Tarixçi-alim Məhərrəm Zülfüqarlıın “Azərbaycan tarixinə yeni baxış” kitabı İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fars dilində nəşr olunub.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının Mətbuat Xidmətindən “Bakı Xəbər”ə verilən məlumata görə, kitab İranın tarix elmi üzrə peşəkar nəşriyyatlarından olan “İran Müasir Tarixi Araşdırmalar Mərkəzi” tərəfindən nəşr edilib.
Qeyd edək ki, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri olan M.P.Zülfüqarlı 47 kitabın, 14 metodik işin, 60 elmi və 605 qəzet məqalələrinin müəllifidir. Tarixçi-alimin hələlik sonuncu əməyi olan “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” kitabı üzərində işlər isə başa çatmaq üzrədir. Kitabın Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsi işıq üzü görməsi gözlənir.