Bazar günü günü, 15 noyabr 2026
     

Bakıda uşaq əyləncə mərkəzləri yanğın təhlükəsindən necə mühafizə edilir?

Image


“Mələk” ailə-uşaq əyləncə mərkəzi - Tamara Babayeva: “Bizim mərkəzdə yanğın təhlükəsizliyi sistemi yüksək səviyyədə qurulub”
“Simba Baku” uşaq əyləncə mərkəzi - Lalə Məmmədova: “Siqnalizasiya sistemimiz, yanğın əleyhinə balonlarımız var”
“Balu” və “Atrium” uşaq əyləncə mərkəzləri də “təhlükəsizlik tam qorunur” deyirlər
“Park-Bulvar”dan isə ərazidə fəaliyyət göstərən bütün obyektlərin yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi yoxlamalar aparıldığı bildirilir

 

Elə bir uşaq tapılmaz ki, uşaq əyləncə mərkəzlərində əylənməyi sevməsin. Bu gün paytaxtımızda və bölgələrdə çoxlu sayda uşaq əyləncə mərkəzi fəaliyyət göstərir. Hətta iri ticarət mərkəzlərinin, supermarketlərin içində də uşaqların əyləncəsini təmin etmək məqsədilə əyləncə zalları, otaqları yaradılıb. Uşaq əyləncə mərkəzində uşaqlar üçün yaradılan şərait, çeşidli oyun qurğuları, əyləncə vasitələri onların çox xoşuna gəlir.

Uşaqları əsasən əylənmək, oynamaq, valideynləri isə təhlükəsizlik məsələləri düşündürməlidir. Yəni hər bir valideyni ilk növbədə uşağını apardığı əyləncə mərkəzində yanğın təhlükəsizliyi sisteminin olub-olmaması maraqlandırmalıdır. Ümumiyyətlə, uşaq əyləncə mərkəzlərində yanğınla bağlı kütləvi təhlükəsizlik tədbirlərinin hansı səviyyədə həyata keçirilməsi məsələsi hər kəsi düşündürür.

Bu məkanlarda kütləvi yanğın təhlükəsizliyi necə təmin edilir?

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən uşaq əyləncə mərkəzlərinin bir qismi birinci, bir qismi isə yuxarı mərtəbələrdə fəaliyyət göstərir. Ekspertlərin fikrincə, uşaqların maraq göstərdiyi əyləncə və oyun yerlərinin bir qisminin ticarət mərkəzlərinin sonuncu mərtəbələrində yerləşdirilməsi doğru deyil. Onlar hesab edirlər ki, yanğın təhlükəsi baş verərsə, bu, uşaqların təhlükəsiz şəkildə yanğın baş verən ərazidən uzaqlaşdırılması məsələsində müəyyən problem yarada bilər. Ekspertlər bildirirlər ki, uşaqların oyun və əyləncə yerləri birinci mərtəbədə olarsa, bu onların yanğından kütləvi şəkildə xilas edilməsini ləngitməz.

Bakıda fəaliyyət göstərən bir neçə uşaq əyləncə mərkəzi ilə əlaqə saxlayıb bu məkanlarda yanğın təhlükəsizliyi sisteminin hansı formada qurulması ilə maraqlandıq.

“Mələk” ailə-uşaq əyləncə mərkəzinin meneceri Tamara Babayeva bizimlə söhbətində bildirdi ki, çalışdığı uşaq əyləncə mərkəzi birinci mərtəbədə yerləşir və burada uşaqların yanğın təhlükəsindən xilas edilməsi üçün bütün şərait mövcuddur: “Əlbəttə, yanğın hadisəsi hər bir insanı narahat edən, təşvişə salan bir olaydır. Yanğın təhlükəsizliyi məsələsi hər bir uşaq əyləncə mərkəzində yüksək səviyyədə təmin olunmalıdır. Bizim mərkəzdə yanğın təhlükəsizliyi sistemi yüksək səviyyədə qurulub. Əgər zalda  kiçik bir tüstü də müşahidə edilsə, həmin dəqiqə siqnalizasiya qurğusu işə düşüb səslənir. Yanğın təhlükəsizliyi balonlarımız da var. Digər tərəfdən də mərkəzimiz birinci mərtəbədə yerləşir, çoxlu pəncərəsi, geniş qapısı var. Yəni bir hadisə baş verərsə, uşaqları pəncərədən çıxarmaqla da yanğından xilas etmək tam mümkündür. “Mələk” ailə-uşaq əyləncə mərkəzinin ərazisi elə də böyük deyil. Ümumiyyətlə, 200-300 uşağın eyni zamanda bir məkana toplanması yaxşı hal deyil. Çünki uşaqlar kütləvi şəkildə bir məkana toplandıqda daha çox qəza halları baş verir. Görürsünüz, iki-üç uşaq bir evdə olanda nə qədər səs-küy olur. Biz uşaqların yanğından qorunması üçün bütün təhlükəsizlik tədbirlərini həyata keçiririk”.

“Simba Baku” uşaq əyləncə mərkəzinin meneceri Lalə Məmmədovanın sözlərinə görə də təmsil etdiyi mərkəzdə uşaqların yanğından kütləvi mühafizəsi üçün lazımi tədbirlər həyata keçirilib: “Bizim uşaq əyləncə mərkəzi birinci mərtəbədə yerləşir. Burada uşaqların təhlükəsizliyi tam təmin olunur. Uşaqların yaxınlığında əməkdaşlarımız, o cümlədən də mühafizəçilər olur. Yanğın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər həyata keçirilir. Siqnalizasiya sistemimiz, yanğın əleyhinə balonlarımız var”.

“Balu” uşaq əyləncə mərkəzindən də bizə bildirdilər ki, bu mərkəzdə yanğın təhlükəsizliyi ilə bağlı bütün tədbirlər həyata keçirilir. Mərkəzin menecerinin sözlərinə görə, mərkəz birinci mərtəbədə yerləşdiyindən, yanğın baş verərsə, buradan uşaqları asanlıqla çıxarmaq olar.

“Atrium” uşaq əyləncə mərkəzindən də bildirdilər ki, burada da uşaqların kütləvi olaraq yanğından xilas edilməsi üçün şərait var. Mərkəz əməkdaşının qeyd etdiyinə görə, hələ indiyə qədər burada yanğınla bağlı hansısa xoşagəlməz hal baş verməyib.

Qeyd edək ki, bu günlərdə Rusiyanın Kemerovo şəhərindəki "Qış albalısı" ticarət mərkəzində baş verən yanğın zamanı yaşanan faciə Azərbaycanda da narahatlıqla qarşılandı. Bu da bütün əyləncə mərkəzlərində yanğın təhlükəsizliyi məsələsinə daha məsuliyyətlə yanaşmağı aktuallaşdırdı.

Onu da bildirək ki, bir sıra iri ticarət mərkəzlərindən mətbuata verilən məlumata görə, bu mərkəzlərdə yanğın təhlükəsizliyi yüksək səviyyədə həyata keçirilir. 

“Park Bulvar” AVM-in PR-meneceri Günay Malikqızı yerli KİV-ə bildirib ki, təmsil etdiyi ticarət mərkəzində təlimlər qanunvericiliyə uyğun şəkildə həyata keçirilir: “Fövqəladə Hallar Nazirliyinin  Dövlət Yanğından Mühafizə Xidmətinin plan qrafikinə əsasən, “Park Bulvar” AVM-də əməli yanğın-taktiki təlim-məşğələ uğurla həyata keçirilir. Hər mərtəbədə 4 yanğın çıxış koridoru və pilləkənləri mövcuddur. Ərazidə 300-ə yaxın işlək vəziyyətdə olan yanğınsöndürən balon var. Məkanın təxliyyə planı hər mərtəbədə asılıb. Əməkdaşlar təlimatlandırılıb və fövqəladə vəziyyətdə insanların evakuasiyası üçün hansı tədbirləri görməli olduqları haqda məlumatlandırılıb. -1 və -2 (mənfi bir və mənfi iki) mərtəbələrdə yanğının qarşısını avtomatik alan qurğular var. Avtomobil dayanacağı, həmçinin, yanğının lokallaşmasına xidmət edən xüsusi su pərdəsi yaradan cihazlarla təchiz olunub. “Park Bulvar” rəhbərliyi tərəfindən ərazidə fəaliyyət göstərən bütün obyektlərin yanğın təhlükəsizliyi ilə baglı mütəmadi yoxlamalar aparılır”.

G.Malikqızı əlavə edib ki, bina standartlara uyğun tikildiyi üçün, yanğın çıxışının olmaması mümkünsüzdür: “İstənilən vaxt bunu gəlib görmək mümkündür. Həmçinin, adi vətəndaşlar da bunu görə bilər. Yanğın çıxışlarının işarələri də stendlərdə qeyd olunub. Yanğınsöndürən balonlar vətəndaşların görəcəyi yerdədir. Onların qabağında  reklam stendinin quraşdırılmasına icazə vermirik. Çünki hadisə zamanı insanlar balonları görməli və açıb istifadə etməyi bacarmalıdırlar. Qanunvericilikdə nəzərdə tutulan vaxtda balonlar, şlanqlar yoxlanılır və lazım olan vaxtda  dəyişdirilir”.

Qeyd edək ki, “Park Bulvar”da da uşaq əyləncə zalları var.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ