Aprelin 3-də saat 13:00 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki “Gilavar” sanatoriyasında məcburi köçkün Səidə Səfərovanın qaldığı mənzildə yanğın baş verib.
Həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları dərhal tüstünün qalxdığını görüb, dərhal hadisə yerinə gəliblər. Rəhbərliyə müvafiq məlumat verilib. Hadisə zamanı binada olan 23 nəfər polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə təxliyə edilmişlər. 0nlardan 8 nəfər Bakı şəhər 1 saylı klinik xəstəxanaya yerləşdirilib.
Sakinlərin təhlükəsizliyinin təmin edilməsində polis serjantları Elmar Hüseynov, Əli Dadaşov, Zəka Kərimov, Afəddin Nəbiyev, Siyavuş Abbasov, Zöhrab Salmanov xüsusilə fərqləniblər.
Zeyni Hüseynov DİN Mətbuat Xidmətinin əməkdaşı