Bazar günü günü, 15 noyabr 2026
     

Naxçıvanın dialektoloji sərvətləri...

Image


Kifayət İmamquliyeva: “Biz Azərbaycan ərazilərinə iddia edən qüvvələrə cavab olaraq dialektoloji danışıq atlasları hazırlamışıq”

 

Qədim və zəngin dil olan Azərbaycan dili böyük tarixi inkişaf  yolu keçib. Ana dilimizin incəlikləri, gözəllikləri Azərbaycanın müxtəlif bölgələrinə xas olan ləhcə, şivə və dialektlərin də timsalında ifadə olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra dilçilik elminin qarşısında duran əsas məsələlərdən biri ayrı-ayrı bölgələrə məxsus ləhcələrin, şivə və dialektlərin öyrənilməsi məsələsi idi. Dilçi-alimlərin verdiyi məlumata görə, bu sahədə əvvəllər də işlər görülüb, lakin bu işlər bu sahəni tam olaraq əhatə etmədiyindən, yenidən bu məsələ gündəmə gətirilib.

Azərbaycan dilinin formalaşmasında, ədəbi və şifahi formaya düşməsində şivə və ləhcələr də əhəmiyyətli dərəcədə rola malikdir. Son illər bu istiqamətdə görülən işlərin sırası genişlənir, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun müvafiq şöbəsi tərəfindən müxtəlif  bölgələrin şivə və ləhcələri yenidən öyrənilir, tədqiqata cəlb edilir, dilimiz o bölgələrə xas sözlərlə zənginləşir.

Bir neçə ildir Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dilinin müxtəlif bölgələrinə aid dialektoloji atlaslar hazırlanır. Azərbaycan dilinin diri və duru qaldığı Naxçıvanın rayon və kəndlərinə məxsus şivə və ləhcələrin də dialektoloji atlası hazırlanıb.

AMEA-nın Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsində həyata keçirilən bu işlərin həm Azərbaycan, həm də dünya üçün böyük əhəmiyyəti var. Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyeva “Bakı-Xəbər”ə açıqlamasında “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” ilə bağlı bildirdi ki, bu atlas böyük əhəmiyyətə malikdir. Şöbə müdirinin sözlərinə görə, bu atlaslar müvafiq rəsmi sənədin tələblərinə uyğun hazırlanıb: “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən hazırlanmış “Proqram”ın 6.3.5. bəndində Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi nəzərdə tutulub.

Məlumdur ki, dialekt və şivələr dilin canlı tarixidir. Mətbuatın, televiziyanın, ümumiyyətlə, kütləvi informasiya vasitələrinin inkişaf etdiyi, miqrasiyaların artdığı bir dövrdə dialekt və şivələr artıq məhvə doğru gedir. Lakin dialekt və şivələrdə elə dil faktları ortaya çıxır ki, bu, Azərbaycan xalqının kimliyini, tarixini, mədəniyyətini, aborigenliyini sübuta yetirə bilir və Azərbaycan torpaqlarına göz dikənlərə tutarlı cavab olur.

Dövlət başçısının sərəncamından sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun rəhbərliyi Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları ilə məsləhətləşərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın hazırlanmasını qarşıya məqsəd qoydu. Bilirsiniz ki, Naxçıvan Muxtar Respulikası strateji əhəmiyyətli ərazidir. Belə ki, qədim Azərbaycan torpağı Zəngəzur 1920-ci ildə totalitar sovet hakim dairələrinin anti-Azərbaycan siyasəti nəticəsində qanunsuz olaraq Ermənistana verilmiş və bunun acı nəticəsi olaraq Naxçıvan Muxtar Respublikasının ölkə ərazisi ilə torpaq sərhədləri kəsilmişdir. Eləcə də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndinin torpaqları Ermənistana verilmiş və bunun da nəticəsində həmin kənd Naxçıvan ərazisindən təcrid olunmuşdur. Bundan əlavə, 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi totalitar inzibati-amirlik şəraitində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin: Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz kəndlərinin, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kənd torpaqlarının bir hissəsinin əkin sahələri və otlaqları ilə birlikdə Ermənistan Sovet Sosialist Respublikasına birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Naxçıvan Muxtar Respublikasının sərhədləri haqqında Moskva müqaviləsi (1921) və Qars müqaviləsinin (1921) müddəaları nəzərə alınmadan və sənədləri imzalayan tərəflərin iştirakı olmadan Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin Muxtar Respublika ərazisinin bir hissəsinin Ermənistana verilməsi ilə bağlı bu anlaşılmaz və qanunsuz qərarı beynəlxalq hüquq normalarının kobudcasına pozulması faktı, Azərbaycan xalqına qarşı əsl xəyanətkarlıq və cinayət əməlidir. Və bu gün də Ermənistan dövləti Naxçıvan Muxtar Respublikasının torpaqlarını zəbt etməyə iddialıdır. Düşmənə tutarlı cavablardan biri də məhz bu atlas ola bilər.

Dialektoloqlar hər şeydən qabaq “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlasının proqramı” əsasında işə başlamışlar. Onlar 2014-cü ilin iyun-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında ekspedisiyada olarkən müasir Azərbaycan ədəbi dilinin əsasını təşkil edən qəbilə və tayfa dillərinin izinə düşmüş, zəngin material toplamışlar. Bənzərsiz dağlar diyarı olan Naxçıvanın ecazkar təbiəti və ona uyğun özünəməxsus həyat tərzi, hətta daş dövrünün izləri bu bölgənin əhalisinin məişətində və dil xüsusiyyətlərində qorunub saxlanıb. Belə ki, Naxçıvan qrupu dialekt və şivələrində Azərbaycan xalqının islamdan əvvəlki dövrlərə aid inancları: göy qüvvələrinə bağlılıq, tanrıçılıq, totemizm və sair əlamətlər müşahidə olunub.

Ekspedisiya zamanı Naxçıvan Muxtar Respublikasının izoqlas verə biləcək 151 yaşayış məntəqəsindən (Naxçıvan şəhər zonası üzrə 4, Sədərək rayonu üzrə 4, Şərur rayonu üzrə 37, Kəngərli rayonu üzrə 9, Babək rayonu üzrə 22, Şahbuz rayonu üzrə 20, Culfa rayonu üzrə 23, Ordubad rayonu üzrə 32) zəngin dialektoloji material əldə edilmiş və bu materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” tərtib olunub”.

Şöbə müdirinin qeyd etdiyinə görə, atlasdan istifadə işini asanlaşdırmaq məqsədilə bölmələr üç rəngdə (göy – “Fonetika”, qırmızı – “Qrammatika”, yaşıl – “Leksika) təqdim edilib. Rənglər həm də rəmzi olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağını özündə əks etdirir. O qeyd etdi ki, “Proqram” və xəritələrdə istifadə edilmiş şərti işarələrin açıqlanması da atlasda öz əksini tapıb: “Dialektoloji Atlas Qrupunun atlasla bağlı fəaliyyətini, informatorlarla görüşlərini, eləcə də Naxçıvan Muxtar Respublikasının təbiəti və tarixi abidələrini, müasir və qədim memarlıq üslubunu, etnoqrafiya və kulinariyasını əks etdirən şəkillər Azərbaycanın üzvi tərkib hissəsi olan bu qədim diyar haqqında dolğun təəssürat yaradır. Atlasın gələcəkdə meydana çıxacaq tədqiqat işlərinə açar rolu oynayacağını və dilçilikdən başqa, tarix və coğrafiya, etnoqrafiya və kulinariya, eləcə də digər elm sahələrinin mütəxəssisləri üçün əhəmiyyətli olacağını düşünürük. Dilçilik elmi ilə yanaşı, həm də ümumiyyətlə, azərbaycançılıq baxımından əhəmiyyəti olan, ardıcıl elmi axtarışların və ekspedisiyaların nəticəsi olaraq ərsəyə gələn, dünya ictimaiyyətinə 4 dildə (Azərbaycan, türk, ingilis, rus) təqdim olunan “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”na əlavə olunmuş kompakt diskdə səsli elektron atlas, həmçinin, Muxtar Respublikanın müxtəlif yaşayış məntəqələrindən olan informatorların səsləri yerləşdirilib. Yüksək elmi və poliqrafik səviyyədə təqdim edilən “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” dünyada dialektoloji atlasların yaradılması tarixində olduqca mühüm və əhəmiyyətli bir hadisədir. Cəsarətlə demək olar ki, bu atlas Azərbaycanın ayrılmaz bir parçası olan Naxçıvan diyarının qədim türk-oğuz yurdu olmasının danılmaz elmi möhürüdür”.

Atlasın əhəmiyyətini vurğulayan şöbə müdiri qeyd etdi ki, belə atlaslar Azərbaycanın bütün bölgələri üçün hazırlanacaq: “Biz hazırda Qarabağın dialektoloji atlasını hazırlayırıq. Azərbaycanın strateji əhəmiyyətli ərazilərini diqqətdə saxlayırıq. O ərazilərini ki, orada düşmən gözü var və düşmənlərimiz o yerləri zəbt etmək, kəndlərimizə sahib olmaq, buranın türk xalqına yox, hansısa bir millətə mənsub olduğunu demək istəyirlər. Biz Azərbaycan ərazilərinə iddia edən qüvvələrə cavab olaraq dialektoloji danışıq atlasları hazırlamışıq. Yəni hər bir kəs milli kimliyi ilə tanına bilər. Bu atlasda Azərbaycan kəndlərini əks etdirməklə bildirmək istəyirik ki, bu kəndlərdə yaşayan erməni deyil, azərbaycanlıdır və danışıqları da budur. Bizim əsas işimiz şivələrlə, ləhcələrlə bağlıdır. Bu atlas Naxçıvan dialekt və şivələrindən ibarətdir. Qeyd etdiyim kimi, kəndbəkənd bütün danışıq ləhcələri burada əksini tapıb. Bu, səsli atlasdır, Amerikada, Almaniyada və digər ölkələrdə olan bir şəxs onun danışığına qulaq asa bilər. Bu, elektron atlasdır və iki qovluqdan ibarətdir. Birinci qovluqda atlas, ikinci qovluqda isə həmin kəndlərin informatorlarının səsi yerləşdirilib. “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” artıq dünyanın bir sıra ölkələrinə yayılıb və bununla bağlı çox müsbət rəylər var. İşimiz bu atlasla bitmir. Biz Naxçıvanın dialekt və şivələrinin elektron lüğətini də hazırlamışıq. “Azərbaycan dilinin Naxçıvan dialektoloji  lüğəti” çox mühüm bir vəsaitdir. Biz silsilə olaraq monoqrafiyalar da  hazırlamağı nəzərdə tuturuq”. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ