Bazar günü günü, 15 noyabr 2026
     

Ölkəmizi dünyada tanıdan polislər... - FOTO

Image


Milli dövlətçilik tarixində şərəfli yer tutan əlamətdar yubileylər ərəfəsindəyik. Bu sırada Azərbaycan Polisi özünün 100 illik yubileyini alnıaçıq, üzüağ qarşılayır. Daxili işlər orqanları yarandığı gündən xalqın mənafeyinin qorunması istiqamətində üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirib.

Cinayətkarlıqla mübarizə cəbhəsinin əsgərləri asayişin, sabitliyin qorunmasında, həm də xalqın can, mal güvənliyinin təmini, təhlükədə olanların xilası üçün lazımi köməyin göstərilməsində dastanlara sığmayan qəhrəmanlıqlar göstərib. Eyni zamanda ölkəmizin bir çox sahələr üzrə dünyada tanınması, o cümlədən idmanımızın beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün əllərindən gələni heç zaman əsirgəməyiblər.

Ölkəmizin tarixinə - idman tariximizə zəfərlər yazan, bayrağımızı dünyanın bir çox dövlətlərində ucaldan idmançı əməkdaşlarımızı əksər ölkələrdə ən güclü rəqiblər kimi tanıyırlar. Sevindirici haldır ki, onların bu zəfər yolu, hünər yolu davam edir. Sıralarımızda onların yüzlərlə davamçısı yetişir.

Bu əlamətdar bayram ərəfəsində bizə, xalqımıza, dostlarımıza qələbə payı bəxş edən idmançı əməkdaşlarımızdan bir neçəsini də sizlərə təqdim etməyi özümüzə borc bildik:

Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Eduard Məmmədov idmanın kiqboksinq növü ilə məşğul olur. O, 23 dəfə dünya, 7 dəfə Avropa, Asiya və Avrasiya çempionudur. Dəfələrlə beynəlxalq turnirlərin qalibi, onbeşqat respublika birincisi olan E.Məmmədov əməkdar idman ustası və əməkdar məşqçidir.

***

Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovniki Qalib Hümbətov idmanın sambo və güləş növləri ilə məşğul olur. Beynəlxalq dərəcəli idman ustasıdır. 12 qat respublika birincisi olan təmsilçimiz həm də yeniyetmələr və gənclər arasında 3 dəfə Avropa, 2 dəfə isə dünya çempionu olub. Böyüklər arasında baş tutan Avropa çempionatında da 2 dəfə qızıl medal qazanıb.

2003-cü ildə Fransanın Nitsa şəhərində keçirilmiş polislər arasında dünya çempionatının da qalibidir.  Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata sahib olub.

***

BDYPİ-nin əməkdaşı, polis kapitanı Fərid Mayılov ölkəmizdə kunq-fu sanda idman növünün pionerlərindəndir. Kiçik yaşlarından güləş, daha sonra boksla məşğul olub. Ölkə çempionatlarında 12 dəfə qalib gəlib. Dəfələrlə əlbəyaxa döyüş üzrə DİN birinciliklərində baş mükafata sahib olub. Gücünü beynəlxalq miqyaslı yarışlarda da sınayıb. 2 dəfə dünya kubokunu qazanıb, bir o qədər də Avropa çempionu olub. 6 dəfə dünya çempionatının qızıl medalına sahib olub. Əməkdar idman ustası F.Mayılov həm də ölkəmizin Kunq-fu Federasiyasının vitse-prezidentidir.

***

DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis kapitanı Rauf Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb. 

2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir. Üçqat Azərbaycan çempionudur.

***

Sa­bun­çu RPİ-nin kadr və pe­şə ha­zır­lı­ğı üz­rə baş ins­pek­to­ru, polis leytenantı Ədi­lə Qur­ba­no­va idmanın ka­ra­te və pa­uer­lif­tinq­ növləri ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz 2 dəfə dünya kubokunun sahibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Pauerliftinq üzrə 3 dəfə respublika birincisidir.

***

Sumqayıt ŞPİ-nin əməkdaşı, polis baş leytenantı Vaqif Ağazadə cüdo üzrə ikiqat respublika çempionudur. DİN-də keçirilən yarışlarda da bir neçə dəfə fərqlənərək qızıl medal qazanıb. Beynəlxalq turnirlərdə də fəxri kürsünün ilk pilləsinə qalxmağı bacarıb.

***

Polis serjantı Tural Bayramov BDYPİ-də xidmət edir. Kiqboksinqlə məşğul olan təmsilçimiz ölkə çempionatında 8 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kiqboksinq üzrə 3 qat dünya çempionudur. Peşəkarlar arasında həm ölkə, həm də dünya çempionudur. Əlbəyaxa döyüşdə 3 versiya üzrə   dünya kəmərinin sahibidir. Avropa kəmərini də əldən verməyib. K-1 döyüş versiyasında Asiya, Avroasiya və dünya çempionatlarının qalibidir. Peşəkar rinqdə keçirdiyi 35 döyüşdən 32-də qələbə qazanıb.

***

Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı  Əli Mirələkbərli Kunq-fu Sanda ilə məşğul olur. 4 dəfə dünya, 5 dəfə Avropa çempionu olan təmsilçimiz 3 dəfə də Dünya kubokunun sahibi olub. İştirak etdiyi respublika və beynəlxalq turnirlərdə dəfələrlə qalib olub.

Əldə etdiyi nailiyyətlərə görə 2012-ci ildə ölkə rəhbəri tərəfindən mənzillə mükafatlandırılıb.

***

Azərbaycan Respublikasının əməkdar məşqçisi Tural Əliyev Sumqayıt ŞPİ-də xidmət edir, polis serjantıdır. Məşğul olduğu pəhləvan güləşi üzrə 3 dəfə Avropa çempionu, bir o qədər də Dünya kubokunun sahibidir. Təmsilçimiz ardıcıl olaraq 3 dəfə İslam Oyunlarının  gümüş medalçısıdır. 2009, 2010 və 2011-ci illərdə dünyanın ən yaxşı pəhləvan güləşçisi seçilib.

Beynəlxalq dərəcəli hakim, idman ustasıdır.

***

Xəzər Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Kənan Abdullaxanlı idmanın cüdo növü ilə məşğul olur. Avropa çempionu və bürünc medalçısıdır. Təmsilçimiz 2017-ci ildə qatıldığı İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. 2016-cı ildə Rio-De-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında ilk beşlikdə qərarlaşıb.

***

DİN-in Maddi Texniki Təminat Baş İdarəsinin əməkdaşı, polis serjantı Fariz Nəbiyev artıq 20 ildir ki idmanla məşğul olur. Əlbəyaxa döyüş üzrə 2 dəfə dünya, 1 dəfə Avropa çempionudur. Respublika birinciliklərində də 12 dəfə qızıl medal qazanıb. Dəfələrlə beynəlxalq turnirlərdə baş mükafata layiq görülüb.

O, əlbəyaxa döyüşdən başqa  idmanın karate və kiqboksinq növləri ilə də məğul olur.

İdman ustası F.Nəbiyevin yetirmələri də uğurlar əldə edir, aralarında Avropa çempionu da var.

***

Sumqayıt ŞPİ-nin daha bir əməkdaşı Vüsal Quliyev də idmanın cüdo növü ilə məğul olur. O, həm yeniyetmələr həm də böyüklər arasında Azərbaycan çempionu olub. Beynəlxalq turnirlərdə və zona yarışlarında da qalib gəlib. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə qızıl və gümüş medallar qazanıb. DİN Daxili Qoşunlarda xidmətdə olarkən Qoşunların birinciliyində müxtəlif əyarlı mükafatlara sahib olub.

***

DİN Daxili Qoşunlarının İdman komandasının əsgəri Ağamahmud Siracov yeniyetmə yaşlarından DİN İdman Cəmiyyətində məşğul olub, kiqboksa həvəs göstərib. Nəticə uğurlu olub. Kiqboksinqi seçən Ağamahmud qısa vaxtda yüksək nəticələr əldə edib. Ölkə və beynəlxalq turnirlərdə layiqli qələbələr qazanıb. Dəfələrlə ölkə birinciliyinin və çempionatının qalibi olub. 2013-cü ildə yeniyetmələrin Avropa birinciliyində qalib gəlib. 2 il əvvəl İtaliyada dünya çempionu olub, ötən il Macarıstanda isə dünya çempionatının bürünc medalına sahib olub.

Natiq CAVADOV,
Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşları



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ