Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan dilinin tarixi orfoqrafiyası – gündəmdə çox maraqlı ideya…

Image


Buludxan Xəlilov: “Bu lüğəti yaratmaq üçün ayrı-ayrı tarixi dövrlərdəki yazılı abidələrimizin, klassiklərimizin yaradıcılığının lüğət tərkibini öyrənib ortaya qoymaq lazımdır”

 

Azərbaycan dilinin böyük tarixi inkişaf yolu keçdiyi məlumdur. Ana dilimizin əsrlərin sınağından keçərək günümüzə qədər yaşamasında, inkişafında sözsüz ki, ana dilli ədəbiyyatımızın, eləcə də folklorumuzun böyük rolu var. Anadilli poeziyamızdan örnəklərlə tanış olarkən yüzilliklər boyu dilimizin nə qədər dəyişdiyini görürük.

Bu da heç sirr deyil ki, bir sıra hallarda əksər sözləri qavramaqda çətinlik çəkirik. Bu zaman lüğətə üz tutmaq istəyirik. Təəssüf ki, hələ Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti hazırlanıb çap edilmədiyi üçün çətinliklər çəkirik. Azərbaycan dilinin tarixi orfoqrafiya lüğətinin olmaması mütəxəssislərin özlərini də ciddi narahat edir.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun şöbə müdiri İsmayıl Məmmədli Dil Komissiyasının iclasında çıxış edərək bildirib ki, Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti yoxdur. Bu barədə “trend.az” məlumat yayıb.

İ.Məmmədli fikrini belə izah edib: “Bizi bəzən günahlandırırlar ki, niyə işlənməyən sözləri salırsınız? Biz onları qorumaq üçün oraya daxil edirik”.

İ.Məmmədli qeyd edib ki, dilimizdə yazılış forması mübahisə doğuran sözlər müəyyənləşdirilib. Həmin sözlər institutda müzakirəyə çıxarılacaq.

Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti indiyə qədər niyə yaradılmayıb?

Azərbaycan Pedaqoji Universitetinin filologioya fakültəsinin dekanı, dilçi-alim, professor Buludxan Xəlilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, indiyə qədər Azərbaycan dilinin tarixi orfoqrafiya lüğətinin hazırlanmaması yaxşı hal deyil. Professor Xəlilov hesab edir ki, bu orfoqrafiya lüğətinin hazırlanaraq çap edilməsi olduqca vacibdir: “Azərbaycan dilinin orfoqrafiya lüğəti 6 dəfə çap olunub. İlk orfoqrafiya lüğətimiz 1929-cu ildə Vəli Xuluflunun redaktorluğu ilə nəşr edilib. Sonra isə 1940, 1960, 1975, 2004, 2013-cü illərdə çap olunub. Ancaq Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti isə çap olunmayıb. Azərbaycan dilinin orfoqrafiya lüğəti zamanın, dövrün tələblərindən asılı olaraq, yəni dilin lüğət tərkibinə yeni sözlər gəlir deyə dəyişir. Azərbaycan dilinin tarixi orfoqrafiya lüğəti tarixən dilimizin lüğət tərkibində olan sözlərin hamısını özündə ehtiva edən bir lüğət olmalıdır. Ancaq görək dilimizin tərkibində vaxtilə olmuş sözlərin hamısını özündə cəmləyən orfoqrafiya lüğətimiz varmı? Bu lüğətin hazırlanması olduqca ağır, çətin bir prosesdir. Yazılı ədəbi dilimizin müəllifi olan İzzəddin Həsənoğlundan, yəni XIII əsrdən başlayaraq lap XX əsrə qədər yazıb yaradan şairlərin işlətdiyi sözlərin lüğəti hazırlanmalıdır. Bu isə, dediyim kimi, bütün dövrləri əhatə etməli olduğu üçün çətin prosesdir. İndiyə qədər çap olunan orfoqrafiya lüğətlərində dilimizin lüğət tərkibinin tarixini əhatə edən sözlər var. Məsələn, elə sözlər var ki, dil yarandığı gündən yaranıb və bu gün də mövcuddur. Yəni o sözlər bu gün də işlənir. Tarixi orfoqrafiya lüğəti isə odur ki, sözlər tarixən işlənib, indi isə köhnəlib və tarixizmə çevrilib, dilin lüğət tərkibindən çıxıb. Təbii ki, tarixi orfoqrafiya lüğətinin hazırlanması lazımdır”.

B.Xəlilov hesab edir ki, Azərbaycan dilinin tarixi orfoqrafiya lüğətinin işlənib hazırlanması üçün böyük bir dilçi ordusu, ədəbiyyatşünaslar bu işə cəlb edilməlidir. “Bu lüğəti yaratmaq üçün ayrı-ayrı tarixi dövrlərdəki yazılı abidələrimizin, klassiklərimizin yaradıcılığının lüğət tərkibini öyrənib ortaya qoymaq lazımdır. Yeri gəlmişkən, qeyd edim ki, burada ciddi problemlər var. Bu problem ondan ibarətdir ki, ayrı-ayrı tarixi dövrdə yaşayıb-yaratmış klassiklərin dilinin lüğəti çap olunmayıb hələ. Çox arzu edərdik ki, ana dilində yazıb-yaradan klassiklərin dilinin lüğəti çap olunsun. Çünki hələ İzzəddin Həsənoğlunun, Nəsiminin, Füzulinin, Xətainin, Mirzə Fətəli Axundovun dilinin lüğəti yazılmalıdır. Deyim ki, XIX-XX əsrlərdə, eləcə də müasir dövrümüzdə yaradıcılıqla məşğul olan şair və yazıçıların da dilinin lüğətinin hzırlanması vacibdir. Niyə müasir dövrü də qeyd edirəm? Çünki müasir dövr sabah XXII əsr üçün tarixə çevriləcək. Təəssüflər olsun ki, klassiklərin, ayrı-ayrı şair və yazıçıların dilinin lüğəti çap olunmadığı üçün, Azərbaycan dilinin tarixi orfoqrafiya lüğətini yaratmaq elə də asan məsələ deyil. Ona görə də bu lüğət yoxdur. Ancaq orfoqrafiya lüğəti yaranarsa, çox maraqlı olar. Onun maraqlı tərəfindən biri də o ola bilər ki, bu orfoqrafiya lüğəti tarixilik baxımından çox əhəmiyyətlidir. Biz bununla biləcəyik ki, məsələn, XIII, XVI əsrlərdə dilçilik qaydası necə olub. O dövrdə yaşayan ədiblər o qaydaya necə əməl ediblər? Çünki klassiklərimiz qaydalar əsasında yazıblar. Bu həm də konkret tarixi dövrlərdə orfoqrafiya qaydaları haqqında geniş təsəvvür yaradır. Yəni yazı mədəniyyətimizin tarixi haqqında bizə ətraflı, obyektiv bilgi verir. Bu çox ciddi bir işdir və bir-iki adam tərəfindən həyata keçirilə bilməz. Hesab edirəm ki, bu iş Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin işidir. Hətta bu prosesə müxtəlif ali təhsil müəssisələrinin müvafiq fakültələrində çalışan alimləri də, lüğətşünasları da cəlb edib bu işi görmək olar. İnandırım sizi ki, bunun çox böyük effekti olar” - deyə B.Xəlilov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ