Bazar günü günü, 15 noyabr 2026
     

“Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis olunmasına maraqlı reaksiyalar var

Image


Cəlil Xəlilov: “Ümumiyyətlə, hərbi-vətənpərvərlik tərbiyəsi işində rolu olan insanların əməyini dəyərləndirmək üçün belə bir medalın təsis olunmasını təqdirəlayiq hesab edirəm”  
Şahin Musaoğlu: “Bu medalın təsis edilməsi həm gənc, həm orta, həm də yaşlı nəslin, demək olar ki, həyat fəaliyyətində öz müsbət təsirini göstərəcək”

 

Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşması sahəsində dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilir. Orta ümumtəhsil məktəblərindən başlayaraq, ali məktəblərə qədər bu sahədə davamlı işlər görülür. Müasir Azərbaycan gəncliyi hərbi-vətənpərvərlik ruhuna sahibdir desək yanılmarıq. Çünki bu sahədə davamlı olaraq işlər görülür, görülən işlər də heç şübhəsiz ki, nəticəsiz ötüşmür.

Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti hərbi-vətənpərvərlik ruhunun cəmiyyətdə yayılmasında, onun şüurlarda özünə yer tutmasında çox önəmli addımlar atır. Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında rolu olan insanlar dövlət tərəfindən mükafatlandırılır. Hərbi-vətənpərvərlik tərbiyəsinin təbliği sahəsində təsis edilən diplomlar, mükafat və ödüllər təqdirəlayiqdir. Bu sıraya “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı daxil edilib. “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsviri” təsdiq edilib. Dövlət başçısı “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikası medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb.

 “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə bu medalla təltif edilən şəxslər qeyd edilib.

“Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə səfərbərlik və həqiqi hərbi xidmətə çağırış işlərinin təşkilində, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsində və vətənpərvərlik təbliğatında göstərdiyi xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının hərbi qulluqçuları, mülki işçiləri və digər şəxslər təltif edilirlər.

Qeyd edək ki, “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Yeni təsis edilən “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının əhəmiyyətini şərh edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalının təsis edilməsi təqdirəlayiq haldır. O bildirdi ki, gələcəkdə bu medalla təltif ediləcək şəxslər həqiqətən də Azərbaycanda hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində xidməti olan insanlar olacaq: “Bu medalın təsis edilməsi olduqca əhəmiyyətli və vacib məsələdir. Ona görə ki, hərbi-vətənpərvərlik sahəsində bizim ümumi işlərimiz həddən artıq çoxdur. Xüsusilə də nə qədər ki, Qarabağ problemi həll olunmayıb, biz Azərbaycan gənclərini, məktəbliləri, bir sözlə, övladlarımızı hərbi-vətənpərvərlik hisslərində kökləməli, orduya, cəbhəyə, döyüşməyə hazırlamalıyıq. Təbii ki, bu sahədə çalışan həm ordu komandirlərimiz, həm mülkü veteranlarımız,  həm də müəllimlərimiz həddən artıq çoxdur. Vətənpərvərlik tərbiyəsi işində yüksək nailiyyət əldə edən, aktiv metodlardan, formalardan istifadə edərək vətənpərvərlik sahəsində işlər görən qələm adamları var. Onlar arasında şeirlər, poemalar, nəsr əsərləri yazanlar, tədbirlər keçirənlər az deyil. Hətta bu sahədə filmlər çəkən, rəsm əsərləri yaradan, digər yaradıcılıq nümunələri ortaya qoyan insanlar da çoxdur. Onların yaradıcılığını, gördüyü işləri, ümumiyyətlə, hərbi-vətənpərvərlik tərbiyəsi işində rolu olan insanların əməyini dəyərləndirmək üçün belə bir medalın təsis olunmasını təqdirəlayiq hesab edirəm. Çünki belə insanlar müəyyən qədər gördükləri işə verilən qiyməti də görməlidirlər ki, onların əməyi xalq, dövlət tərəfindən yüksək dəyərləndirilir”.   

C.Xəlilov qeyd etdi ki, bu gün Azərbaycan əsgəri hərtərəfli qayğı, diqqətlə əhatə olunmaqla yanaşı, o cümlədən də yüksək mənəvi-psixoloji duruma malik olmalıdır. “Bu sahədə də vətənpərvərlik işləri aparılmalıdır. Orta ümumtəhsil məktəblərində hərbi-vətənpərvərlik tərbiyəsi işinə ciddi fikir verilir. Mən bu gün (23.02.2018-ci il) Xocalı soyqırımına ucaldılan “Ana harayı” abidəsini ziyarətdən gəlirəm. Ziyarətçilər arasında çoxlu sayda şagirdlər var. Şagirdlər abidə önündə çıxışlar edir, şeirlər söyləyirlər. Müəllimlər də çıxışlar edir, tarixi məqamları şagirdlərin yadına salırlar. Təəssüf ki, bəzən belə işlərə barmaqarası baxanlar da olur. Ancaq ürəklə bu işləri görən insanlar da var. Təbii ki, onların fəaliyyəti qiymətləndirilməlidir, onlara medal da, orden də verilməlidir. Dünyanın bir çox ölkələrində, o cümlədən də Türkiyə Cumhuriyyətində belə medallar təsis ediblər. Dövlət və xalq  qarşısında xidmətləri olan, o cümlədən də hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində rolu olanlar bu medallara layiq görülürlər. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsis edilən çoxlu mükafatlar, diplomlar var. Ancaq xüsuslə hərbi-vətənpərvərlik tərbiyəsi işi ilə bağlı medal yox idi. Medal da təsis edildi. Prezident tərəfindən təsdiq olunan hərbi-vətənpərvərliklə bağlı diplom var. Ancaq medalın da təsis edilməsi lap yerinə düşdü və çox təqdirəlayiqdir ” - deyə bildirən C.Xəlilov təklif etdi ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin daha geniş səviyyədə təbliğatı üçün rəsm, şeir, yazı, mahnı müsabiqələri élan edilməlidir.

Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərvərlik komissiyasının sədri Şahin Musaoğlu bizimlə söhbətində bildirdi ki, “Hərbi-vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalın təsis edilməsi hərbi-vətənpərvərlik tərbiyəsi ilə məşğul olan insanların fəaliyyətinə, əməyinə dövlətin göstərdiyi növbəti diqqət və qayğının təzahürüdür. “Hərbi-vətənpərvərlik məsələsi hər bir dövlətin, hər bir xalqın həyatında, onun var olmasında mühüm rol oynayır. Bu, eyni zamanda, xalqın hər bir fərdinin öz dədə-baba yurduna sahiblənmək, soykökünə bağlılıq, adət-ənənələrə sədaqət kimi şərəfli missiyanı daşımasıdır. Hesab edirəm ki, bu medalın təsis edilməsi hərbi-vətənpərvərlik tərbiyəsinin, ruhunun təbliğatına yüksək səviyyədə təsir göstərəcək. Hərbi-vətənpərvərlik tərbiyəsinin KİV-də, ədəbiyyatda, sənətdə təbliğ edilməsi önəmlidir. Mən çox sevindim ki, cənab Prezident tərəfindən bu sahədə xüsusi medal təsis edilib. Bu medalın təsis edilməsi həm gənc, həm orta, həm də yaşlı nəslin, demək olar ki, həyat fəaliyyətində öz müsbət təsirini göstərəcək. Mən Azərbaycan Yazıçılar Birliyində Hərbi-vətənpərvərlik komissiyasının rəhbəriyəm. Bu medalın təsis edilməsi eyni zamanda da bizim işimizə bir dəstəkdir. Biz də öz işimizin göstəricisi olaraq hərbi-vətənpərvərlik tərbiyəsi işində fərqlənən insanların o medala namizədliyini verə bilərik. Çünki biz bilavasitə vətənpərvərliyin təbliğində və həmçinin də savaş ədəbiyyatının formalaşmasında işlər görürük. Bu ədəbiyyat həm hərbi-vətənpərvərlik nöqteyi-nəzərindən, həm də mənəvi-psixoloji, ideoloji, sosial cəhətdən bu sahəni əhatə edir. Biz də ədəbiyyat adamları olaraq bu sahəyə öz töhfəmizi verə bilərik. Bu baxımdan, həmin medalın təsis edilməsi məni çox sevindirdi”.  

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ