Bazar günü günü, 15 noyabr 2026
     

Lələtəpəyə sancılan bayraq, Cocuq Mərcanlıda qaynar həyat, qələbəyə gedən yol - FOTO

Image


Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqımızın birliyinin, vətənpərvərliyinin göstəricisi kimi düşdü. Aprel qələbəsi bir daha sübut etdi ki, ordumuz istənilən an işğalda olan torpaqlarını azad etməyə qadirdir. Əks-hücum əməliyyatı aparan hissələrimiz mühüm mövqelərə sahib oldu. Lələtəpə kimi strateji yüksəklik alındı. Nəticədə 1994-cü ildə düşməndən azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Hər kəs bu qalibiyyətin sevincini yaşayır.

Aprel qələbəsinin ikinci ildönümü ərəfəsində şəhid mayor Rasim Məmmədovun şərəfli döyüş yolunun izi ilə yolum Lələtəpəyədir. O torpaqlara ayaq basmaq üçün səbrsizlənirəm. Yol uzaq, mənzil başına tez çatmaq istəyi isə sonsuz. Cocuq Mərcanlı kəndinin sakinlərinin torpaq həsrətini, doğma od-ocağa qovuşmaq istəyini indi daha yaxşı anlayıram.

Mənzil başına yetişirik. Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovla görüşüb söhbətləşirik:

“2016-cı il aprelin biri ön xətdə döyüş növbətçiliyi aparan bölmələrimizə  düşmən qəfil hücum etdi. Şəxsi heyətimiz düşmənin müqavimətini qırdı. Düşmən müqavimət göstərməyə çalışsa da, döyüşçülərimizin gücünü gördükdən sonra əlindəki silahını atıb pərakəndə şəkildə qaçmağa başladı. Ermənilər təşviş içində idi. Düşmənin bölmələri darmadağın edildi. Bölmələrimiz əks hücumla düşməni geri oturtdu, Lələtəpə yüksəkliyi və ətraf bölgələr düşməndən tamamilə azad edildi. Çox gözəl bir an yaşandı. Ordumuzun gücü, bütün şəxsi heyətin döyüş ruhu  ortaya çıxdı. Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil. Ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var. Əsgərlərimiz, döyüşçülərimiz böyük rəşadət göstərdilər. Lələtəpə yüksəkliyinə 3 rəngli bayrağımızı sancdılar.

Vətən sərhəddən başlayır deyirlər. Bu fikir ön xətdə əsgərlərimizin sırasında olarkən mənə daha yaxşı aydın oldu. Yayın istisindən, qışın soyuğundan çəkinməyən vətənpərvər oğullarımız ucalıq, əzəmət simvolu olan dağlarda döyüş növbətçiliyi aparır, sinəsini düşmənə sipər edirlər. Məğrurcasına dayanıblar, düşmən torpaqlarımıza ayaq açmasın deyə, gecəni səhərə qədər növbə çəkirlər, biz isti otaqlarımızda rahat uyuyaq deyə. Düzdür, Lələtəpə son dayanacaq deyil. Bu yüksəklikdən  işğalda olan torpaqlarımızı seyr etdikcə düşünürəm ki, Şuşa, Xankəndi, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Zəngilan bizim yolumuzu gözləyir.  Biz bu yolun başlanğıcı olan Lələtəpə zirvəsində olduğumuz üçün qürur duyurduq. Aprel qələbəsinin əldə olunmasında xidmətləri olan zabitlərlə görüşüb həmsöhbət oluruq.

Ordumuzun qurucusu, ulu öndər Heydər Əliyev hələ 70-ci illərdə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəbi yaradanda bəlkə də çoxları bunun əsl mahiyyətini dərk etmirdi. Həmin məktəbin məzunları bu gün milli ordumuzun sıralarında peşəkar zabit kimi xidmət edirlər. Müstəqillik illərində hərbi təhsilin inkişafı ilə bağlı ulu öndərin gələcəyə hesablanmış ən böyük qərarlarından biri də Naxçıvanda hərbi məktəbin əsasının qoyulması oldu. Kapitan Elmar Babayev Naxçıvan hərbi liseyinin məzunlarındandır. Aprel döyüşlərinin iştirakçısı olan Elmar Babayev öz fikirlərini bizimlə bölüşür: “Aprel döyüşləri Azərbaycan Ordusunun yazdığı zəfər tarixidir. Azərbaycan Ordusu öz şücaət və məharətini həmin tarixdə düşmənə bir daha göstərdi. Düşmən xeyli sayda itki verdi. Bir zabit kimi Ali Baş Komandanı və bütün komandir heyətini əmin etmək istəyirəm ki, mən və mənim rəhbərlik etdiyim bölmə hər an döyüşə hazırdır. Hər an torpaqlarımızı düşməndən azad etməyə qadirdir. Düşmən o torpaqlarda çox qala bilməz”.

Heydər Əliyev adına Naxçıvan Hərbi liseyinin digər bir məzunu Zülfü Rzayevi də ön xətdə xidmət edən peşəkar bir zabit kimi görmək qürurvericidir. Zülfü Rzayev aprel hadisələrini belə xatırlayır: “Ermənilər bizim ön xətdə olan kəndləri çox vaxt atəşə tuturdu. Atəşkəsi mütəmadi olaraq pozurdu. Düşmən aprelin birində hücuma keçdi. Yuxarı komandanlığın əmrinə əsasən əks-hücumla düşmən hücumunun qarşısı alındı. Şəxsi heyətimiz ön xətti yararaq düşmən mövqelərinə tərəf irəlilədi və ermənilərin canlı qüvvəsini, texnikasını məhv edərək hazırda bizim himayəmizdə olan Lələtəpə yüksəkliyində qərar tutdu. Həmin yüksəkliyə qalxmağımızla qürur duyurduq. Çünki illər boyu həsrətində olduğumuz torpaqlarda idik. Bu böyük bir zəfər idi. Aprel döyüşləri bir daha sübut etdi ki, bizim ordumuz nəyə qadirdir”.

Mayor Sədi Musayev: “Lələtəpə elə bir yüksəklikdir ki, strateji əhəmiyyətə malikdir. Əvvəllər ermənilər bizim yaşayış məntəqələrini atəşə tuturdular. Gördüyünüz əkin sahələrini əkməyə imkan vermirdilər. Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi və onun ətrafındakı ərazilər azad edildi.  Uğurlu bir əməliyyat oldu. Bu əməliyyatdan da Azərbaycan Ordusu qalib çıxdı. Bu yolda şəhidlər də verdik. Aprel şəhidləri bizim gənc nəsil üçün qəhrəmanlıq simvoludur. Apreldə şəhid olanların hər biri  Azərbaycanın qəhrəmanlarıdır”.

“Biz Lələtəpə yüksəkliyini almaqla Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmənin atəşi altında qalmaqdan xilas etdik”, -deyə Naib İsmayılov söhbətə qoşulur. “Kənddə abadlıq işləri görülüb, evlər tikilib. Kənd sakinlərinin doğma yurd-yuvalarına qayıtması təmin olunub. Bu o deməkdir ki, növbəti ayaq basacağımız torpaqlar Şuşa, Laçın, Kəlbəcər, Ağdam,  Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan olacaq, belə evlər orda da tikiləcək. İnsanlar öz el-obalarına qayıdacaqlar”. 

Lələtəpədən  Cocuq Mərcanlı çox gözəl görünür. Elə bu gözəlliyi görmək sorağı ilə yola düşürük. Cocuq Mərcanlıya gedən yolun üzərində yerləşən Horadizin bugünkü görkəmi göz oxşayır. Burada aprel şəhidlərinin xatirəsinə yaradılan abidəni ziyarət edirik.  Bu abidə gələcək nəsillər üçün daş üzərində əbədiləşdirilən hərbi-vətənpərvərlik salnaməsidir.

Nəhayət Cocuq Mərcanlıya yetişirik. Rahat və hamar yollar, məktəb binası, bağça, məscid, sakinlər üçün tikilmiş evlər, yaradılmış imkanlar. 23 ildən sonra burda həyat bərpa edilib. Düz 23 il Cocuq Mərcanlı öz sakinlərinin yolunu gözləyib. Bu illər ərzində kənd tamamilə xarabazarlığa çevrilmişdi. Yol infrastrukturu sıradan çıxmışdı. Məhz ulu öndərin qətiyyəti ilə uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bir qəsəbəsi, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Lakin düşmənin tez-tez bu kəndi atəşə tutmasına görə məskunlaşma mümkün olmayıb. Yalnız Oqtay Həziyev öz ailəsi ilə birlikdə təhlükəli olsa da, kənddə yaşayışını davam etdirib. Oqtay Həziyev bildirdi ki, bu ərazilərdə yaşamaq mümkün deyildi, çünki kəndin üst tərəfində yerləşən Lələtəpə yüksəkliyi mənfur düşmənlərin əlində idi. “Uğurlu aprel döyüşlərində Lələtəpə yüksəkliyi işğaldan azad edildi. Ölkə başçısının sərəncamı ilə Cocuq Mərcanlının bərpasına başlanıldı. İndi görürsünüz, həyat necə qaynayır. Bu cür gözəl şərait qurulub. Məktəb, bağça, inzibati binalar, gözəl evlər tikilib. Dağıdılıb sıradan çıxmış yollar bərpa olunub. İlk mərhələdə 50 yaşayış evi, Şuşa məscidinin bənzəri olan gözəl bir məscid və 90 nəfərlik məktəb binası inşa olunub. Cənab prezident bu kəndin açılışında oldu. Ölkə başçısının diqqət və qayğısı ilə mənə 4 otaqlı ev, 70 ha torpaq sahəsi hədiyyə edilib. Biz burda düşmənlərlə üz-üzə yaşayan sakinlərik. Heç birimizin də qorxusu yoxdur. Biz Azərbaycan dövlətinin, ordusunun gücünə arxalanırıq. İnsanlarımız da tam arxayındır ki, artıq güclü, vahid komandanlığa tabe olan ordumuz var.  Bu kənddə yaşayırıq, yaşayacağıq da”.

Növbəti həmsöhbətimiz Üzeyir Nəcəfovdur. Onunla Füzuli rayonunun Kərimbəyli kəndində görüşürük. Aprel döyüşlərində 4 güllə yarası alıb, II qrup əlildir. Hadisələrin canlı şahidi olan  Üzeyir söhbət zamanı bildirir ki, 2-5 aprel tarixləri qürurla xatırlayacağımız bir gündür: “Həmin gün çoxdandı səbrsizliklə gözlədiyimiz işi, bir missiyanı yerinə yetirirdik. Düşmən mart ayından etibarən dəfələrlə təxribat törədirdi. Təxribatın qarşısı alınırdı. Bu dəfə fərqli oldu. Biz həm öz əlimizdə olan mövqelərimizin təhlükəsizliyini təmin etməkdən ötrü, həm də çoxdandı həsrətində olan torpaqlara ayaq basmaqdan ötrü irəli atıldıq. Düşməni geri otuzdurduq. Lələtəpə yüksəkliyini azad etdik. Geri çəkilmədik. Aprel döyüşləri Ermənistan ordusunun gücü ilə bağlı yaranmış mifi darmadağın etdi. Onlar hələ də bu məğlubiyyəti həzm edə bilmirlər. Bizim torpaqlarımız tezliklə işğaldan azad olunacaq. Aprel qələbəsi davamlı olacaq”.

Üzeyir Nəcəfov bizi 4 yaşlı oğlu Hacı Nəcəfovla tanış edir. Atası onun üçün hərbi forma tikdirib. “Böyüyəndə kim olacaqsan” - sualımızı belə cavablandırır:

- Əsgər

Bəli, hər birimiz bu vətənin əsgəriyik. Kimimiz səngərdə, kimimiz seçdiyimiz peşə ilə bu Vətənə xidmət edirik. Amalımızsa birdir:  əzəli ata-baba yurdlarımıza qayıtmaq. Artıq 90-cı illərin Azərbaycanı deyil,  güclü dövlətə, müzəffər orduya sahibik. Fikri, xəyalı 90-cı illərdə ilişib qalan Ermənistan ordusu aprel döyüşlərində dərsini aldı. Bir daha anladı ki, bu gün Lələtəpəyə bayrağını sancan Azərbaycan Ordusu sabah bu bayrağı Şuşada, Laçında, Kəlbəcərdə dalğalandıracaq. Növbəti dəfə təxribata əl atarsa, bu dəfə könlümüz deyil, ordumuz Qarabağdan keçəcək!

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ