8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən bayram tədbiri təşkil edilib.
Nəsimi RİH-dən “Bakı Xəbər”ə verilən məlumata görə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışan, şəhid ailələrini təmsil edən qadınların iştirakı ilə keçirilən bayram tədbirini Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov açaraq iştirakçıları bayram münasibəti ilə təbrik edib. Ümummilli lider Heydər Əliyevin qadınlarımız barədə «…Mən dünyanın çox yerində olmuşam.Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm» xatırlayan A.Əsgərov mərhum prezidentin Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Bayram tədbiri 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kolleçinin tələbələrinin və Tural Salmanovun konsert proqramı ilə başa çatıb.