Bazar günü günü, 15 noyabr 2026
     

O, Azərbaycan Polisidir...

Image


Hər gün olmasa da, baş verəndə hamının qanı qaralır, səbəbləri axtarılır, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilir. Öz ömrünə qənim kəsilənləri, özlərindən sonra doğmalarını, əzizlərini gözüyaşlı buraxanları xilas etmək heç də həmişə mümkün olmur. Mümkün olanda isə o yaşanan sevinci dillə deməkdə, ifadə etməkdə çoxumuz çətinlik çəkirik. Könül istərdi ki, qulağımız həmişə şad xəbərlər eşidə və intihar kəlməsi dilimizdən, şüurumuzdan birdəflik silinə.

Səbəbləri müxtəlif olsa da sonucu ölümdür. Ölüm isə həyatın qaranlıq tərəfidir və hər birimiz ondan qorxuruq. Çünki onun o üzü görünmür, bu üzü isə yaşamaqdır, işıqdır, sonsuz göylərdir, qiyamətə qədər parlayacaq günəşdir.

Uzunçuluq eləməyim, ancaq bunları yazmalıyam.

Bayram ərəfəsində Xətai rayonu ərazisində intihara cəhd edən 16 yaşlı gəncin həyatını qurtaranın kimliyi bəlkə də çoxunuza maraqlı deyil. Bunu heç soruşmaq da istəmirəm. Deyəcəksiniz əsas odur ki, o xilas olunub. Onu xilas edən isə həm insanlıq borcunu yerinə yetirib, həm də böyük savab qazanıb. Elə həm də böyük qəhrəmanlıq göstərib...

Əslində, onlar ən böyük qəhrəmanlıqları torpaqlarımıza erməni təcavüzü başlayanda göstərdilər və Azərbaycanın döyüş tarixinə silinməz izlər qoymağı bacardılar. Bir deyil, beş deyil, onlarla, yüzlərlə, minlərlədir. Xilaskarlıq, qəhrəmanlıq ənnəsi bu gün də davam edir. “Cəbhədən-cəbhəyə” qanad açan, amalı qorumaq, xilas etmək, dada çatmaq olan polisimizin şərəfli tarixinə öz möhürünü vuran gənclərimizi tanıyıb sonra da sizlərə tanıtmağı özümüzə borc bilirik. Vətənimizin hər bir sərvətindən daha qiymətli olan sərvətini- insanlarını qorumaq, onların gələcəyə inamlarını möhkəmləndirmək, birliyə, bütövlüyə ruhlandırmaq bu gün vətən sevdalı paqondaşlarımızın  xidmətinin də, yaşadığı ömrün də əsas qayəsidir...

“Onu necə xilas etdin” sualıma cavab verməyə tələsmədi. Sanki həmin anları bir anlıq yenidən yaşadı: “Həzi Aslanov” metrostansiyasının yaxınlığındakı binada mühafizəyə cəlb etmək üçün obyektə baxış keçirirdim.  Qışqırığa, səs-küyə özümü çölə atdım. Gördüm ki, hamı üzünü qonşuluqdakı binanın 15-ci mərtəbəsində “Yaşamaqdan bezmişəm, mən ölmək istəyirəm”,-deyən gəncə tutub canına qıymamasını xahiş edir, onu fikrindən yayındırmaq istəyir. Bir anlıq hiss etdim ki, hər kəsin nəzərləri mənə dikilib. Tez Növbətçi hissə ilə əlaqə saxladım. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən də dəstək göndərmələrini istədim. Yaşlı bir qadının: “Bala, sən axı polissən, sən onu xilas edə bilərsən” sözü ağzından çıxmamış ildırım sürəti ilə pilləkənləri çıxmağa başladım. Ancaq ürəyimdə bir qorxu, bir ümidsizlik vardı. Birdən çatmasam, birdən iş-işdən keçsə. Axı insanlar mənə ümid yeri kimi baxırdılar...

On altı yaşlı gənc 15-ci mərtəbədə qışqırıb ağlayır, valideynlərini yanına buraxmırdı. Onunla söhbətə başladım. İnandırmağa çalışdım ki, etdiyi ani bir hərəkət onu bu gözəl həyatdan, doğmalarından, əzizlərindən ya birdəfəlik ayıracaq, ya da o, ömür boyu əlil, şikəst olub yerlərdə qalacaq. Çalışırdım ki, psixoloji təsir edim. Birdən onun diqqətinin aşağıdakı insanlara yönəldiyini görüb özümdə güc tapdım və onu qucaqlayıb var gücümlə dartdım, ikimiz də eyvana yıxıldıq. Sanki öz doğmamı, əzizimi ölümün cəngindən xilas etmişdim. Onu qucaqlayıb sevincimdən ağladım. Həmin gün xilas etdiyim o gəncin valideynləri əsl bayram sevinci yaşadılar..”...

DİN Baş Mühafizə İdarəsinin Xətai Rayon Mühafizə İdarəsinin tağım komandiri, polis leytenantı Elvin Ələsgər oğlu İmanlı 1984-cü ildə Neftçalada doğulub. Bakı şəhərindəki 201 nömrəli orta məktəbi bitirib. DİN Daxili Qoşunlarda xidməti başa vurduqdan sonra 2004-cü ildə daxili işlər orqanlarına qəbul olunub. 2012-2017-ci illərdə DİN-in Polis Akademiyasında təhsil alıb. Zabit kimi ilk xidmət yeri Nərimanov Rayon Mühafizə İdarəsi olub.

Bu gün dövlətimizin və DİN rəhbərliyinin gəncliyə olan diqqət və qayğısından,  gənclərin bilik və bacarığını, həmçinin, özlərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluğunu bildirən polis leytenantı Elvin İmanlı deyir ki, bu şücaətindən sonra Baş idarə və İdarə rəhbərliyi tərəfindən mükafatlandırılıb və ona “Təşəkkür” elan olunub...

Yeri gəlmişkən, ən böyük arzusunu da məhz elə bu gün, Aprel qələbəmizin növbəti ildönümündə sizlərlə bölüşürük: “Torpaqlarımız  tezliklə düşmən tapdağından xilas olunsun, yerindən, yurdundan pələsəng olan soydaşlarımız, eləcə də bu gün Azərbaycanın bir çox rayonlarda xidmət edən qaçqın və məcburi köçkün həmkarlarımız öz dədə-baba yurdlarına qayıdıb orada xidmətlərini davam etdirsinlər.

Hafiz TƏMİROV
polis mayoru.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ