Bazar günü günü, 15 noyabr 2026
     

Sınıq-salxaq “QAZ-24”lər müasir Bakının təcili yardım xidmətində hələ də “can qoyur (verir)”

Image


Səfayət Əhmədova: “Köhnə təcili tibbi yardım maşınlarından xəstə çağırışlarında, xəstə daşınmasında istifadə olunmur”
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası isə bütün təcili tibbi yardım maşınlarının müasir tipli olduğunu deyir
Rasif Bağırov: “Ola bilsin ki, köhnə maşınlardan bəzi texniki vasitələrin, dərman preparatlarının daşınması məqsədilə istifadə olunur”

 

Bir vaxtlar daha çox sənaye şəhəri kimi tanınan paytaxt Bakı bu gün mədəniyyət, gözəlliklər, elm, sənət, tərəqqi məkanı kimi özünə şöhrət qazanıb. Şəhərimiz yeniliyə, müasirliyə qucaq açsa da, bəzi hallarda şəhərimizin küçələrində “köhnə dünya”nın bəzi qalıqları ilə də rastlaşırıq. Uzağa getməyək, elə bu günlərdə paytaxtda gediş-gəlişin gur olan küçələrindən birində Sovet dövründən qalma köhnə “QAZ-24” markalı təcili tibbi yardım maşını ilə qarşılaşdıq.

Açığı, hələ də təcili və təxirəsalınmaz tibbi yardım sistemində “QAZ-24” markalı maşından istifadə edilməsi faktı bizdə təəccüb doğurdu. Əvvəlcə elə bildik ki, hansısa bir filmin, klipin kadrları çəkilir, köhnə təcili yardım maşınından da həmin məqsəd üçün istifadə edilir. Bu maşınlarla rastlaşarkən, istər-istəməz, adamın ağlına ilk gələn bu fikir olur. Çünki bu təchizatda köhnə maşınların olması həqiqətən də gözlənilməz bir haldır.

Respublikanın təcili və təxirəsalınmaz tibbi yardım sisteminin inkişafına böyük dövlət qayğısının olduğu, son illər müasir tipli təcili yardım maşınlarının alınaraq ölkəyə gətirildiyi bir dövrdə “QAZ-24” markalı təcili yardım maşınının bu təchizatda olması müxtəlif suallar yaradır.

Yerli səhiyyə müasir standartlara cavab verən təcili tibbi yardım maşınları ilə təmin olunduğu halda köhnə tipli təcili yardım maşınlarının hələ də bu sistemdə qalmasına nə ehtiyac var?

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Səfayət Əhmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu təchizatda az sayda da olsa köhnə markalı tibbi yardım maşınları var, ancaq onlar xəstə çağırışlarına göndərilmir, başqa məqsədlər üçün istifadə edilir: “Köhnə tipli bir neçə təcili tibbi yardım maşını var və onlar barmaqla sayılacaq qədərdir. Onlar da sanitar-texniki məqsədlər üçün saxlanır. Köhnə təcili tibbi yardım maşınlarından xəstə çağırışlarında, xəstə daşınmasında istifadə olunmur. Bu gün xəstə çağırışlarında ancaq gördüyünüz “Mersedes” markalı müasir təcili tibbi yardım maşınlarından istifadə olunur”.  

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə verilən məlumata görə, Prezidentin sərəncamı ilə müasir tipli təcili yardım maşınları alınıb. Məlumatlara görə, müasir təcili yardım maşınları lazımi avadanlıqlarla təchiz olunub. Bu qurumdan da bildirdilər ki, hazırda Sovet dövründən qalma təcili tibbi yardım maşınlarından xəstə çağırışlarında və xəstə daşınmasında istifadə edilmir.

Məlumata görə, təkcə 2016-cı ildə ölkəyə alman istehsalı olan 100 ədəd təcili tibbi yardım avtomobili gətirilib. Bu avtomobillər müasir avadanlıqlarla yanaşı, lazımi dərman preparatları ilə təchiz olunub. Sonrakı dövrlərdə də müasir tipli təcili yardım maşınları alındığı və respublikanın paytaxtında və bölgələrdə xəstələrin istifadəsinə verildiyi qeyd edilir.

Səhiyyə sahəsi üzrə ekspert, həkim Rasif Bağırov da “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hazırda təcili tibbi yardım sistemində “QAZ-24” və digər köhnə tipli təcili yardım maşınlarından xəstə çağırışlarında və xəstə daşınmasında istifadə edilmir. Şəhərdə müşahidə etdiyimiz mənzərəyə gəlincə, ekspert bildirdi ki, bizim gördüyümüz köhnə “QAZ-24” markalı təcili tibbi yardım maşını texniki məsələlər üçün istifadə edilir: “Bildirim ki, köhnə tipli təcili tibbi yardım maşınları Bakı şəhərinin təcili yardım sistemində yoxdur. Artıq onlardan istifadə olunmur. Onlar təcili tibbi yardım sistemindən çıxarılıblar. Ola bilsin ki, köhnə maşınlardan bəzi texniki vasitələrin, dərman preparatlarının daşınmasında istifadə olunur. Görünür, bu maşında harasa yük, avadanlıq aparırlarmış. Ancaq bu maşınlardan xəstə çağırışlarında, yaxud xəstə daşınmasında istifadə edilmir”.

Qeyd edək ki, bəzi məlumatlara görə, Sovet dövründən qalan təcili tibbi yardım maşınlarından bəzi bölgələrdə də istifadə edilir. Bu məsələyə aydınlıq gətirən ekspert dedi ki, ola bilsin, bu maşınlardan ucqar rayonlarda istifadə edilir: “Ola bilsin, hansısa ucqar yerlərdə bu avtomobillərdən istifadə edilsin. Rayonların özündə də təcili tibbi yardım maşınları dəyişdirilib, orada da müasir tipli təcili tibbi yardım maşınlarından istifadə edilir. Rayonlarda da “Mersedes” maşınlara keçiblər. Deyərdim ki, bu sistemdə hətta dağ yerləri üçün istifadə edilən “QAZEL” maşını da yoxdur. Artıq hamısı yığışdırılıb”.

Təcili və təxirəsalınmaz tibbi yardım sistemində yeniliklərlə yanaşı, bəzi texniki problemlərin də qaldığını deyən R.Bağırovun sözlərinə görə, hazırda bu sahədə mərkəzləşdirilmiş sistemə keçilib. Onun bildirdiyinə görə, mərkəzləşdirilmiş sistemə keçid müsbət hal olsa da, xəstələrlə bağlı müəyyən problemlər yaranmasına səbəb olur: “Düzdür, bu, xəstələr tərəfindən edilən müraciətləri asanlaşdırır. Ancaq mərkəzləşdirilmiş sistemə keçilməsinə baxmayaraq, bu proses tam olaraq yerinə oturuşmayıb. Nə mənada? Bu sistemdə həkim çatışmazlığı var, çağırışların ötürülməsində gecikmələr, ləngimələr olur, bir işçiyə iki rayon tapşırılır. İşçi bir rayonun çağırışlarını paylayıb, sonra ikinci rayonun çağırışlarını paylamağa başlayır. Bu da gecikməyə səbəb olur. O gecikmə isə artıq xəstənin vaxtından gedir. Demək istəyirəm ki, hələ belə texniki qüsurlar var. Güman edirəm ki, gələcəkdə bu texniki qüsurlar aradan qalxacaq və hər şey normal olar. Amma hələ ki, bu problemlərlə üzləşirik. Təcili yardıma problem yaradan bir əsas məsələ var, onu da qeyd etmək istəyirəm. Bir çox hallarda binaların üzərində ünvan qeyd edilən lövhə olmur və bu da həkimlərin ünvanları müəyyənləşdirməsində ciddi problemlər yaradır. Bakı Şəhər İcra Hakimiyyəti binalara ünvan yerləşdirilməsini təmin etməlidir. Bu yoxdursa, heç olmasa binaların üzərinə ünvan tabaşirlə  yazılmalıdır ki, həkimlər çətinlik çəkməsin. Bəzən ünvanın tapılması üçün böyük vaxt itkisinə yol verilir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ