Bazar günü günü, 15 noyabr 2026
     

Bakıda bütün növ sırf Naxçıvan istehsallı ərzaq marketi açıldı - REPORTAJ/FOTO

Image


Emin Məmmədov: “Məqsədimiz odur ki, “Naxçıvan məhsulları”nı respublikanın qida bazarında brendə çevirək”
Ziyafəddin Məmmədov: “Bu gün bizi Bakı bazarında olan istehlakçılar bu bazara çağırıb”
Əfqan İsmayılov: “İnanıram ki, yeni alıcılarımız da məhsullarımızdan istifadə etdikdən sonra onlara yüksək qiymət verəcəklər”

 

Əsrarəngiz Naxçıvan təbiəti insan oğluna bütün ömrünə yetə biləcək min bir nemət bəxş edib desək yanılmarıq. Vətənin dilbər guşələrindən olan Naxçıvanın rəngarəng iqlimi, bənzərsiz coğrafiyası, özünəməxsus landşaftı var. Zəngin flora və faunaya malik olan bu diyar ekoloji cəhətdən təmiz məhsulların yetişdirildiyi bir məkan kimi tanınır. Naxçıvanın torpağından, havasından, suyundan rişələnən hər bir nemət süfrələrimizin bəzəyinə çevrilir.

Sirr deyil ki, bu gün Naxçıvanda istehsal olunan məhsullar istehlakçıların ən çox tələbat hiss etdiyi məhsullar sırasında ön yerləri tutur. Bu gün həm Naxçıvanda fəaliyyət göstərən şirkətlərin istehsal etdiyi məhsullar, həm də fərdi təsərrüfatlarda yetişdirilən nemətlər istehlakçıları özünə cəlb edir.

Son zamanlar paytaxtın ayrı-ayrı yerlərində, pərakəndə və topdansatış mərkəzlərində, mağazalarında “Naxçıvan məhsulları” adı altında çeşidli məhsullar təqdim edilir. Hətta bəzən elə hallar olur ki, bu məhsullara alıcı cəlb etmək məqsədilə “Naxçıvan məhsulları” adından istifadə edilir. Təbii ki, bəzi işbazların əl atdığı bu üsul əsl “Naxçıvan məhsulları”nın bazara daxil olması nəticəsində iflasa uğrayır. Artıq paytaxtımızda “Naxçıvan məhsulları” mağazalarının açılması prosesinə başlanıb. Aprelin 3-də Bakının Nərimanov rayonunda “MM” (Müasir Məkan) Ət və Ət Məhsulları İstehsalı Müəssisəsi və “Savalan S” MMC-nin “Naxçıvan məhsulları” mağazasının açılışı olub. Rayonun Mirzəbala Məmmədzadə 10 ünvanında yerləşən “Naxçıvan məhsulları” mağazasının açılış mərasiminə “Bakı-Xəbər” olaraq biz də dəvət almışdıq. Paytaxtın böyük rayonlarından birində  “Naxçıvan məhsulları” mağazasının açılması həqiqətən də alıcıların, istehlakçıların marağını tam təmin edir.

Kiçik, lakin səliqəli, Naxçıvanın çeşidli məhsulları ilə zəngin olan “Naxçıvan məhsulları” mağazasının vitrinlərini bəzəyən Naxçıvanda istehsal olunan məhsulların tez bir zamanda süfrələrimizə bəzək olacağına qətiyyən şübhə etmirik.

“Naxçıvan məhsulları” mağazasının Bakı üzrə nümayəndəsi Emin Məmmədov bizimlə söhbətində bildirdi ki, “MM” (Müasir Məkan) Ət və Ət Məhsulları İstehsalı Müəssisəsi və “Savalan S” MMC-nin birgə açdığı bu mağazada istehlakçılara 112 çeşiddə məhsul təqdim edilir: “Biz 2017-ci ilin avqust ayında Bakının Nizami rayonunda, 8-ci kilometrdə “Naxçıvan məhsulları” adlı birinci dükanımızı açmışıq. Bu gün isə Nərimanov rayonunda ikinci dükanımızı açdıq. Deyim ki, Bakıda “Naxçıvan məhsulları” mağazasının açılması zəruri idi. Çünki istehlakçıların bizim məhsullara tələbatı böyükdür. Bu gün Bakı sakinlərinin, demək olar ki, böyük əksəriyyəti Naxçıvanda istehsal olunan məhsulları əldə etmək istəyir. Bu ondan irəli gəlir ki, insanlar ekoloji cəhətdən təmiz olan məhsullarla qidalanmaq istəyirlər. Bu da tam təbiidir. Məlumdur ki, hər bir insan üçün qida rasionu, sağlam qidalanma amili çox vacibdir. Naxçıvanda da üst keyfiyyətli məhsullar istehsal edilir. “Naxçıvan məhsulları” yeganə dükanlardır ki, bura başqa bölgələrdə istehsal olunan məhsullar daxil olmur, burada ancaq Naxçıvana aid məhsullar satılır. Bakıda çoxlu mağazalar var ki, üzərinə “Naxçıvan məhsulları satılır” sözləri yazılır. Ancaq satdığı məhsulun Naxçıvanla heç bir əlaqəsi olmur. Təəssüf ki, bəzən işbazlar bu üsula da əl atırlar. Bunu ona görə edirlər ki, məhsullarını sata bilsinlər. Bu gün insanlarda belə fikir formalaşıb ki, əgər bu məhsulun üzərinə “Naxçıvan məhsulu” yazılıbsa, o ekoloji cəhətdən təmizdir, keyfiyyətlidir. Bəli, Naxçıvan məhsulları həqiqətən də keyfiyyətli və ekoloji cəhətdən təmizdir. Bizim hər iki  mağazamızda, sözün əsl mənasında, təmiz və keyfiyyətli məhsullar təklif edilir. Burada həm Şahbuz, həm Şərur, həm də digər rayonlarda istehsal olunan məhsullar satılır. Naxçıvanda istehsal edilən bütün məhsulları burada tapmaq mümkündür. Məqsədimiz odur ki, “Naxçıvan məhsulları”nı respublikanın qida bazarında brendə çevirək. Bizim mağazada əsasən Naxçıvanın iki böyük şirkətinin - “Savalan S” MMC-nin və “MM” (Müasir Məkan) Ət və Ət Məhsulları İstehsalı Müəssisəsinin istehsal etdiyi məhsullar satılır. Onlarla yanaşı, Naxçıvanın digər şirkətlərinin də istehsal etdiyi məhsulları istehlakçılara təqdim edirik”.   

“MM” (Müasir Məkan) Ət və Ət Məhsulları İstehsalı Müəssisəsinin rəhbəri Ziyafəddin Məmmədov da bizimlə söhbətində bildirdi ki, “Naxçıvan məhsulları” mağazasında alıcılara təklif edilən məhsullar sırf  Naxçıvana məxsusdur. “Hələlik mağazamız kiçikdir, lakin gələcəkdə genişləndirmək fikrindəyik. Biz Bakının digər rayonlarında da “Naxçıvan məhsulları” mağazası açmaq niyyətindəyik. Sağlıq olsun, yeni mağazalarımız da açılacaq. Hazırda iki müəssisə birləşib bu mağazanı açıb, bəlkə gələcəkdə də bizə qoşulanlar olar” - deyə Z.Məmmədov bildirdi.

Azərbaycanın digər şəhərlərində də “Naxçıvan məhsulları” mağazalarının açılacağını deyən Z.Məmmədovun sözlərinə görə, bu şəhərlərdən biri Gəncədir. 

“Savalan S” MMC-nin rəhbəri Əfqan İsmayılovla da həmsöhbət olduq. Ə.İsmayılov bildirdi ki, ekoloji cəhətdən təmiz və keyfiyyətli olan məhsula hər zaman ehtiyac olduğu üçün, “Naxçıvan məhsulları”nın tez bir zamanda istehlakçılar tərəfindən rəğbətlə qarşılanacağına böyük ümid bəsləyir: “Bakıda ikinci mağazamızı açdıq. Gələcəkdə Bakının başqa rayonlarında da “Naxçıvan məhsulları” mağazalarını açacağıq. Müəssisələrimizin istehsal etdiyi məhsullar ekoloji cəhətdən təmiz, keyfiyyətli məhsullardır. Bunu alıcılar da təsdiq edirlər. Biz məhsulları təbiətdən evlərimizə, süfrələrimizə gətiririk. İnanıram ki, yeni alıcılarımız da məhsullarımızdan istifadə etdikdən sonra onlara yüksək qiymət verəcəklər. Burada bizim müəssisələrin istehsal etdiyi məhsullardan başqa digər müəssisələrin də məhsulları var. Hətta alıcılara fərdi təsərrüfatlara aid məhsullar da təklif edirik. Biz nəzərdə tutmuşuq ki, mağazamızda ancaq Naxçıvana aid məhsulların satışı həyata keçirilsin. Biz artıq bazara daxil olmuşuq”.

Söhbətə Ziyafəddin Məmmədov da qoşulur: “Biz mağazalarımızı açmamışdan əvvəl bazara daxil olmuşuq. Çünki mağazalarımızı açmamışdan əvvəl müxtəlif supermarketlərlə, ticarət obyektləri ilə bağladığımız müqavilə əsasında məhsullarımız Bakıda satılıb. Bu gün də müxtəlif mağazalarda məhsullarımız var. Bizim məhsullara tələbat olduğu üçün, birinci mağazanı açdıq. Mağazamız özünü doğruldandan sonra ikinci mağazanı açdıq. Bu gün bazarda rəqabət var, biz rəqabəti təqdim etdiyimiz məhsulların keyfiyyəti ilə aparırıq, başqa heç nə ilə. Bura öz məhsullarımızı gətirmişik və o məhsulların da keyfiyyətinə zəmanət veririk. İnanıram ki, mövcud bazarda məhsullarımız öz yerini tutacaq. Bayaq qeyd etdiyim kimi, bizim məhsullar digər mağazalarda satılır. Özümüz bura ona görə gəlmişik ki, “Naxçıvan məhsulları”nı bir brend kimi tanıdaq. İstəyirik ki, insanlarda bizim müəssisələrin istehsal etdiyi məhsullara inam formalaşsın. Bu gün bizi Bakı bazarında olan istehlakçılar bu bazara çağırıb. “MM” (Müasir Məkan) Ət və Ət Məhsulları 24,  “Savalan S” MMC isə 30 çeşiddə məhsul təqdim edir. “Savalan S” MMC su istehsalı ilə məşğuldur. Bu şirkətə məxsus olan “Qızıl su” limonad məhsulları bir neçə qablaşdırma formasında təqdim edilir. Böyrək xəstəliyi üçün olduqca faydalı olan “Böyrək suyu” təbii mineral suyu da mağazamızda var”.

Naxçıvanda sahibkarlığın inkişafına güclü dövlət dəstəyi verildiyini deyən Z.Məmmədovun sözlərinə görə, bu da MR-də yeni istehsal müəssisələrinin yaranmasına, iş yerlərinin açılmasına böyük təkan verib. Naxçıvanda ABAD-ın fəaliyyətindən danışan Z.Məmmədov vurğuladı ki, ailə təsərrütaflarının yaranması Azərbaycan bazarına daha bol çeşidli, keyfiyyətli məhsulların daxil olmasına şərait yaradıb: “Artıq özünüməşğulluq sahəsində böyük irəliləyişlər var. Bu da bazarda çeşidli məhsulların bol olmasına səbəb olur. “MM” (Müasir Məkan) Ət və Ət Məhsulları İstehsalı Müəssisəsi 2004-cü ildə yaradılıb. 2011-ci ildə isə dövlət dəstəyi sayəsində öz işini yenidən qurub. Dövlət tərəfindən müəssisəmizin fəaliyyətinin inkişaf etdirilməsi üçün bir dəfə 260 min, ikinci dəfə isə 190 min manat vəsait ayrılıb. Müəssisəmiz 25 nəfər işçini işlə təmin edib. “Savalan S” MMC-də isə 30-dan artıq işçi çalışr. Bakıda isə 6-7 nəfəri mağazamızda işlə təmin etmişik”. 

“Naxçıvan məhsulları” mağazasında çeşidli məhsullarla tanış olarkən Naxçıvan təbiətinə bir daha “əhsən” demək istəyirsən. Mağazada satılan ət və ət məhsullarının çeşidlərinə nəzər saldıqda burada yüksək standartlara cavab verən məhsulların olduğunun şahidi olduq. Vitrinin üzərindəki tabaqda qoyulan dairəvi kiçik çörəklər diqqətimizi cəlb etdi. Çörəklə maraqlandığımızı görən Əfqan müəllim dedi ki, bu çörəyin adına Naxçıvanda dəstana deyilir və sırf Naxçıvana aiddir, təndirdə bişir. Qarabağlar kəndinin təbiətinə məxsus olan kəklikotu da xüsusi qablaşdırmada istehlakçılara təqdim edilir. Burada qoyun və keçi pendirləri, Naxçıvan xaması, ayran, kərə yağı, şəxsi təsərrüfatlardan gətirilən kənd yumurtası, bal, bəhməz, toyuq məhsulları, ət qiyməsi, “MM” (Müasir Məkan) Ət və Ət Məhsulları İstehsalı Müəssisəsinin istehsal etdiyi “Pak sosiska”, “Naxçıvan sosiskası”, “Təndir sosiskası”, “Ovçu sosiskaları”, “Doğma tam sordelka sosiskası”, “Doğma tam kolbasa”, “Doktorskaya kolbasa”, “Əla növ sosiska iveriya”, “Həvəskar kolbasa”, “Közləmə sosiska” növləri istehlakçıların ağız dadına tam uyğundur. Mağazada təqdim edilən “Naxçıvan kolbasası” həm dadına, həm də hazırlanma texnologiyasına görə sırf Naxçıvana aiddir. Ziyafəddin müəllim dedi ki, bu kolbasa köçəri həyat tərzi keçirən ulu babalarımızın vaxtilə hazırladığı ənənəvi üsulla hazırlanıb. Onun sözlərinə görə, bu kolbasanın bənzəri dünyada yoxdur, bu ancaq Naxçıvana aiddir. Bu kolbasanın hazırlanmasında istifadə edilən bütün məhsullar doğma diyarın nemətləridir. Çox az adam tapılar ki, milli mətbəximizdə xüsusi yer tutan qovurmanı sevməsin. Köçəri həyat tərzi keçirən, yayı yaylaqda, qışı qışlaqda keçirən babalarımızdan miras qalan qovurma bu gün Naxçıvan mətbəxində əsas yer tutur. Bizə bildirdilər ki, xüsusi qablaşdırmada təqdim edilən qovurma hansısa bir texniki cihazda qovrulmayıb, ənənəvi üsulla teştlərdə qovrulub və pasterilizə edilərək qablaşdırılıb. “Naxçıvan məhsulları” mağazasında çaşır turşusu, eləcə də Ordubad gülabı alıcıların marağını cəlb edə bilər. Burada diqqətimizi Naxçıvan duzu da cəlb etdi. Mağazadan dedilər ki, bu duz tam yodlaşdırılmış keyfiyyətli duzdur.

Onu da vurğulayaq ki, mağaza vitrinlərində gördüyümüz “Böyrək suyu” “Savalan S” MMC tərəfindən istehsal edilir. Böyrək daşlarının qənimi olan bu su təbii mineral sudur. Müəssisə rəhbəri Əfqan İsmayılov dedi ki, “Böyrək suyu”nun həm Şahbuz, həm də Babək rayonunda istehsal müəssisəsi var. Babək rayonunun Sirab kəndində istehsal edilən suyun ana axarının  “Kəlbəağıl”da olduğunu deyən Əfqan müəllim, “Böyrək suyu”nu xəstələr üçün şəfa mənbəyi kimi təqdim etdi.

Nərimanov rayonu Mirzəbala Məmmədzadə küçəsi 10-da açılan “Naxçıvan məhsulları” mağazasında istehlakçılara təqdim edilən məhsulların keyfiyyəti haqqında ən obyektiv sözü təbii ki, istehlakçı deyə bilər. Odur ki, dəyərli müştərilər, “Naxçıvan məhsulları” mağazası sizin yolunuzu gözləyir. İnanırıq ki, buradan aldığınız məhsullar sizin qida rasionunuzun ayrılmaz tərkib hissəsinə çevriləcək.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ