Nəsimi rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri davam edir.
Nəsimi Rayon İcra hakimiyyətindən baki-xeber.com-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində 2-ci mikrorayon, H.Seyidzadə küçəsi 37 ünvanının qarşısında növbəti “Abad həyət” rayon sakinlərinin istifadəsinə verilib. Bu ünvanda binaların fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binaların blok girişləri, blok qapıları və pəncərələri yenilənib, yaşıllaşdırma işləri aparılıb. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah, uşaqların asudə vaxtlarını səmərəli keçirməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılıb.
Açılışgünü Nəsimi rayon İcra Hakimiyyətinin başçısı həmin ünvanda səyyar qəbul keçirib. Qəbulda 200 nəfərdən çox yaxın ətrafda yaşayan sakin iştirak edib.OnlardanAbdullayev Azər, Əsədova Solmaz, Kərimova Nazilə, Nəcəfov Mehdi, İsmayılov Əlibaba, Məmmədova Urqiyyə və digərləri bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, binanın zirzəmisinə su yığılması, həyətin işıqlandırılması, istilik təchizatının yaxşılaşdırılması, mənzil növbəsi ilə bağlı müraciətlər edib. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilib. Qəbulda rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılıb.