Bazar günü günü, 15 noyabr 2026
     

“Bəzən autizmli uşaqları dərmanla müalicə etmək istəyirlər” - MÜSAHİBƏ

Image


2 Aprel Dünya Autizm Məlumatlandırma Günüdür. Bir çox valideynlər övladına bu diaqnozun qoyulmasını faciə kimi qəbul edir, uşaqlarının ömürlük əlil olduğunu düşünürlər. Lakin autizm nə qədər tez aşkarlansa və müalicəyə başlansa, bir o qədər effekt verə bilər.

Təəssüf ki, hələ də cəmiyyətdə bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi haqqında dolğun məlumat yoxdur. Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının əməkdaşı, həkim-psixiatr, uşaq və yeniyetmə psixiatriyası üzrə mütəxəssis Ceyhun Məmmədzadə ilə məhz bu barədə söhbət etdik:

- Autizm nədir? Bu xəstəliyin əlamətləri barədə məlumat verərdiniz...

- Autizm bir inkişaf pozuntusudur. Erkən uşaqlıq dövründə müşahidə edilən və aşkarlanması mümkün olan pozuntulardan biridir. Bu pozuntunun əlamətləri çoxdur. Bu xəstəlik zamanı müəyyən əlamətlər toplusu önəm kəsb edir. Həmin simptomların əsasında pediatrlar, nevroloqlar və digər sahə həkimləri uşaqları autizm sahəsi üzrə mütəxəssisə yönəldə bilər.

Son zamanlar “autizm spektr pozuntusu” anlayışı da formalaşıb. Qeyd edək ki, ilk dəfə 1943-cü ildə Amerika psixiatrı Leo Kanner yazılarında “autizm sindromu” haqqında məlumatlar verib. O, 11 uşaq üzərində apardığı araşdırmalara əsasən bu sindromu müəyyənləşdirib. Lakin son 50-60 ildə bu pozuntu haqqında anlayış dəyişikliklərə uğrayıb. Bu gün “autistik spektr pozuntusu” adlandırılan bir anlayış Amerikan klassifikasiyasında “DSM” adlandırılan “klassifikasiyanın 5-ci buraxılışında autizm spektr pozuntusu” kimi qeydə alınıb. Çünki daha əvvəllər tipik autizm, atipik autizm, Asperger sindromu, Rett sindromu, dezinteqrativ pozuntu olaraq differensasiya aktual idi. Hazırda isə daha çox spektr olaraq qeydə alınır.

- Belədirsə, autizm xəstəliyinin diaqnozunu hansı konkret əlamətlərə görə qoymaq mümkün olur?

- Autizm spektr pozuntusu üçün uşaqlara xas olan əlamətlər var. Bu əlamətlər daha qabarıq olarsa valideynlər özləri də onları müşahidə edə bilər. Daha erkən vaxtlarda isə həmin simptomları pediatrlar, nevroloqlar, uşaq və yeniyetmə psixiatrları müşahidə edə bilər. Bu patologiyanın “qırmızı bayraqlar” adlandırılan əlamətlər toplusu var ki, onlar uşaqda müşahidə edilərsə, mütəxəssislərdə autizm şübhəsi yarada bilər. Bu zaman uşaqlar mütləq ciddi və mümkün qədər erkən müayinə olunmalıdır.

“Qırmızı bayraqlar”a aid olan əsas əlamətlərdən biri  göz təmasının qurulmamasıdır. Məsələn, uşağın göz kontaktının davamlı və tutarlı olmamamasıdır.  Digər əlamətlər işarə hərəkətlərinin, yəni qeyri-verbal nitqin inkişafında problem yaranması, uşağın özünə qapalı olması, eyni zamanda həyəcanını, sevincini və emosional hisslərini bölüşməkdə çətinlik çəkməsi və s.-dir. Valideynlər tərəfindən daha çox hiss edilən ilk əlamətlərdən biri isə  nitqin inkişaf etməməsidir. Nitq inkişafının geriləməsi və ya nitqin inkişaf etməməsinin bir neçə səbəbi ola bilər. Onlardan biri də autizm spektr pozuntusudur.

Son 10 ildə autizm spektr pozuntularının diaqnostikası daha da yaxşılaşıb. Son zamanlar bu sahədə çalışan mütəxəssislərin sayının artması istər xaricdə, istərsə də ölkəmizdə bu sahədə təhsil alanların çoxalması ilə bağlıdır. Azərbaycanda tərcümə olunmuş metodlar az saydadır, lakin bu metodların tətbiqini artırmaq və onların ölkəmizə adaptasiya edilməsi zəruridir.

Bu metodlara təkcə uşaq-yeniyetmə psixiatrları deyil, pediatrlar, nevroloqlar, sahə həkimləri də bələd olmalıdır. Çünki onlar uşaqları uşaq psixiatrlarından daha tez müayinə edirlər. Xəstəliyin proqnozu məqsədilə aparılan skrininq metodları xəstəliyin 12 aydan 30 aya kimi olan dövründə daha çox tətbiq olunur.

- Autizmli uşaq ən çox nədən əziyyət çəkir?

- Autizmli uşaq ən çox ətraf mühitlə ünsiyyətində çətinlik çəkir. Autizmin 3 əsas əlaməti var. Bunlar sosial kommunikasiya, qarşılıqlı münasibətlərin qurulması və stereotip: təkrarlanan fəaliyyət və davranış modelləridir. Gündəlik fəaliyyətin məhdudlaşdırılması funksionallığın pozulması ilə təzahür edir. Məsələn, sağlam inkişaf edən uşaqlarda oyun qurmaq kimi bir qabiliyyət olmalıdır, onlar təqlidi oyunlar qurmalıdır. Məsələn, qız uşaqları anasının hərəkətlərini təkrarlayır, onların çay süzməsini təqlid edirlər. Oğlan uşaqları sanki maşın sürürlər kimi hərəkətlər edirlər. Əslində, normal inkişaf zamanı uşaqlar məhz bu formada oyun qururlar. Lakin spektr pozuntusu olan uşaqlar oyuncaqlarından da fərqli formada istifadə edir. Məsələn, oyuncaq maşını sürmür, onları sıraya düzüb kənardan tamaşa edirlər.

Autizmli uşaqların əziyyət çəkdiyi amillərdən biri də özünü ifadə etməsi ilə bağlıdır. Onlar öz yaşıdları ilə ünsiyyət yaratmaqda çətinlik çəkirlər. Məsələn: autistik pozuntusu olan uşağı valideyn hər gün eyni yolla bağçaya aparır. Bir gün bu küçədə təmir gedir, valideyn uşağı başqa yolla aparmalıdır. Amma yolun dəyişməsinə bu uşaqlarda pis reaksiya ola bilər. Eyni zamanda, belə uşaqlarda davranış və yuxu pozuntularına da rast gəlinir ki, bunlar da uşaqlara kifayət qədər mane olur.

Əslində, autistik spektr pozuntusunun medikomentoz (dərmanla) müalicəsinin olmadığı məlumdur. Təəssüf ki, buna baxmayaraq, bir çox hallarda bəzi mütəxəssislər uşaqları hansısa dərmanlarla müalicə etməyə çalışır. Lakin bu xəstəliyin dərmanla müalicəsi yoxdur. Autizm spektr pozuntusunun müalicəsinin əsas metodikası psixopedoqoji reabilitasiyadan ibarətdir. Psixopedaqoqlar, loqopedlər bu uşaqlarla işləməlidir. Və yaddan çıxarmaq lazım deyil ki, bu uşaqlar xəstə deyillər, sadəcə, fərqli uşaqlar hesab olunurlar. Onlar öz yaşıdlarından fərqlənirlər. Buna görə də belə uşaqlara çox həssas yanaşmaq lazımdır. Müalicə nə qədər erkən yaşdan başlanarsa, bir o qədər də faydası çox olar.

- Bu xəstəlik ilk olaraq hansı yaşda özünü büruzə verir? Uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkündür?

- Klassifikasiyaya nəzər salsaq, dünya psixiatriya assosiasiyalarının, dünya uşaq və yeniyetmə psixiatriyası assosiasiyalarının rəyinə əsasən, xəstəliyin 3 yaşında müəyyənləşdirildiyi hesab olunur. Rəsmi olaraq diaqnozun qoyulması 3 yaşında mümkündür.  Lakin son zamanlar 2 yaşında da autistik əlamətlər müşahidə olunduqda, artıq işləməyə başlayırıq. Çünki müalicə 2 yaşında başlasaq, daha yaxşı nəticə almaq ehtimalımız var. Ona görə də vaxt itkisinə yol verməmək üçün işlərə tez başlayırıq. Praktikada isə hətta 1-1,5 yaşda da bu xəstəliyi müşahidə etmək olur. Bəzən bu cür tez aşkarlandıqda, artıq bir neçə aylıq reabilitasiyadan sonra biz uşaqda böyük irəliləyişlər müşahidə edirik.

Təəssüf ki, uşağın autizm xəstəsi olduğunu ana bətnində müəyyən etmək mümkün deyil. Hazırda autistik spektr pozuntuları ilə bağlı genetik, epgenetik araşdırmalar aparılır. Hətta şübhə doğuran müəyyən genlərin nömrələri də işarələnib. Belə ehtimal olunur ki, məhz həmin genlərin ekspressiyasi nəticəsində bu xəstəlik yaranır. Amma bunların hamısı hələlik elmi fərziyyə mərhələsindədir, təsdiq olunmayıb. Hələlik xəstəliyin genetikası ilə bağlı ciddi elmi tədqiqatlar davam etdirilir. Gələcəkdə bu sahədə dəqiq diaqnozun müəyyən olub-olmayacağını isə demək çətindir.

- Bütün bunlardan sonra nə demək olar - autizm xəstəliyinin müalicəsi varmı?

- Autizmin tam müalicə olunub-olunmayacağını əvvəlcədən proqnoz etmək mümkün deyil. Çünki hər autistik uşaq fərqlidir. Onların reabilitasiyaya nə dərəcədə uyğunlaşmasından çox şey asılıdır. Dünyada “7 gün 24 saat” adlandırdığınız reabilitasiya prinsipi var. Yəni belə uşaqlar təkcə getdikləri mərkəzlərdə deyil, evlərində də reabilitasiyada olmalıdırlar. Valideynlərə də belə uşaqlarla işləmək öyrədilir.

- Sizə bu xəstəliklə bağlı müraciətlər olurmu?

- Bəli, belə müraciətlərin sayı  olduqca çoxdur. Bir çox valideynlər artıq bir çox həkimlərə getdikdən sonra bizim yanımıza gəlirlər. Valideynlərin əksəriyyəti bu diaqnozu qəbul etmək istəmir. Azərbaycanda əvvəllər autizm haqqında cəmiyyətin məlumatı az idi. Amma xəstəlik artdıqca, məlumatlar da çoxaldı.

Autizmli xəstələrin sayının artma səbəblərini konkret izah etmək çətindir. Bəzi araşdırmalara görə, dünyada hər 88 uşaqdan biri autizm xəstəsidir. Əlbəttə, bu göstərici hər ölkədə eyni ola bilməz. Amma rəqəmlər təxminən bu civardadır. Əvvəllər Azərbaycanda bu diaqnozla xüsusi tanışlıq yox idi. Lakin xəstələrin sayı artdıqca, məlumatımız da çoxaldı.

İstənilən halda, insanlar arasında maarifləndirməyə ehtiyac var. Bu işdə mətbuatın da rolu böyükdür. Çünki autizmli uşağa vaxtında və düzgün müdaxilənin olması, müalicənin mümkün qədər tez başlanması  olduqca vacibdir. Ən önəmlisi isə bu işdə ailə ilə reablitoloqların əlaqəli işləməsidir. Lakin bunu unutmayaq ki, autizm diaqnozu hökm deyil.

- Və nəhayət, autizm diaqnozu qoyulan uşaqların valideynlərinə nə məsləhət vermək olar?

- Belə valideynlərə demək istərdim ki, diaqnozu eşidib qorxmasınlar. Bu uşaqları xəstə yox, fərqli uşaqlar kimi qəbul etmək lazımdır. Mütəxəssislər isə skrininq metodlarını genişləndirməyə çalışmalıdır. Həm də ictimaiyyətin daha çox məlumatlı olmasına, maarifləndirmənin artırılmasına nail olmalıyıq. Çünki bir çox məsələlərdə olduğu kimi, burada da problemlərin əksəriyyəti məlumatsızlıqdan, yaxud yanlış məlumatdan yaranır. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ