şənbə günü, 11 iyul 2026
     

Azərbaycan mətbəxi Çinin tədris sistemində...

Image


Qorxmaz Cəbrayılov: “Çin kimi böyük ölkədə Azərbaycan mətbəxinin yerli kulinarlara öyrədilməsi olduqca müsbət haldır”
Təranə Vəliyeva:Bu gün Azərbaycan mətbəxinin Çində maraqla qarşılanması təbiidir”

 

Azərbaycan mətbəxində dünyanın ən ləziz təamları, qəlyanaltıları, bişmişləri, şirniyyatları cəmləşib. Milli mətbəximizlə tanış olan hər bir əcnəbi onun haqqında yalnız müsbət fikirlər bildirir. Azərbaycan mətbəxinin dünyada təbliği, tanıdılması istiqamətində davamlı işlər görülür. Xarici ölkələrdə keçirilən kulinariya festivallarında, eləcə də “Azərbaycan mədəniyyəti” günlərində milli mətbəximizə aid olan çeşidli nümunələr təqdim edilir.

Sevindirici haldır ki, bir sıra ölkələrdə, o cümlədən də Çində Azərbaycan mətbəxi xüsusi kurslar vasitəsilə öyrədilir. Çində Azərbaycan mətbəxinin geniş səviyyədə təbliğinin müsbət hal olduğunu deyən kulinar Qorxmaz Cəbrayılov bizimlə söhbətində bildirdi ki, mətbəximizin qeyri-adi dərəcədə gözəl olması, çeşidli bişmişlərlə zənginliyi əcnəbi kulinarların diqqətindən yayınmır. Kulinarın sözlərinə görə, bu gün dünyanın əksər ölkələrində “Azərbaycan mətbəxi” brendi tanınır.

Onun dediyinə görə, Fransa, Almaniya, ABŞ, Çexiya, Avstriya, Rusiya, Türkiyədə və digər ölkələrdə milli mətbəximiz çox sevilir: “Azərbaycan milli mətbəxi dünyanın heç bir xalqının mətbəxinə bənzəmir. Bu bənzərsizlik də onu dünyanın ən gözəl, ləziz mətbəxi sırasında yer tutmasına imkan verir. Azərbaycan mətbəxi əksər ölkələrdə ayrıca kurs şəklində öyrədilir. Çin kimi böyük ölkədə Azərbaycan mətbəxinin yerli kulinarlara öyrədilməsi olduqca müsbət haldır. Biz çalışmalıyıq ki, beynəlxalq aləmdə mətbəx mədəniyyətimizi daha çox təbliğ edək. Çünki buna böyük ehtiyac var. Bilirsiniz ki, Azərbaycan mətbəxinə iddialı olanlar var. Ermənilər bizim mətbəxi mənimsəmək üçün çox çalışırlar. Hər yerdə Azərbaycan mətbəxinə aid xörəkləri, qəlyanaltı və şirniyyatları öz adlarına çıxmağa cəhd edirlər. Dolma Azərbaycan xalqının milli xörəyidir, bizdə dolmanın onlarla növü var. Ermənilər qatıldıqları bütün kulinariya festivallarında dolma bişirir, onu “erməni mətbəxi” nümunəsi kimi təqdim edirdilər. Keçən il ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın səyi və zəhməti sayəsində dolma UNESCO-ya salındı. Bu olduqca müsbət haldır. Bizim mətbəximiz öz adımızla dünyada nə qədər çox təbliğ edilsə, bu bir o qədər yaxşı olar”.

Çində Azərbaycan mətbəxinin tədris edilməsinin əhəmiyyətini qeyd edən kulinar hesab edir ki, Çindən sonra digər ölkələr də bu ənənəni davam etdirə bilər. “Çinlilər bizim restoranlara gələndə həmişə milli xörəklər sifariş edirlər. Bizim mətbəx onların çox xoşuna gəlir. Orada Azərbaycan mətbəxi kursunun təşkil edilməsi onların bizim təamlara sevgisindən irəli gəlir. Bəzən olur ki, əcnəbi vətəndaşlar bizə yaxınlaşıb təşəkkür edirlər, sonra isə xörəklərin hazırlanma qaydalarını soruşurlar. Biz də həvəslə onlara xörəklərin hazırlanma qaydalarını başa salırıq. Azərbaycan mətbəxinin təbliğində Mədəniyyət və Turizm Nazirliyinin, Milli Kulinariya Mərkəzinin çox böyük rolu var. Biz bundan sonra çalışmalıyıq ki, milli mətbəximizə aid xörəklərin, qəlyanaltıların, eləcə də şirniyyatların reseptlərini müxtəlif xarici dillərdə internet vasitəsilə yayaq”.

Etnoqraf Təranə Vəliyevanın fikrincə də Azərbaycan mətbəxinin Çində və digər ölkələrdə tədris edilməsi müsbət haldır. Ekspertin sözlərinə görə, burada təhsil alan çinli tələbələr Azərbaycan kulinariyasının öz ölkələrində yayılmasında maraqlıdırlar: “Mən özüm dəfələrlə Bakıda Çin mətbəxinə qonaq olmuşam. Çinli tələbələr öz mətbəxlərini burada təbliğ edirlər. Onlar bu işi birtərəfli aparmırlar. Azərbaycan mətbəxini də öz ölkələrinə aparmaqda maraqlıdırlar. Çinlə Azərbaycan arasında qədim dövrlərdən əlaqə mövcuddur. Bizi Böyük İpək Yolu birləşdirir. Bilirsiniz ki, İpək Yolu qədim dövrlərdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yoludur. Tarixi ticarət marşrutları Çin, Yaponiya, Hindistan, Monqolustan, İran, Özbəkistan, Tacikistan, Azərbaycan və digər ölkələrdən keçib.

Azərbaycan İpək Yolu vasitəsilə tarixən öz mədəniyyətini dünyaya yayıb. Bu mədəniyyətin qollarından biri də, heç şübhəsiz ki, kulinariya mədəniyyətimizdir. Bu gün sanki tarix təkrar olunur. İpək Yolu vasitəsilə əlaqə quran ölkələr yenidən bir-birinin mədəniyyətinə, mətbəxinə, folkloruna, musiqisinə maraq göstərirlər. Bu baxımdan, Azərbaycan mətbəxinin Çində öyrədilməsində, təbliğində qeyri-adi heç nə yoxdur. Bir vaxtlar Çindən Azərbaycana İpək Yolu vasitəsilə çay gəldi. Bu gün isə Azərbaycan mətbəxinin Çində maraqla qarşılanması təbiidir. Qeyd edim ki, milli kulinariyamızın xarici ölkələrdə tədrisi bizə bir sıra dividendlər gətirir. İlk növbədə mətbəximizi tanıdırıq, ona marağı artırırıq, ikinci tərəfdən isə mətbəximizə qarşı erməni təcavüzünün qarşısını alırıq. Ermənilər milli mətbəximizə açıq-aşkar hücum edir, onu mənimsəməyə cəhd edir, bəzən isə öz adlarına təqdim etməyə nail olurlar. Odur ki, milli mətbəximizin təbliğində aktiv olmalıyıq”.

Etnoqrafın fikrincə, milli bayramımız olan Novruz günlərində xaricdə təhsil alan azərbaycanlı tələbələr, yaxud xaricdə yaşayan azərbaycanlılar milli mətbəximizə xas xörəklər, şirniyyatlar bişirərək onları təbliğ edə bilərlər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

10.07.2026 / 22:43
Paşinyan hələ də Ermənistanda qalan Azərbaycan kəndlərindən danışdı...

10.07.2026 / 22:18
Kreml rəsmisi ABŞ-ın Ukraynaya “Patriot hədiyyəsini” dəstəklədi - Peskov nə demək istəyir?...

10.07.2026 / 21:44
Paşinyan yeni konstitusiya layihəsini dekabrda Əliyev və Trampla görüşədək təqdim edəcək...

10.07.2026 / 21:16
Avroparlament Putinin devrilməsinə doğru daha bir addım atdı...

10.07.2026 / 20:55
Rusiyada dərin yanacaq qıtlığının Azərbaycana təsirləri gündəmdə...

10.07.2026 / 20:41
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib - FOTO

10.07.2026 / 20:37
Azərbaycan JF-17 qırıcı təyyarələri ilə bütün Xəzəri nəzarətə götürür

10.07.2026 / 20:36
Ərdoğanın hədiyyə etdiyi revolverlərin bir çoxu geri qaytarıldı

10.07.2026 / 20:21
Ermənistan İranın əlindən çıxır, TRIPP layihəsinin də buna birbaşa dəxli var

10.07.2026 / 20:05
Akademik Musiqili Teatrda "Şahmaran" tamaşasına daxili baxış keçirilib

10.07.2026 / 19:55
Ermənilərin məhkəməsi çıxışlarla davam etdirilib FOTO

10.07.2026 / 19:39
Tramp İrandan yeni təklif aldığını iddia etdi – “Biz də qəbul etdik”...

10.07.2026 / 19:22
Vasitəçi ölkələr ABŞ-İran gərginliyini azaltmaq üçün hərəkətə keçdi - Qətər Tehrana heyət göndərdi...

10.07.2026 / 18:57
Yaxın Şərqdə gərginliyi daha da artıracaq iddia - ABŞ-dan sonra iki körfəz ölkəsi də İrana hücum etdi...

10.07.2026 / 18:40
Xaricdə təhsil şirkətləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi... - "özünü "təhsil ekspertləri" kimi təqdim edənlər..."

10.07.2026 / 18:12
Kreml Türkiyənin S-400-ləri satacağını rəsmən təsdiqlədi – sistemlər üçüncü ölkələr üzərindən Rusiyaya qaytarıla bilər...

10.07.2026 / 17:50
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi - FOTO

10.07.2026 / 17:35
Nazir Vilayət Eyvazovun göstərdiyi rəqəmlərlə bağlı müzakirə başladı - necə və hansı üsullarla?...

10.07.2026 / 17:19
Professor Məhərrəm Zülfüqarlının “ Atillanın yeni sərgüzəştləri” kitabı nəşr olundu - FOTO

10.07.2026 / 16:32
“Zəngəzur dəhlizi bəyanatına” Ermənistan XİN-nin əks-reaksiyası tam yersizdir...

10.07.2026 / 15:58
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib

10.07.2026 / 15:57
Yunus Oğuzun “Türk” etnonimi və törələri kitabı Respublika Gənclər Kitabxanasının fonduna daxil edilib

10.07.2026 / 15:52
Beyləqan şəhərində fermerlər üçün aqrar sığorta ilə bağlı maarifləndirici təlim keçirilib

10.07.2026 / 15:49
ABŞ MKİ-nin “əllərini pişik yeyib ki, İsrail kəşfiyyatı önə çıxıb?!”...

10.07.2026 / 15:41
Marketlər yerli istehsalçılardan 100 min manat istəyir? – Deputatdan iddia...

10.07.2026 / 15:27
Ölkədə qulaqdibi xəstəliyinin artması iddiaları ilə bağlı rəsmi açıqlama...

10.07.2026 / 15:10
Azərbaycanın Ermənistandakı eksklav kəndlərinin taleyini özümüz həll edəcəyik...

10.07.2026 / 14:59
Azərbaycandakı sabitlik və inkişaf Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir - ŞƏRH

10.07.2026 / 14:47
Rusiya alimindən Ermənistan iqtisadiyyatı barədə inanılmaz rəylər - böhran olmayacaq...

10.07.2026 / 14:34
Kəlbəcərdə mina partladı...

10.07.2026 / 14:29
İran hakimiyyətində yeni parçalanma? - İranda əhali, ABŞ-da mətbuat radikallaşır...

10.07.2026 / 14:18
Bakıda sərnişinlərdən küsən avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ...

10.07.2026 / 14:12
Türkiyə Rusiyadan aldığı S-400 sistemlərini körfəz ölkəsinə satır – İDDİA...

10.07.2026 / 14:05
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib - FOTO

10.07.2026 / 13:56
Azərbaycanın xarici dövlət borcu azaldı - 4 milyard 616,8 milyon...

10.07.2026 / 13:51
Ukrayna Rusiyaya ağır zərbə - neft zavodu, neft terminalı, neft anbarı və böyük bir müdafiə zavodu vuruldu...

10.07.2026 / 13:39
“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin yeddinci təlimi

10.07.2026 / 13:17
Qazaxıstan da vitse-prezidentlik institutuna keçir...

10.07.2026 / 13:05
Rusiyaya qarşı yeni sanksiyalar paketi AB-ni parçaladı – birlik ölkələri razılığa gələ bilmir...

10.07.2026 / 12:54
Təbii qazın Azərbaycandan Gürcüstana təchizatı barədə saziş təsdiq edildi

10.07.2026 / 12:16
Trampın Ankaraya yeni təyyarəsi ilə gəlib köhnə təyyarəsi ilə qayıtmasının əsl səbəbi ortaya çıxdı...

10.07.2026 / 11:58
Rusiya Azərbaycan üzərindən Ermənistana propan və gübrə göndərəcək...

10.07.2026 / 11:30
Azərbaycan avtonom nəqliyyat vasitələrinin tətbiqinə hazırlaşır...

10.07.2026 / 10:51
Bakıda media və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçiriləcək..

10.07.2026 / 10:20
Şuşada IV Qlobal Media Forumu keçiriləcək

10.07.2026 / 10:12
Zakir Həsənov Selçuk Bayraktarla görüşdü

10.07.2026 / 09:55
Azərbaycan və Serbiyanın hərbi kibertəhlükəsizlik mütəxəssislərinin görüşü oldu...

10.07.2026 / 09:17
Azərbaycan və Rusiya Samur çayının bölüşdürülməsini müzakirə edib

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ