Bazar günü günü, 15 noyabr 2026
     

Qarabağın ləhcə və şivələri ilə bağlı yeni atlas hazırlanır

Image


Buludxan Xəlilov: “Dialektoloji atlas qədər xalqın dilinin tarixini yaşadan ikinci qaynaq yoxdur”

 

Azərbaycan dilinin ayrı-ayrı bölgələrə məxsus ləhcə və şivələrinin, dialektlərinin yenidən öyrənilməsi, toplanması, onların elektron atlaslar, xəritələr şəklində hazırlanması dilçilik elminin ən başlıca vəzifələrindəndir. 

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsində “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası” çapa hazırlanır.

Qeyd edək ki, Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva “Bakı-Xəbər”ə açıqlamasında “Biz hazırda Qarabağın dialektoloji atlasını hazırlayırıq. Azərbaycanın strateji əhəmiyyətli ərazilərini diqqətdə saxlayırıq. O ərazilərini ki, orada düşmən gözü var və düşmənlərimiz o yerləri zəbt etmək, kəndlərimizə sahib olmaq, buranın türk xalqına yox, hansısa bir millətə mənsub olduğunu demək istəyirlər. Biz Azərbaycan ərazilərinə iddia edən qüvvələrə cavab olaraq dialektoloji danışıq atlasları hazırlamışıq”- deyə bildirib.

Vurğulayaq ki, bundan əvvəl “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın Azərbaycan, rus və ingilis dillərində elektron variantı hazırlanaraq müfaviq internet resurslarında yerləşdirilib.

“Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanmasını müsbət qiymərtləndirən tanınmış dilçi-alim, professor Buludxan Xəlilov bildirdi ki, Azərbaycan dilinin müxtəlif bölgələr üzrə dialektoloji atlasının hazırlanması təqdirəlayiq haldır. Əvvəlcə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanmasından danışan B.Xəlilov qeyd etdi ki, bu atlas erməni iddialarına ən layiqli cavabdır. Bu atlasın hazırlanmasının mədəni, ədəbi, etnoqrafik və siyasi hadisə olduğunu deyən B.Xəlilov hesab edir ki, bütün dünya bu torpaqların əsl sahibinin bizlər olduğunu bir daha biləcək: “Azərbaycanda  dialektoloji atlasın hazırlanması ənənəsi və təcrübəsinin tarixi qədimdir. Belə ki, vaxtilə Musa İslamov “Azərbaycan dialektoloji atlası”nı hazırlayıb. Deyərdim ki, bu, türk xalqları içərisində ilk hazırlanan dialektoloji atlas idi. Bu dialektoloji atlasın hazırlanması ənənələrinin əsası akademik Məmmədağa Şirəliyev tərəfindən qoyulub. Türkdilli xalqlar arasında ilk dialektoloji atlası da Azərbaycan hazırlayıb. Bunları ona görə deyirəm ki, dialektoloji atlasın hazırlanmasında Azərbaycanın böyük təcrübəsi və ənənəsi var. Hətta bunu da deməyi özümə borc bilirəm ki, bütün türkdilli xalqlar, yəni həm Sibirdə, həm Orta Asiyada yaşayanlar, elə Türkiyənin özü də bizim o dialektoloji atlası sevərəkdən əldə ediblər və onun hazırlanma texnologiyasından istifadə ediblər. Onu da deyim ki, mən özüm də vaxtilə Orta Asiyada fəaliyyət göstərən bir çox türkoloqlara həmin atlası göndərmişəm. Bu ənənəni davam etdirərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanması çox önəmli bir hadisədir. Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü, bir sözlə, bütün göstəriciləri öz əksini tapır. O ki, qaldı dialekt faktlarına, dialekt faktları xalqın tarixini yaşadan ən zəngin faktlardan biridir. Naxçıvan elə bir regiondur ki, o, zaman-zaman bədnam ermənilər tərəfindən həmlələrə, hədələrə, iddialara məruz qalıb. Bu səbəbdən də həmin bölgənin atlasının hazırlanması bir daha əsas verir ki, Naxçıvanda yaşayan Azərbaycan türkləri aborigendir. Onlar aborigen xalq kimi öz dialektal xüsusiyyətlərini qoruyub saxlayıblar və Azərbaycan dilinin lüğət tərkibinin zənginləşməsində çox önəmli rol oynayıblar. Çünki dialektoloji atlas dialekt faktlarını təkcə leksik baxımdan deyil, qrammatik baxımdan deyil, fonetik baxımdan da əks etdirir. Bu baxımdan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanması bizim dilçilik sahəsinə böyük töhfə olmaqla yanaşı, həm də onun böyük siyasi əhəmiyyəti var. Siyasi əhəmiyyəti ondan ibarətdir ki, onun arxasında ciddi bir dil dayanır, dialekt dayanır. O da Naxçıvan bölgəsinin dialektidir ki, bu, Azərbaycan ədəbi dilindən fərqli cəhətlərini həmin atlasda ifadə edib.

Bizim üçün həmişə diqqət mərkəzində olan və tarixinin, folklorunun, dialektinin öyrənilməsinə ehtiyac duyulan bölgələrimizdən biri Qarabağdır. Bu bölgəmiz siyasi maraq dairəsində olan bir məkandır. Qarabağın tarixindən, folklor və etnoqrafiyasından yazılıb və yazılacaq da. Ancaq onun dialektlərinin materialları əsasında “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması bir daha sübut edəcək ki, bu ərazinin aborigen xalqı azərbaycanlılardır”.

B.Xəlilovun sözlərinə görə, “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanması dünyaya sübut edəcək ki, bu ərazidə yaşayan azərbaycanlılar öz dialektini yaradıblar, inkişaf etdiriblər və onu ayrı-ayrı folklor nümunələrində, tapmacalarda, bayatılarda, dil nümunələrində qoruyub saxlaya biliblər. “Hazırda “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın hazırlanmasının ən önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, orada bu bölgənin dialekti tam olaraq ifadə olunur. Bir məqamı da deyim ki, artıq Qarabağdan olan yaşlı nəslin bir hissəsi dünyasını dəyişir,  dialektoloji atlası daha da zənginləşdirmək üçün yaşlı nəsildən material toplamağa çox ciddi ehtiyac var. Dünyasını dəyişən yaşlı nəslin nümayəndələri öz sinələrində dialektoloji  faktları aparıb gediblər. Ancaq bizim dialektoloqlarımız həyatda olan insanlardan dil faktlarını toplamalıdırlar. Digər tərəfdən də bu o deməkdir ki, biz dil baxımından da Dağlıq Qarabağ bölgəsinin dil faktlarını, ayrı-ayrı dil faktlarındakı fonetik xüsusiyyətlərini, leksik və qrammatik faktlarını öyrənmiş olacağıq. Bu atlasın çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, bu atlas hazırlanıb yayıldıqdan sonra dialektoloji atlaslar dünyanın müxtəlif dillərinə tərcümə edilsə, yaxşı olar. Bildiyim qədər, bu, üç dildə olacaq, daha çox dillərə tərcümə edilməlidir. Bu da dialektoloji atlasların auditoriyasının geniş olacağından xəbər verir. Bu auditoriya bizim apardığımız siyasətə, ideologiyaya xidmət edəcək, Dağlıq Qarabağ uğrunda apardığımız mücadilədə haqlı olduğumuzu sübut edəcək. Bu bizim əlimizdə böyük bir fakta çevriləcək. Bu gün dünya fakta söykənir. Yəni dialektoloji atlas da elə bir qaynaqdır ki, istər-istəməz, dünyanın tərəqqipərvər, ziyalı, işıqlı insanlarını düşünməyə vadar edəcək. Onlar biləcəklər ki, bədxah ermənilər məkrli siyasət yürüdərək aborigen xalqın torpaqlarını işğal ediblər və öz iddialarından da geri çəkilmirlər” - deyə bildirən B.Xəlilovun fikincə, həm “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, həm də “Azərbaycan dilinin Qarabağ dialektoloji atlası”nın çap variantları da hazırlansa, bu daha da müsbət olar.

O, hesab edir ki, elektron variantın öz üstünlüyü olduğu kimi, çap variantının da öz üstün cəhətləri var. Alim qeyd etdi ki, bu sahədə sistemli tədqiqatlar davam etdirilməli və digər bölgələrimizin də dialektoloji atlası hazırlanmalıdır: “Hesab edirəm ki, bu iş davam etdirilməli, İrəvan bölgəsinin, Göyçənin, bir sözlə, Qərbi Azərbaycanın, Cənubi Azərbaycanın, Borçalı, Dərbənd və digər tarixi bölgələrimzin  dialektoloji atlasının hazırlanmasına ehtiyac var. Çünki dil faktlarını dəqiq bilən yaşlı nəsil dünyasını dəyişir, elə sözlər var ki, onlarla birgə gedir. Dialektoloji atlas qədər xalqın dilinin tarixini yaşadan ikinci qaynaq yoxdur. Bu çox ciddi qaynaqdır və biz bu sahəyə diqqəti bir qədər də artırmalıyıq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ