Bazar günü günü, 15 noyabr 2026
     

Niyə “ana qanun” yox, konstitusiya…

Image


Buludxan Xəlilov: “Mənə elə gəlir ki, ana qanun sözü gündəmə gətirilsə, işlənsə, vətəndaşlıq hüququ qazanacaq”
“Alınma sözlərin bir çoxunun milliləşdirilməsinə ehtiyac var”

 

Azərbaycan dilinin təkmilləşdirilməsi istiqamətində müxtəlif təkliflər, fikir və rəylər mövcuddur. Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Orfoqrafiya Komissiyası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanan Azərbaycan dilinin orfoqrafiya qaydalarının layihəsində dillə bağlı xeyli məsələ yer alıb.

Bildirilənə görə, layihədə saitlə bitən feillərdən sonra gələn köməkçi sözlərin ilk saiti buraxılaraq “y” bitiş­diri­cisinin əlavəsi ilə yazılışı da məqbul sayılır: almalıydı, gəlməliymiş, gəl­mə­liy­di, alaydı, alasıydı və s. Etibarilə, köməyilə, məqsədlə, məqsədilə, münasibətilə, vaxtilə, vasitəsilə sözlərinin yalnız bu şəkildə yazılması təklif olunur.

Qeyd edilənə görə, Azərbaycan dilinin 69 maddədən ibarət orfoqrafiya qaydaları hazırlanıb. Qaydalar Orfoqrafiya Komissiyasının iclasında müzakirə edildikdən sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Bildirək ki, dilimizin lüğət tərkibində yer alan alınma sözlərin də milliləşdirilməsi məsələsi bəzi dilçi alimlər tərəfindən gündəmə gətirilir. Alimlər bildirirlər ki, elə sözlər var, onların Azərbaycan dilində qarşılığı olduğu halda, biz onlara yox, alınma sözlərə üstünlük veririk. Bəzi mütəxəssislər hesab edirlər ki, dilin lüğət tərkibində yer alan alınma sözlərin Azərbaycan sözləri ilə əvəzlənməsi daha məqsədəuyğun olardı.

Bu gün onlarla söz var ki, onların milliləşdirilməsinə ehtiyac var. Çünki o sözlərin deyilişi, səslənişi  ictimaiyyətdə müəyyən çətinliklər yaradır. Məsələn, dilimizə çətin yatan, lakin artıq vətəndaşlıq hüququ qazanan konstitusiya sözünün milliləşdirilməsi zərurəti meydana çıxıb. Rus dilindən dilimizə daxil olan bu alınma sözün ana qanun sözü ilə əvəz edilməsi daha məqsədəuyğun sayılır. Çünki istənilən sözün asan səsləndirilməsi, dilə yatımlı olması vacibdir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, tanınmış dilçi-alim, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, konstitusiya sözünün ana qanun sözü ilə əvəzlənməsi tam məqsədəuyğundur. O hesab edir ki, bu dəyişikliyi birdən-birə etmək mümkün deyil, gərək ana qanun sözü vətəndaşlıq hüququ qazansın ki, onu ana dilinin izahlı lüğətinə, eləcə də orfoqrafiya lüğətinə salmaq mümkün olsun: “Biz belə məsələlərdə dilin öz daxili imkanlarından istifadə edə bilərik. Lakin bu, orfoqrafiya lüğətinin işi deyil. Götürək elə sizin konstitusiya sözünün ana qanunu sözü ilə əvəzlənməsi təklifinizi. Biz əvvəlcə bu sözü dövriyyəyə buraxmalıyıq, onu işlək vəziyyətə gətirməliyik. Yəni yazıda işlətməliyik, çıxışlarımızda qeyd etməliyik. Ana qanun sözü vətəndaşlıq qazanacaqsa, dilin lüğət tərkibinə daxil ola biləcək, orfoqrafiya lüğətində özünə yer tutacaq. Ancaq bu söz vətəndaşlıq qazanmadığı, dilin lüğət tərkibinə gəlmədiyi halda, bu sözü orfoqrafiya lüğətinə salmağımız düzgün deyil. Ona görə ki, orfoqrafiya lüğətində o sözlər əks olunur ki, dilin lüğət tərkibinə daxildirlər. Yəni terminlər, siyasət, iqtisadiyyat və digər sahələrlə bağlı olan sözlər dilin lüğət tərkibində özünə yer tutur. Ancaq açıq etiraf edək ki, indiyə kimi ana qanun sözünü  işlətməmişik. Təklif çox gözəldir. Gəlin bu sözü gündəmə gətirək, onu yazılı KİV-lərdə, radio və televiziyada, şifahi danışığımızda işlədək. Çünki bu çox uğurlu sözdür. Mənə elə gəlir ki, ana qanun sözü gündəmə gətirilsə, işlənsə, vətəndaşlıq hüququ qazanacaq.  Bundan sonar, təbii ki, o orfoqrafiya lüğətində əksini tapacaq”. 

B.Xəlilovun qeyd etdiyinə görə, ola bilsin dilin lüğət tərkibində elə sözlər var ki, onları da milliləşdirmək, ictimaiyyətdə onlara vətəndaşlıq hüququ qazandırmaq mümkündür. Professorun sözlərinə görə, ancaq o sözləri birbaşa orfoqrafiya lüğətinə gətirməklə onlara vətəndaşlıq hüququ qazandırmaq mümkünsüzdür: “Çünki ilk növbədə o sözləri gündəmə gətirmək, işləkliyini təmin etmək tələb olunur, o sözlərə vətəndaşlıq qazandırmaq lazımdır. İnsanların bu yöndə məlumatlanmasına, maariflənməsinə yönəlik işlər görülməlidir. Bilirsiniz ki, orfoqrafiya lüğətinin özünün mahiyyəti var. Bu o deməkdir ki, dilin lüğət tərkibində olan sözlərin düzgün yazılışı əks olunmalıdır. Ancaq ana qanun sözü dilin lüğət tərkibində təsbit olunmamış sözdür. Birinci onun təsbitinə çalışmaq lazımdır. Alınma sözlərin bir çoxunun milliləşdirilməsinə ehtiyac var. İstərdim ki, təyyarə sözünün milliləşdirilməsinə fikir verək. Bunun üçün də milli sözü işlətməyə ehtiyac var. Bu gün KİV-lərdə müəyyən sözə işləklik verirlər. Bu yaxşı haldır və o deməkdir ki, sözlər arasında seçim aparırıq. Hansısa bir sözün dəyişməsinə hökm vermək KİV-lərin işi deyil. Yəni qəzetlər, radiolar, televiziyalar hökm verə bilməz ki, bu işi belə edin. Onların üzərinə düşən vəzifə bu sözləri gündəmə gətirib onları işlətmək, yazmaq, səsləndirməkdir. Artıq o sözlərin vətəndaşlıq hüququ qazanması zamanın ixtiyarında, dilin öz imkanları daxilindədır. Ona görə də istəyirəm ki, burada bir sistem, planlaşma yaradaq. Dilin təbii inkişafını təmin etmək lazımdır. Sözlərin işləkliyinə meydan verməliyik ki, seçim imkanları olsun. Bu məsələyə bir qədər incə yanaşma tələb olunur. Tutalım, dilimizdə operasiya və cərrahiyyə sözləri var. Biz onları bir-birilə müqayisə edib deməliyik ki, operasiya, yaxud cərrahiyyə sözü qalsın. Dilimizin lüğət tərkibində alınma söz olmasına baxmayaraq, operasiya sözü də vətəndaşlıq hüququ qazanıb, cərrahiyyə sözü də. Bunun ikisinin də işləkliyini məqbul hesab edirik. Qoy dilin lüğət tərkibi zəngin olsun. Bilirsiniz, dilin lüğət tərkibi həm də alınma sözlərin hesabına öz zövqünü formalaşdıra bilir. Dil də zərif bir zövq məsələsidir. Dili qurulaşdırmağın əleyhinə olmaq lazımdır. Hökm vermək olmaz dildə niyə alınma sözlər var və onlar sıradan çıxsın. Alınma sözlərin özü dilin səxavət imkanlarını göstərir. Bu dilin könül dili olmaq imkanlarını ortaya qoyur. O dillər alınma sözləri qəbul edirlər ki, o sözlərə işlənmək imkanı verə bilirlər. Bu da dilin özünəməxsus gücüdür. Ona görə də məsələyə bir qədər zərif yanaşmaq lazımdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ