Bazar günü günü, 15 noyabr 2026
     

Bir Oğul, bir Şəhid - FOTO

Image


Bu yazını hələ iki il əvvəl yazmaq istəyirdim. Çox düşündüm-daşındım, amma yaza bilmədim. Çəkindim... Çəkindim ona görə ki, birdən qəhrəmanımın qovuşduğu ucalığı, həyatının tam dəyərini əks etdirə bilmərəm. (Bu hiss hələ də canımdadı). Səbrləndim...

Özümü inandırmağa çalışdım ki, hələ mənim bu mövzuda yazmağımın zamanı deyil, - hələ yara təzədi, ürək sızıltılarının, göynərtilərinin şiddəti fikirlərimin kəsərini dərk etməkdə qəhrəmanımın əzizlərinə, dostlarına, el-obasına, eləcə də özümə mane olacaq. Qoy, yara soyusun, - dedim. Onun yoxluğunu, aramızda olmamasını ötən aylar, illər bəlkə daha dərindən hiss etdirər bizlərə, - deyə düşündüm... Amma nə yara soyudu, nə də ayların-illərin gücü catdı onun yoxluq yükünü azaltmağa. Aprelin 9-u artıq iki oldu... İki ildi ki, bir atanın donmuş ruhunu hər gün çəkilən “ahh!”lar isinməyə qoymur. İki ildı ki, bir ananın hər gün hər köks ötürdükcə yağmur tökən gözləri qurumur, qubarlı ürəyi rahatlıq tapmır. İki ildi ki, bir bacının nisgildən heykəlləşmiş üzündən təbəssüm yoxa çıxıb. Həm də iki ildi ki, bir el, bir kənd qəhrəman oğlunun ona bəxş etdiyi qüruru, şərəfi ürəyində bayraq tək gəzdirir...

Və yazmağa başladım, - bir həyat tarixçəsi olaraq.

Tanışlıq üçün

İki ildi ki, adı ürəklərdə əbədiləşmiş qəhrəmanım Fərəczadə Toğrul Habil oğludu. Toğrul 1993-cü ilin oktyabr ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Atası Habil sadə və zəhmətkeş olmaqla, həm də eldə-obada ədəb-ərkanı, sakit təbiətilə seçilən bir insandı. İki il əvvələ qədər Bico kəndinin xeyir-şər məclisləri Habilsiz keçməzdi. Bu mənada ki, o, aşpazlıq sənətininin sirlərini mahircəsinə mənimsəmişdi və əlinin tamına görə az müddətdə şöhrətlənmişdi...

Toğrulun anası Bəhruzə xanım evdar qadındı. Onun ən böyük dəyəri, qiyməti Toğrul kimi bir oğulu dünyaya gətirməsi, onu vətənpərvər ruhda tərbiyələndirməsidi...

Toğrul A.Cəbiyev adına Bico kənd tam orta məktəbində orta təhsil alıb. Müəllimlərinin söyləmələrinə görə, nizam-intizamından əlavə, təhsilə, savada da aktiv münasibət göstərib. Yeniyetməlik vaxtlarında musiqiyə olan həvəsi Onu Ağsu musiqi məktəbinin nağara sinfinə aparıb çıxarıb. Bu sahədəki istedadı Toğrulun çox gənc yaşlarında el şənliklərində ritm ifaçısı kimi təmsil olunmasına da şərait yaratmışdı...

(Toğrul məndən 17 yaş kiçik olduğundan, onun məktəb və yeniyetməlik illərindəki keyfiyyətlərinə sadəcə eşitdiklərimə əsasən bələdəm. Əsas bunu bilirəm ki, O, ailəsinin adına uyğun olaraq, ədəbli, qanacaqlı, tərbiyəli və istiqanlı bir övlad olub).

Və bizim “ağ atlı oğlan” nəhayət əsgərlik yaşına catdı...

Ölümsüzlük işığına doğru

Toğrulun hərbi xidmətə yola düşməsilə bağlı atası böyük bir təmtəraq düzəltmişdi. İndiki kimi yadımdadı: böyük bir toy mağarı, seçilən və sevilən musiqicilər, kənd bozbaşı, kənd dolması, kabablar və yeyib-içən, gülüb-oynayan qohum-əqraba, kənd camaatı... Məclisin aparıcılığını mənə həvalə etmişdilər. Toğrulun davranışları - kiçiklə kiçik, böyüklə böyük, dostla dost, qohumla qohum... kimi özünü aparmağı musiqiçilərə və mənə böyük ruh yüksəkliyi gətirdi və biz də bacardığımızı onun adına qurulan məclisdən əsirgəmədik. Hələ də yaddaşlarda təzə-tər qalan o məclis bu gün də xüsusi şövqlə xatırlanır. Toğrulun həmin gün üzündən əsgilməyən sevinci, rəqsləri, hər kəsə özünü doğma göstərməsi... məclisə lazım olan bəzəyi verirdi. Gülə-gülə, oynaya-oynaya hərbi xidmət qapısını döydü Toğrul...

Və əsgərlik günləri başladı. Bu sevimli balanı camaat hər valideynlərini gördükdə, rastlaşdıqda soruşur, onun əhvalı ilə maraqlanırdılar. Valideynlərinə komandirlərindən tez-tez minnətdarlıq məktubları gəlirdi belə oğul yetişdirdiklərinə görə. Sorağı yaxşı gəlirdi Toğrulun və bu da onun əzizlərini, yaxınlarını, camaatını hədsiz sevindirirdi...

 Əsgərlik müddəti bitməmiş, Toğrul MM-in Xüsusi təyinatlılarına qoşulmaq qərarına gəldi. Qarşıdakı çətinliklər nəinki Onu qorxutmurdu, əksinə özünü göstərmək, tanıtmaq üçün ona daha geniş meydan kimi görünürdü. Çünki bu şücayət ona qanla, genlə gəlib çatmışdı...

Bico kəndi nəinki Şirvanda, bütün Azərbaycanda özünü hərtərəfli təsdiqləmiş bir kənddi. Elmi, mədəniyyəti, sənət peşəkarlığı, folklor yaddaşı, təsərrüfat qabiliyyəti və hərb-cəng salnamələri ilə Bico mühiti tarixən barmaqla göstərilən Azərbaycan kəndlərindəndi. Hərb sahəsindən danışsaq, təkcə bunu xatırlatmağa dəyər ki, 1918-ci ildə Bico kişiləri kənd təsərrüfat alətlərini əldə yaraq etməklə, 400 silahlı erməni əsgərini Pirəmsaq döyüşündə məhv eləyib. Eləcə də 1941-1945 savaşında bu mücadilədə iştirak edən Bico oğulları igidlikləri ilə tarixə düşüblər. 1991-1993-cü ilin Qarabağ savaşında da Bico kəndi sinəsini önə verib, mərdliklə döyüşən onlarla övladından Rauf, Fərrux, Sənan kimi oğullarını Şəhid verib...

Bütün bu özəlliklər Toğrula da ruhla, qanla keçmişdi. Ona görə də döyüşmək üçün, qəhrəmanlığını göstərmək üçün daha böyük meydan sevdasında idi və arzusuna qovuşdu - hərbi xidmət müddətini tamamlamamış, “gizir” kimi xüsusi təyinatlıların cərgəsinə qoşuldu...

Vətən andı - Cənnət qapısı

Toğrul düz qamətli, uca boylu, həm də yaraşıqlı bir gənc idi. Fiziki göstəricilərinə görə onun xüsusi təyinatlı dəstəyə qoşulması çox asan oldu. Tezliklə də yeni qatıldığı hərbi dəstədə çalışqanlığı, çevikliyi, tapşırıqların öhdəsindən layiqincə gəlməsilə diqqət və hörmət qazandı. Düzdü, Toğrul xüsusi təyinatlı alayda yeganə bicolu deyildi, - Rahim, Sərvət, Sahil, Ceyhun, Mehman kimi həmkəndliləri də canları ilə bu dəstədə Vətənə xidmət göstərirdilər, - ancaq az müddətdə onlarla bərabər xidmət yolunu tuta bildi.

Haşıyə: Toğrulun məzuniyyət vaxtı kəndə gəlməkləri yaxşı yadımdadı. Ev görüşündən sonra kəndə çıxardı, qohumlarına, oxuduğu məktəbə, dostlarına baş çəkərdi. “Məhlə uşaqları” ilə hal-əhval tutardı, tay-tuşlarının qayğıları ilə maraqlanardı, onların xidmətində dayanmağa can atardı. Atasına bir quzu kəsdirib, doğmalarını, dostlarını başına yiğardı, deyib-gülüb şənlənərdi. Təlim və tapşırıqlarda yiğdığı ağırlıqları heç kimə hiss elətdirməzdi... Bir sözlə, onda yaşamaq üçün əksər keyfiyyətlər vardı...

2016-cı ilin aprel ayının 1-də ata-anası ilə telefonla danışmışdı Toğrul. Atası Habilin dediklərindən: “Aprelin 1-i əlaqə saxladıq, hal-əhval tutduq. Hər şeyin qaydasında olduğunu bildirdi. Bizə ürək-dirək verdi, “Məndən nigaran qalmayın” dedi. Dedim, “Noolub, niyə belə danışırsan? Biz həmişə səndən nigaranıq, ancaq bunu heç vaxt dilinə gətirməzdin?”. Dedi, “Heç nə olmayıb, ola bilsin, bir həftə əlaqə saxlaya bilmədim. Təlimə gedirik, qayıdandan sonra özüm əlaqə saxlayacam. Buna görə deyirəm, narahat olmayın.” Aprelin 2-də televiziyadan cəbhədəki gərginlik, atışma barədə xəbərləri eşidəndə, ixtiyarsız narahat olmağa başladım. Səhəri gün zəng elədim, telefonuna zəng çatmadı. Adətən, onlar tapşırıqda olanda telefon götürmürdülər. Buna baxmayaraq, ürəyim dinclik tapmadı. Ayın 4-də “itgin” xəbərini öyrənə bildim. Neçə gün cəbhə bölgəsinə yaxın hospitalları gəzdik. Hər yerdən “əliboş” qayıtdıq... Ayın 8-də bizə məlumat verildi ki, Toğrul bir neçə silahdaşı ilə Şəhid olub... Ayın 9-dasa bircəcik oğlumu dəfn elədik... Elə bil, ürəyinə dammışdı “Məndən nigaran qalmayın” deyəndə...”...

Məlum döyüşdən sağ çıxmış silahdaşları - qazilər deyirlər ki, Toğrul hər tapşırıq zamanı, düşmənin diversiya qruplarını yerinə oturdarkən özünü mərdanə, təmkinli və döyüşkən aparırdı. Qazilərin sözlərinə görə, son məlum döyüşdə Toğrul yaralı silah yoldaşını qaynar xətdən uzaqlaşdırarkən şəhid olub. Buna görədir ki, Toğrulun dəfnində sağ qalan komandirləri, silahdaşları hamısı iştirak etdilər və ildönümlərində də onu məzarı üstə yad edirlər...

Ondan sonra...

Bəli, 2016-cı ilin 9 aprelində böyük bir izdiham - dövlət və silahlı qüvvələrin səlahiyyətli nümayəndələri, minlərlə sadə agsulu və Bico camaatı ata-ananın yeganə oğlu - Şəhid Fərəczadə Toğrul Habil oğlunu doğmalarının uyuduğu kənd qəbirstanlığında son mənzilə yola saldı. Toğrul Vətən üçün ən ali zirvəyə - şəhidlik ucalığına yüksəldi, amma həm də valideynlərinin sabit həyat nəbzini, gələcək arzularını özü ilə apardı. Ata-anası, doğmaları Onun toyu üçün min xəyallar qurduğu bir vaxtda, o özünün 22 sənəlik gənc həyatını Vətəninə, Xalqına fəda etdi...

Əlbəttə, Şəhidlər ölmür! Sözsüz ki, Şəhidlərin, mübaliğəsiz, yeri Cənnətdir! Toğrulun haqqında kitab da yazılıb, qəzet məqalələri də dərc olunub, otağı Ev Muzeyinə, məzarı ziyarətgaha çevrilib... Bununla belə, tək oğul övladı itirmiş atanın, ananın susqun, kədərli və nəmli baxışlarının qarşısında heç bir söz tapmaq olmur. Əksinə, onların “Biz fəxr edirik ki, Toğrulun valideynləriyik!” nidası neçə-neçə Azərbaycan övladının vətənpərvər ruhda böyüməsinə zəmin yaradır. Alqış olsun Habil kimi ataya, Bəhruzə kimi anaya! Başınızı və qəddinizi həmişə və hər yerdə dik tutun. Qoy, Sizi görəndə övladlarını var-dövlət gücünə hərbi xidmətdən yayındırmaq istəyən nanəciblər, haramzadələr utanıb, başlarını yerə soxsunlar. Sizin Oğlunuz Azərbaycan hərb tarixinin bir parçasıdır artıq. Bununla öyünmək şərəfinisə məhz Toğrul kimi övladlar Valideynlərinə, Millətinə, Vətəninə verə bilər!

Toğrulun və bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm!

Seymur Əhməd



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ