çərşənbə günü, 30 sentyabr 2026
     

Dilimizin orfoqrafiyası üzrə işçi qrup cəmiyyətin müxtəlif təbəqələri ilə necə işləyir…

Image


İsmayıl Məmmədli: “Hazırda işçi qrupu ictimaiyyət tərəfindən daxil olan müraciətlərə, sorğulara, rəylərə baxır”
Buludxan Xəlilov: “İşçi qrupunun üzvlərinə, digər dilçilərə də müsbət təsir edən məsələ cəmiyyətin hər bir üzvünün "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na göstərdiyi reaksiyadır”

 

Son iki aydır respublika ictimaiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim edilən "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini müzakirə edir. Məlum olduğu kimi, yeni orfoqrafiya qaydaları layihəsi yerli KİV-də nəşr edildikdən sonra onun haqqında daha çox ziddiyyətli fikirlər meydana çıxmağa başlayıb.

Qeyd edilənə görə, yeni qaydalarla bağlı AMEA-nın Orfoqrafiya Komissiyasına saysız müraciətlər daxil olub. Komissiyaya təqdim edilən rəy və fikirlərin isə əsasən mənfi olduğu bildirilir. AMEA-nın Orfoqrafiya Komissiyasından mətbuata verilən məlumata görə, Orfoqrafiya Komissiyasının açıq müzakirəyə təqdim etdiyi “Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə çoxlu rəylər, fikirlər mövcuddur.

Nəsimi adına Dilçilik İnstitutundan aldığımız məlumata görə, müzakirələrə müxtəlif sahələrdə çalışan sadə Azərbaycan vətəndaşları, media nümayəndələri, sosial şəbəkələrin təmsilçiləri, yazıçılar, tanınmış dilçi alimlər qatılırlar. İnstitutun şöbə müdirlərindən birinin qəzetimizə verdiyi məlumata görə, AMEA-nın Orfoqrafiya Komissiyasına və Nəsimi adına Dilçilik İnstitutuna çoxlu sayda yazılı və şifahi müraciətlər daxil olub. Məlumata görə, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb. Qeyd edilənə görə, işçi qrupu "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq. İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Orfoqrafiya Komissiyasına təqdim ediləcək.

Xatırladaq ki, Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri - akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir. Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə ediləcək. Sonra qəbul edilən dəyişikliklər təsdiqlənmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Azərbaycan dilinin orfoqrafiya lüğətinin hazırlanıb nəşri üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.

Orfoqrafiya qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.

"Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.

Sözügedən məsələ ilə bağlı yaradılan işçi qrupunun fəaliyyəti, hazırda nə kimi işlər görməsi ilə bağlı işçi qrupu üzvləri ilə əlaqə saxladıq.

Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının və işçi qrupunun üzvü,  professor İsmayıl Məmmədli “Bakı-Xəbər”ə bildirdi ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsinin müzakirəsinə ictimaiyyət aktiv  qoşulub: “Bu layihə ictimai müzakirəyə verildi. Deyim ki, layihənin müzakirəsinə çoxlu sayda insan qoşulub. Onlar arasında ziyalılar, dilçilər, sadə vətəndaşlar, jurnalistlər var. Bizə çoxlu müraciətlər, rəylər daxil olub. Hazırda işçi qrupu ictimaiyyət tərəfindən daxil olan müraciətlərə, sorğulara, rəylərə baxır. Hələ yekun nəticə yoxdur. Çünki iş davam edir. Güman edirəm ki, bəlkə tədqiqat, araşdırma işləri martda başa çatdı. Ancaq bu hələ dəqiq deyil”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Dövlət Dil Komissiyasının və işçi qrupunun üzvü, professor Buludxan Xəlilov bildirdi ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupunun yaradılması zəruri idi. B.Xəlilovun sözlərinə görə, dillə bağlı bu qədər reaksiyanın olması cəmiyyətin bütün kəsimlərinin dilimizin taleyinə biganə qalmadığını göstərir: “Bu məsələ ilə bağlı ictimaiyyət tərəfindən çoxlu rəylər, fikirlər, təkliflər var. Bununla yanaşı, mənim özümə də nə qədər insan zəng edib fikir və təkliflərini bildirirlər. Əsasən də əsgər, əsginas, qoşa “yy” samiti ilə yazılan sözlərlə əlaqədar fikir bildirirlər. İşçi qrupu daxil olan sorğular, müraciətlərlə bağlı statistik hesablamalar aparacaq. Bu hesablamaları həm işçi qrupunun üzvləri, həm də tanınan dilçi alimlər həyata keçirəcək. Bütün hesablamalar sona yetdikdən sonra ümumi rəyə gəlinib yekun qərar qəbul ediləcək. Layihə ilə bağlı müraciət edən insanlar müxtəlif təbəqələri təmsil edir. Müraciət edənlərin bir qismi ziyalılardır, bir qismi orta və ali məktəblərdə işləyən dilçilərdir, bir qismi isə tamamilə bu sahəyə aid olmayan insanlardır. Onlar da fikir və rəylərini əsasən “Facebook” və digər sosial şəbəkələrdə bildirirlər. Bizə daxil olan bütün müraciətlərə baxılacaq. Deyim ki, daxil olan fikirlər həddən artıq müxtəlifdir”.

B.Xəlilov qeyd etdi ki, daxil olan müraciətlərin, fikir və rəylərin araşdırılmasının uzanmasına təbii yanaşmaq lazımdır. O hesab edir ki, bütün müraciətlərə həssaslıqla yanaşıldığı üçün, vaxt bir qədər uzanır: “Hər müraciətin arxasında böyük bir sosial təbəqə var. Odur ki, bütün rəylər qruplaşmalı, ümumiləşməlidir. İşçi qrupunun üzvlərinə, digər dilçilərə də müsbət təsir edən məsələ cəmiyyətin hər bir üzvünün "Azərbaycan dilinin orfoqrafiya qaydaları"na göstərdiyi reaksiyadır. Bu çox müsbət haldır ki, dilin taleyi hər bir vətəndaşımızı düşündürür. Əslində, bu məsələlər dil düşüncəsini ortalığa çıxarır. Bəzən deyirlər ki, cəmiyyətdə dil düşüncəsizliyi var, kim necə istəyirsə, elə də danışır. Ancaq cəmiyyətin ayrı-ayrı təbəqələrinin orfoqrafiya lüğəti ilə bağlı fikir bildirməsi onu göstərir ki, demək, cəmiyyətdə dilin taleyini düşünənlər var. Bu gün həm ziyalılar, həm mütəxəssislər, həm də sadə vətəndaşlar bu düşüncəni ortaya qoyurlar. Bax, bu dil düşüncəsinin özü işçi qrupunu da, orfoqrafiya lüğəti layihəsini hazırlayanları da düşündürür, bu işin məsuliyyətli bir iş olduğunu hiss etdirir. Bu baxımdan, o təhlillərin əhəmiyyəti böyükdür. Cəmiyyətin verdiyi reaksiya, fikir və rəyləri işin daha da məsuliyyətli görülməsinə müsbət təsir edəcək. Yoxsa bu lüğət tələm-tələsik çap olunsaydı, faydası olmazdı. Mən özüm bir dilçi alim kimi ayrı-ayrı təbəqələrə mənsub insanların fikirlərini ayrıca bir qovluğa toplamışam. O müraciətləri araşdırıram, təhlillər aparıram. Birdən elə təklif ola bilər ki, həqiqətən də onun bizim işimizə xeyri olar”. 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ