Polis veteranları mütəmadi olaraq gənclər və yeniyetmələrlə görüşür, tərbiyəvi və profilaktik söhbətlər və hüquqi maarifləndirmə işləri aparır, təcrübələrini bölüşür, onları maraqlandıran suallara aydınlıq gətirirlər.
İlin əvvəlindən ötən müddətdə Zaqatala Rayon Polis ŞöbəsininVeteranlar Şurasının üzvləri 35 cinayət işinin açılmasında, gənc əməkdaşların hamiçilik işində, peşə vərdişlərinin və bacarıqlarının təkmilləşməsində, təqsirləndirilən şəxslərin axtarışında yaxından iştirak ediblər. Rayonun 35 təhsil müəssisəsində keçirilmiş maarifləndirmə tədbirlərində yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsinə, zərərli vərdişlərə qarşı mübarizə üsullarına dair mövzularda çıxışlar edən veteran polislər cəmiyyətin və bugünkü gəncliyin sağlamlığının dövlətimiz üçün ən vacib amil olduğunu bildiriblər.
RPŞ rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovnik-leytenantı Azay Məmmədov bu işdə Veteranlar Şurasının üzvlərinə yaxından kömək edir, ağsaqqal həmkarlarımızın bu vacib işində onlara dəstək olur.
A.Nəcəfova DİN Mətbuat Xidmətinin əməkdaşı