Daxili işlər orqanlarında xidmət təqaüdə cıxdıqdan sonra da davam edir. Veteranlarımız paytaxtda və bölgələrdə cinayətlərin açılmasında, şəxsi heyətlə təlim-tərbiyə işinin aparılmasında, gənc əməkdaşların peşə vərdişlərinin artırılmasında öz bilik və təcrübələrini bölüşür, onlara müəyyən tövsiyələr verirlər.
Ötən 10 ay ərzində Mingəçevir ŞPŞ Veteranlar Şurasının üzvləri 112 cinayət işinin açılmasında, axtarışda olanların tutulmasında, profilaktiki uçotda olanlar tərəfindən törədilə biləcək cinayət hadisələrinin vəhüquq pozuntularının qarşısının alınmasında müvafiq köməklik göstəriblər.
Gənc nəslin sağlam mühitdə, vətənpərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən uzaq tutlması istiqamətində profilaktik xarakterli tədbirlərin keçirilməsi də daim diqqətdə saxlanıb.
Şuranın üzvləri 46 sayda məktəb və ictimai təşkilatlarda maarifləndirici çıxışlar ediblər. Müxtəlif təhsil ocaqlarında “Narkomaniyaya yox deyək”,”Erkən nigah və onun fəsadları”, “Radikal və ekstremal yönümlü dini təriqətlər və onların qanunsuz fəaliyyəti”,”Yetkinlıik yaşına çatmayanların baxımsızlığın və hüququ pozuntularının profilaktikası”,”İnsan alveri və onun qurbanları” mövzularında keçirilən maarifləndirmə tədbirlərində şagird, tələbə və ayrı-ayrı kollektivlərdə vətəndaşlar qarşısında çıxış edib, tövsiyyələrini bildiriblər.
A.NƏCƏFOVA polis polkovnik-leytenantı