şənbə günü, 14 noyabr 2026
     

“Təyyarədə”, “səhiyyədə”, “mədəniyyətdə” və s. niyə iki “y”…

Image


İsa Həbibbəyli: “Tələffüzdə qoşa “y” samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur”
Buludxan Xəlilov: “Hesab edirəm ki, bu kimi təkliflərin tətbiqinə tədricən keçməliyik”
“Biz bu vərdişi itirsək, yenidən bu sözlərin orfoqrafiyasına qayıtmalı olsaq, onda yazı sistemində...”

 

O dillər tarixin mərhələlərini adlayıb keçə bilmir ki, onların inkişafı zəif olur, işlək olmur, təkmilləşmir, zənginləşmir. Ancaq inkişaf edib təkmilləşən, zənginləşən dillər yaşayır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət dili məsələsinə yenidən baxıldı və dilimizin inkişafı, yaşaması üçün dövlət səviyyəsində tədbirlər görülməyə başladı.

Son vaxtlar ən çox gündəmə gətirilən məsələlərdən biri dildə islahatların aparılması ilə bağlı mütəxəssislərin təklifləridir. Dilçi və ədəbiyyatşünas alimlər hesab edirlər ki, müasir Azərbaycan dilində islahatlar aparılmasına ehtiyac var. Onların fikrincə, Sovet dövrü Azərbaycan dilçiliyində qəbul edilən bir sıra yazı, ifadə formaları var ki, onlar dilə ağırlıq gətirir və dəyişməsinə ciddi ehtiyac var.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli elmi məqalələrindən birində maraqlı bir təklif irəli sürüb. Akademik Həbibbəyli bildirir ki, Azərbaycan orfoqrafiyasında qoşa y samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa, bu sahədə müəyyən islahatların aparılmasına ehtiyac yaranıb.

O hesab edir ki, Azərbaycan dilində qoşa y samiti ilə olan sözlərin mütləq əksəriyyəti –iyyat, -iyyət şəkilçisi ilə düzələn alınma sözlərdən ibarətdir.

İ.Həbibbəyli bildirib ki, əsas məsələ qoşa y samiti ilə yazılan sözlərin artıq tək y səsi ilə tələffüz edilməsi faktından ibarətdir: “Müşahidələr göstərir ki, Azərbaycan dilində - iyyət şəkilçisi ilə yazılan sözlərin mütləq əksəriyyətinin artıq bir y - ilə tələffüz oldunduğu nəzərə çarpmaqdadır. Belə ki, "Orfoqrafiya lüğəti"ndə “ədəbiyyat” sözü qoşa y ilə yazılsa da, tələffüzdə artıq bir y ilə - ədəbiyat deyilir. “Maliyə” bir y ilə tələffüz olunmasına baxmayaraq, hələ də bu qəbildən olan sözlər iki yanaşı y ilə yazılır”.

İ.Həbibbəylinin sözlərinə görə, dilimiz tələffüz etibarilə daha da asanlaşmağa doğru gedir, yazımız isə hələ də keçmiş qaydalara əsaslanır. Ona görə də indiki şəraitdə qoşa y ilə yazılan sözlərin orfoqrafiyasına yenidən baxmağa xüsusi ehtiyac var: “Bu qəbildən olan sözlərin Azərbaycan dilinin qanunlarına uyğunlaşdırılması günümüzün aktual məsələlərindəndir. Xüsusilə ümumxalq danışıq dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət, ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət, şəxsiyyət, milliyyət, xasiyyətnamə, hakimiyyət, muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət, əməliyyat, riyaziyyat, nəşriyyat, mənsubiyyət, nailiyyət, əksəriyyət, ictimaiyyət tipli sözlərin yazılışında qoşa y səsinin orfoepiyasında artıq y səslərindən birinin işlənməməsi y-nın tək, ayrıca səslənməsi dilçilərimizi, orfoqrafiya qaydalarını yenidən hazırlayan alimlərimizi düşündürməlidir. Hazırda dilimizdə aktiv olan bu sözlərin - mənəviyyat, eyniyyət, ezamiyyət, əməliyyat, ətriyyat, məmnuniyyət, məzuniyyət, insaniyyət, ünsiyyət, bəşəriyyət, məcburiyyət, ictimaiyyət, cinsiyyət, davamiyyət, müdiriyyət, məhdudiyyət, hakimiyyət, məhkumiyyət, məhrəmiyyət, hürriyyət, hissiyyat, həssasiyyat, xüsusiyyət, muxtariyyət, mükəlləfiyyət, külliyyat, əksəriyyət, kəşfiyyat, keyfiyyət, qabiliyyət, məğlubiyyət, istiqlaliyyət, iqtisadiyyat, qövmiyyat, qeydiyyat, maddiyyat, mədəniyyət, mülkiyyət, məmnuniyyət, mənsubiyyət, nisbiyyət, nəşriyyat, nailiyyət, rəsmiyyət, riyaziyyat, məsuliyyət, səlahiyyət, islamiyyət, məşğuliyyət, şəxsiyyət, məşrutiyyət, təbiyyat, mövcudiyyət, müvəffəqiyyət, vəsiyyət, vəsiyyətnamə, irsiyyət, vəziyyət, ziddiyyət və s. sözlərin yazılışında və tələffüzündəki fərqləri daha aydın surətdə izləmək mümkündür”.

Alim qeyd edir ki, hazırkı şəraitdə yuxarıda qeyd edilən tipli sözlərin yazılışında tələffüzdə eyniləşdirmək üçün iki y samitindən birini atmağın zamanı çatıb. “Tələffüzdə qoşa y samitlərindən biri qaldığı üçün yazıda hər ikisini saxlamağa ehtiyac yoxdur. Qoşa yazılan iki y səsindən birinin atılması sözün mənasını dəyişmir, sadəcə olaraq, tələffüz normalarına uyğunlaşdırır. Yanaşı gələn y səslərindən birinin ixtisarı Azərbaycan dilində, kiçik də olsa, yazıda sadələşməyə doğru bir addımdır” - deyə akademik qeyd edib.

Sözsüz ki, müasir alimlər dilin ağır “yük”lərdən xilas edilməsi üçün təkliflər irəli sürürlər. Onlar Azərbaycan dilində yazı üsulunun sadələşməsinə çalışırlar.

İsa Həbibbəylinin məqaləsində irəli sürülən fikirləri şərh edən alimlər bildirirlər ki, bu gün dildə islahatların aparılması vacibdir, amma bunu birdən-birə yox, böyük maarifləndirmə işi həyata keçirməklə tətbiq etmək lazımdır.

Dövlət Dil Komissiyasının üzvü, tanınmış dilçi-alim, professor Buludxan Xəlilov bildirir ki, İ.Həbibbəylinin təklifi dəyərlidir, vacibdir, amma indiki halda onun tətbiqi müəyyən çaşqınlıq yaradar: “Bu təklifi geniş müzakirə etmək lazımdır. Bu müzakirə ona görə vacibdir ki, insanlar yazı vərdişində ədəbiyyatın iki y ilə yazılmasına adaptasiya olunublar. Biz bu vərdişi itirsək, yenidən bu sözlərin orfoqrafiyasına qayıtmalı olsaq, onda yazı sistemində böyük hərc-mərclik yaranar. Mənə elə gəlir ki, qanuniləşmiş, insanların düşüncəsində, göz yaddaşında möhürlənmiş qaydalar haqqında qərar çıxarmaqda bir az ehtiyatlı olmalıyıq. Əlbəttə, bu deyilən fikir onun üzərində qurulur ki, yazı bir az da sadələşsin. Yəni bir y ilə deyilirsə, iki y ilə niyə yazılsın? Amma düzdür, hər şeyi sadələşmək üzərinə aparmaqla insanların vərdişlərini əlindən ala bilərik. Çünki yazı təkcə ziyalı, alim üçün deyil, yazmağı bacaran hər bir insan üçündür. Biz bu məsələni ziyalılarımıza aşılaya biləcəyik. Ancaq ərizə yazmağı, protokol yazmağı, sadəcə olaraq yazıb-oxumağı bacaran sadə vətəndaşlara bunu aşılamaq üçün xeyli maarifləndirmə işi aparmaq lazımdır. Yəni bu maarifləndirici söhbətləri ortaya çıxaracaq. Bu səbəbdən də hesab edirəm ki, bu kimi təkliflərin tətbiqinə tədricən keçməliyik. Yəni buna birdən-birə keçsək, çox böyük problemlər üzə çıxacaq. Vaxtilə birdən-birə kiril əlifbasından latın qrafikasına keçdik və bu da bizim yazı vərdişlərimizin itməsinin səbəblərindən birinə çevrildi. Əlifba dəyişəndə insanların göz yaddaşı, qrafik sistemə münasibəti dəyişir. Ona görə də bu proseslərə tədricən, mərhələ-mərhələ, geniş şəkildə müzakirə edib keçməliyik. Təklifin özü yaxşıdır, amma zamanı yetişməmiş bir təklifdir. Yenə də deyirəm, orfoqrafiya qaydaları yalnız ziyalılar üçün deyil, yazmağı bacaran hər bir insan üçündür. Gərək bu qaydanı nəzərə alaq ki, orta məktəbin şagirdi də, müəllimlər də, ziyalı da, fəhlə də, jurnalist də, dilçi də bu qaydaya əməl etsin, buna hamı əməl etməlidir. Ona görə biz öz düşüncəmizlə o qaydaya əməl etməyi yox, daha aşağı təbəqənin, orta təbəqənin, şagirdlərin düşüncəsinə uyğunlaşdırmaqla, bu kimi işləri həyata keçirməliyik. Birdən-birə bu sistemə getsək, itkilərimiz olar. Çünki onsuz da dilin tətbiqində qüsurlar var”.  

Dövlət Dil Komissiyasının gələcək faəliyyəti dövründə dillə bağlı təkliflərin müzakirəyə çıxarılacağını deyən B.Xəlilov hesab edir ki, burada uğurlu nəticələr əldə ediləcək: “Bu təkliflərin hamısı Dil Komissiyası tərəfindən müzakirə edilə və bu təkliflər ali təhsil müəssisələrinə, orta məktəblərə, nazirliklərə, müxtəlif qurumlara göndərilə, onlardan rəy alına bilər. O rəyləri də alıb, geniş ictimaiyyətin müzakirəsindən sonra ümumiləşdirib, sonra qərar çıxarmaq olar. Çünki dil taleyüklü məsələdir. Mənə elə gəlir ki, bu kimi məsələlər Dövlət Dil Komissiyasının tədbirlər planında öz əksini tapmalıdır. Bu tədbirlər planı da müxtəlif yerlərdə müzakirə olunaraq qərar çıxmalıdır. Biz müzakirədən qaçmamalıyıq, cəmiyyətə açıq müzakirələrə çıxmalıyıq. Təbii ki, hər adam bu məsələdə fikir yürüdə bilməz. Elitar, peşəkar təbəqə fikir yürütməlidir və bunları ümumiləşdirib vahid rəyə gəlməliyik”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ