildir. İlk dəfə Cavadovlar ailəsində gördüyüm və bizim fotoarxivimizdə olmayan bu şəkil yaddaş baxımından olduqca dəyərlidir.

Elman ön cəbhəyə sonuncu dəfə 1992-ci il 15 iyun tarixində göndərilib. Bu tarix hərbi hissədən verilmiş müvafiq sənəddə öz əksini tapıb. Onun son döyüşü 1992-ci il iyul ayının 19-da, Ağdərənin Aterk (hazırda Həsənriz) kəndi ərazisində olub. Həmin döyüşdə əsgər E.Cavadov xəbərsiz itkin düşüb. Ermənilərin hücumu zamanı döyüşçülərimiz hər tərəfdən şiddətli atəşə tutulublar. Onlar bu qeyri-bərabər, köməksiz vəziyyətdə qaldıqları döyüşdə son nəfəslərinədək vuruşublar. Sonrakı günlərdə döyüşçülərin taleyi ilə bağlı qeyri-müəyyənlik hökm sürüb. Aterk (Həsənriz) həmin vaxt növbəti dəfə işğaldan azad edildikdən sonra onlarla hərbi qulluqçumuzun yandırılan, düşmən vəhşiliyinin digər izləri aşkarlanan, torpağa gömülən meyitlərinin qalıqları tapılıb. Elmanın atası Xurşud Cavadov bəzi valideynlərlə birgə hərbçilərin icazəsi ilə o vaxt Aterkə (Həsənriz) gedib və orada tapılan meyitlərin qalıqlarını öz gözləri ilə görüb. Belə ki, meyit qalıqlarının bir hissəsi düşmən tərəfindən ərazidəki qoz ağacının altında torpağa basdırılıb. Həlak olanların əksər qisminin meyitini tanınmaz halda olması səbəbindən təsbit etmək mümkün olmayıb. Meyitlərin qalıqları Bakıda Şəhidlər Xiyabanına gətirilərək qardaşlıq məzarında  dəfn edilib. Məzarüstü mərmər lövhədə əsgər E.Cavadovun da adı həkk olunub.

Cavadovlar ailəsinin Elmanın müharibə itkini kimi axtarışı üçün aidiyyəti qurumlara müraciətləri heç bir nəticə verməyib.

Sumqayıt Şəhər Məhkəməsinin 25 fevral 2009-cu il tarixli müvafiq qətnaməsi ilə əsgər E.Cavadov müharibədə ölmüş elan edilib. Ailəyə dövlətimiz tərəfindən müvafiq müavinət təyin olunub.

Elmanın atası 2012-ci ildə vəfat edib. Şəhid atası kimi ürəyində nisgillə bu dünyadan küskün köçüb. Anası Salvar Cavadova, qardaşı Elxan Cavadov, bacıları Sədaqət Şirinzadə, İradə Cavadova və Nailə Eminova üçün bu ötən illər bir xəbər gözləntisi, habelə onun yoxluğu gerçəkliyi ilə barışmaq acısı ilə keçib. Bu günədək Aterk (Həsənriz) döyüşü haqqında müxtəlif şəxslərdən və mənbələrdən eşitdikləri, öyrəndikləri məlumatlar qaranlıq qalan təfərrüatlara işıq salmayıb. Müharibənin bir üzü də budur.

Bu gün düşmənin işğalı altında olan Aterk (Həsənriz) kəndi ərazisində 19 iyul 1992-ci il tarixli döyüşdə mətinliklə vuruşaraq şəhidlik zirvəsinə ucalmış və qardaşlıq məzarında dəfn olunmuş, habelə orada dəfn olunmamış döyüşçülərimizin əziz xatirəsi həmişə yaddaşımızda yaşayacaqdır.

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ