Bazar günü günü, 15 noyabr 2026
     

Ölkəmizin zənginliklərini tanıdan turizm marşrutları...

Image


Azərbaycanda turizm sənayesinin inkişaf etdirilməsi həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Paytaxtda və bölgələrdə böyük infrastruktur layihələrinin gerçəkləşdirilməsi, brend hotellərin, turizm komplekslərinin yaradılması, habelə tarixi abidələrin təmir-bərpası Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunələridir.

Turizm sənayesi ölkələrin büdcə gəlirlərinin formalaşmasında nə qədər önəm daşıyırsa, mədəniyyətin, tarixi irsin təbliği və tanıdılmasında da bir o qədər vacib rol oynayır. Bu baxımdan ölkəmizdə də mühüm layihələr həyata keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi əsas tədbirlərdən biri də beynəlxalq və yerli turizm marşrutları vasitəsilə Azərbaycan turizminin dünya turizm bazarına inteqrasiyasını təmin etməkdir. Bu marşrutlar paytaxt və bölgələrin tarixinin, mədəni irsinin, mətbəx zənginliyinin ardıcıl şəkildə tanıtımına xidmət edir.

Yerli turizm marşrutları

Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialının təbliği məqsədilə bölgələr üzrə turizm marşrutları müəyyənləşdirilərək istifadəyə verilib. 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyi təşkil edildikdən sonra bu sahədə işlər daha ardıcıl şəkil alıb. Marşrutlar üzərində bölgələrə hansı turizm növünü inkişaf etdirmək mümkündürsə, o istiqamətdə müvafiq işlər həyata keçirilir. Ölkə ərazisində arxeoloji turlar, atçılıq, safari avtotur, xalça turu kimi marşrutlar da turistlərin marağına səbəb olur.

Yerli turizm marşrutları bölgələrin eyni, yaxud oxşar iqtisadi-mədəni vəziyyəti üzrə reallıqlara əsaslanır

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin bütün bölgələri üzrə “Kulinariya turu” mədəni turizm marşrutları həyata keçirilir. İlkin mərhələdə 2012-2013-cü illərdə Quba və Lənkəran-Masallı marşrutu üzrə həmin bölgələrin mətbəxi ilə tanış olmaq məqsədilə ölkəmizin turizm şirkətlərinin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə infotur təşkil edilib.

Xalqımızın mədəni dəyərlərinin təbliği, onlardan turizm məqsədləri üçün daha səmərəli istifadə olunması, həmçinin regionlarda turizmin inkişafının təmin edilməsi ilə əlaqədar 2015-ci ildə “Azərbaycanda arxeoloji turizm” adlı mədəni turizm marşrutu yaradılıb. Bu turizm növünə yerli və xarici turistlərin cəlb edilməsi məqsədilə Qəbələ-Şəki-Tovuz-Şəmkir-Ağsu istiqaməti üzrə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq marşrut müəyyən olunub və turizm şirkətləri və KİV nümayəndələri üçün infotur keçirilib.

2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında nazirliyin və turizm şirkətləri nümayəndələrinin iştirakı ilə infotur keçirilib. Rəsədxanada astroturizmin təşkili ilə bağlı açıq kosmos gecələrinin nümayişi, astronomiya muzeyinə baxış, teleskoplarda kosmik obyektlərə müşahidələrin aparılması, həmçinin rəsədxananın müvafiq turizm infrastrukturu və xidmətləri ilə tanışlıq olub.

Göygöl Milli Parkında Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi ilə 2016-cı ildə turizm şirkətlərinin nümayəndələri üçün infotur təşkil olunub. Tur çərçivəsində Göygöl Milli Parkında yeni istifadəyə verilmiş bir sıra mehmanxanalara, həmçinin parkın ərazisində müvafiq turizm infrastrukturu, yeni ekoloji turizm marşrutları və xidmətləri ilə tanışlıq iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Ötən il daha bir turizm marşrutu yaradıldı. “Beş dövrün beş paytaxtı” adlı mədəni turizm marşrutu üzrə turizm şirkətlərin və kütləvi informasiya vasitələri nümayəndələri üçün infotur keçirildi. Bu turizm marşrutu tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində yaranmış dövlətlərin paytaxtı olmuş Gəncə, Bərdə, Qəbələ, Şamaxı və Bakı şəhərlərini əhatə edir. Bu şəhərlər bir-birindən fərqli istiqamətlərdə yerləşdiyindən turizm şirkətləri “Beş dövrün beş paytaxtı” turizm marşrutuna daxil olan şəhərlərdən hər birinə və ya bir neçəsinə ayrı-ayrılıqda da tur təşkil edə bilərlər.

Ötən il Azərbaycan Turizm Assosiasiyası və Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Qusar rayonuna infotur gerçəkləşib. İnfotur çərçivəsində “Xutorok” turizm istirahət mərkəzi və “Şahdağ” Turizm Mərkəzinin yay əyləncə xidmətləri ilə tanışlıq, həmçinin Ləzə kəndində ekoturizm marşrutu üzrə (Kuzun kəndindən Ləzə kəndinə meşə-dağ yolu ilə təqribən 6 km yaxın yürüş, Ləzə kəndi ilə tanışlıq və oradakı şəlaləyə səfər) ekskursiya təşkil olunub.

Beynəlxalq turizm marşrutları

Yerli turizm marşrutlarından fərqli olaraq beynəlxalq turizm marşrutları iki və daha çox ölkəni əhatə edir və turizm sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirir. Bu marşrutlar sayəsində bölgələrimiz beynəlxalq səviyyədə təbliğ olunur. Bu sırada “Böyük İpək Yolu”, “Şərab, mədəniyyət və turizm mübadiləsi”, “Aleksandr Düma Qafqazda”, “Azərbaycanda alman məskənləri” və “Polyak izləri” layihələrini qeyd etmək olar.

Nazirliyin təşəbbüsü ilə irəli sürülmüş “Aleksandr Düma Qafqazda” beynəlxalq mədəni turizm marşrutu layihəsi Azərbaycan, Gürcüstan və Dağıstanda turizmin inkişafına yönəlib. Layihə 2007-ci il 30 yanvar tarixində Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında imzalanmış “Turizm sahəsində əməkdaşlıq haqqında Saziş”də öz əksini tapıb. Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun ekspertləri marşrutu tədqiq etmək məqsədilə ölkəmizdə olaraq və Azərbaycan nümayəndələri ilə birgə Qusar-Quba-Sumqayıt-Bakı-Şamaxı-Şəki-Zaqatala-Balakən marşrutu təsdiq edilib.

Mövcud şəraiti və potensialı nəzərə alınaraq “Şərab, mədəniyyət və turizm mübadiləsi” mədəni turizm marşrutu Bakı-Şamaxı-İsmayıllı-Şəki-Gəncə-Tovuz şəhər və rayonlarını əhatə edir. Bakı, İsmayıllı, Gəncə və Tovuzda yerləşən şərab zavodlarında konyak və şərabın satış mağazaları, həmçinin ziyarətçilər üçün dequstasiya zalları yaradılıb.

Son dövrlərdə nazirlik tərəfindən həyata keçirilən beynəlxalq infoturların müsbət nəticələri və turistlərin regional turizm marşrutlarına artan marağı nəzərə alınaraq, 2014-cü ilin 30 sentyabr - 1 oktyabr tarixlərində Gəncə şəhərində III Beynəlxalq Şərab Festivalı keçirilib. İtaliya, Fransa, Gürcüstan və Moldovadan olan şərab istehsalçıları, şərabçılıq ittifaqları və assosiasiyalarının nümayəndələrinin iştirak etdiyi festivalda müxtəlif ölkələrin şərabları nümayiş olunub.

Bu turizm marşrutlarında iştirak ölkəmizə gələn turistlərin sayının artmasına və çoxçeşidli turizm məhsulunun yaradılmasına xidmət edir. “Azərbaycanda alman məskənləri” və “Polyak izləri” turizm marşrutları həm də ölkəmizdə tarixən mövcud olan multikulturalizm mühitinin tanıdılmasına da əlavə zəmin yaradır.

Nazirlik tərəfindən pasportlaşdırılmış turizm marşrutları

Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının qərarı ilə təsdiq edilmiş turizm marşrutlarının inkişaf planı da ölkəmizin turizm imkanlarının tanıtımı baxımdan mühüm perspektivlər vəd edir. Ayrı-ayrı turizm marşrutlarının işləklik səviyyəsi mövsümə görə də dəyişir. Qış mövsümündə dağ-xizək və ovçuluq istiqamətli turizm sahələri daha çox işlək olur. Sağlamlıqla bağlı turist səfərləri isə mövsümdən asılı olmayaraq həmişə aktualdır.

Nazirlik tərəfindən Bakı-Salyan-Masallı-Lənkəran-Astara rayonları üzrə Şirvan Milli Parkı ərazisində “quşları müşahidə” (Bird Watching), Lənkəran şəhərində və Masallı rayonunda “Cənubun dadı” adlı kulinariya, Salyan, Masallı və Lənkəranda “Cənub mirvarisi” adlı mədəni və ekoloji turizm marşrutları pasportlaşdırılıb.

İsmayıllı-Basqal-Lahıc istiqaməti üzrə “Qırxotaq əfsanələri” və “Fit qalası” marşrutu, Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Şirvan Milli Parkı, Hacıqabul rayonu və Mahmudçala gölü ərazisində quşları müşahidə, Quba rayonu istiqaməti üzrə “Kulinariya turu” pasportlaşdırılıb.

Qaradağ rayon ərazisində Lökbatan-Daşgil-Qoturdağ və Şamaxı rayon ərazisində Dəmirçi palçıq vulkanları, Quba-Şamaxı rayon ərazisində “Cip Safari”, Qəbələ-Şəki-Qax istiqaməti üzrə “Qədim Qafqaz Albaniyasının tarixi izləri”, Bakı-Şəmkir-Tovuz-Ağsu-Qəbələ-Bakı istiqaməti üzrə arxeoloji, Bakı-Gəncə-Bərdə-Qəbələ-Şamaxı-Bakı istiqaməti üzrə “Beş dövrün beş paytaxtı” turizm marşrutları pasportlaşdırılıb.

Bu turizm marşrutları boyunca müvafiq infrastrukturun yaradılması istiqamətində də işlər davamlı olaraq aparılır. Marşrutlar boyu turizm marşrutlarının və tarixi abidələrin nişanlarının quraşdırılması, yol qırağında turistlər üçün müvafiq infrastrukturlu dayanacaqların yaradılması (suvenir satışı köşkləri, restoran, super-market, uşaq meydançaları) təmin olunur.

Marşrutlar üzrə daha çox turist axınını təmin etmək məqsədilə nazirlik tərəfindən turizm şirkətləri və media nümayəndələrinin iştirakı ilə infoturlar təşkil olunur.

Azərbaycanın böyük ekoloji turizm potensialı mövcuddur

Azərbaycan zəngin təbiətə, dənizə, qoruq və milli parklara, cəlbedici kənd ərazilərinə, özünəməxsus adət-ənənələrə və mətbəx nümunələri kimi turizm resurslarına malikdir. Bütün bu sadalanan resurslar ölkəmizi turistlər üçün daha da cəlbedici turizm məkanına çevirə bilər. Təbii fenomen olan palçıq vulkanları dünyadakı palçıq vulkanlarının, demək olar ki, yarısını təşkil edir və Azərbaycan dünya üzrə bu cür cəlbedici məkanları olan cəmi 20 ölkədən biridir. Bununla yanaşı, Azərbaycan ərazisində çoxlu sayda milli parklar da mövcuddur. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 893 min hektardır.

Turizm baxımından da önəmli olan qoruq və milli parklarımız zəngin təbiəti, ov heyvanları, qiymətli balıq və quş növlərinin qışlama yeridir. Bu ərazilərin müəyyən hissəsi ekoturizmdə səmərəli və məqsədyönlü istifadə oluna bilər.

Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycanın ekoloji turizm potensialının araşdırılması və milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili, Azərbaycanın ekoloji turizm imkanlarının tədqiqini həyata keçirmək və bunun əsasında milli parklarda müxtəlif turizm fəaliyyətlərinin təşkili ilə bağlı tədbirlər nəzərdə tutulub.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ