şənbə günü, 14 noyabr 2026
     

İslam həmrəyliyi və media...

Image


Yaşadığımız mürəkkəb kataklizmlər dövründə din faktorundan millətlərarası və dinlərarası münasibətlərdə qızışdırıcı vasitə kimi istifadə olunması əslində yeni hal olmasa da, son illərdə bu tendensiyanın daha geniş vüsət aldığı faktdır. Avropada islamofobiyanın daha qabarıq şəkildə meydana çıxması ilə “Çarli Hebdo” kimi populyar nəşrlərdə İslam müqəddəslərinin ardıcıl olaraq təhqir edilməsi, ABŞ-da sərsəm bir keşişin müqəddəs Quranı yandırması, Yaxın Şərqdə “islam dövləti” adı altında əslində İslam dininə heç bir aidiyyəti olmayan terror təşkilatının insanlığa meydan oxuması, müxtəlif iri şəhərlərdə onların vasitəsilə qanlı terror hadisələrinin törədilməsilə dünyada islamofobiyanın süni şəkildə şişirdilməsi dövrün reallıqlarıdır.

Bütün bunlar isə tarixi, coğrafi, iqtisadi, mədəni perspektiv üçün önəmli olan ümumdünya İslam birliyi və həmrəyliyi məsələsini bu günün qlobal problemlərindən biri və bəlkə də birincisi olaraq ortaya çıxarır. Lakin İslam həmrəyliyi təkcə müsəlman ölkələrinin siyasi rəhbərliyinin hansısa təşkilatlarda təmsil olunmasını deyil, bu ölkələrin, onların vətəndaşlarının ortaq müqəddəs dini dəyərləri əsas tutaraq vahid strategiya ətrafında birləşməsi zərurətini diqtə edir. Əslində, demək olar hər bir müsəlman dövlətində regional, milli, etnik, mədəni və ənənə baxımından fərqliliklər var. Lakin bu fərqliliklər həmin dövlətlərdən heç birinə özünü haqlı hesab edərək digərlərinə qarşı çıxmaq, eyni dini dəyərləri bölüşdüyü ölkələrlə münasibətləri pisləşdirmək, bəzi hallarda hətta düşmənçilik həddinə çatdırmaq səlahiyyəti vermir. Elə günümüzdə çox tez-tez belə hallara rast gəlinməsi də islam ölkələri arasında həmrəyliyin əldə olunmasını günün tələbi kimi gündəmə gətirib. Nəzərə alınsa ki, hazırda dünya əhalisinin beşdə birindən çoxunu – 23,4 %-ni (1,7 milyard nəfər) müsəlmanlar təşkil edir, bu həmrəyliyin nə qədər önəmli olduğunu əlavə şərhə ehtiyac qalmır. Lakin təbii ki, ölkələr arasında həmrəyliyə nail olunmasının ilkin şərti bu ölkələrin öncə öz daxillərindəki təriqətlərarası münasibətləri tənzimləməsindən keçir ki, Azərbaycan bu mənada bu dövlətlərə örnək rolunu oynaya bilər.

Ötən əsrin əvvəllərində bütün islam dünyasında ilk dəfə dünyəvi-demokratik respublika quruluşunu yaradan Azərbaycanda hələ o zamanlardan həmrəllik mövzusuna böyük önəm verilib. Təsadüfi deyil ki, cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətinin İstiqlal Bəyannaməsində milliyyәtindәn, mәzhәbindәn, sinfindәn, irqindәn vә cinsindәn asılı olmayaraq, öz sәrhәdlәri daxilindә yaşayan bütün vәtәndaşlara siyasi vә vәtәndaşlıq hüququ verildiyi bəyan edilib. Bununla da, multikultural və çoxkonfessiyalı məkan olaraq öz siyasi təyinatını müəyyənləşdirən Azərbaycan dünyəviliyin təkcə Qərb sivilizasiyasına məxsus olmadığını, onun mahiyyət etibarilə bütün bəşəriyyət üçün universal dəyər olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün AXC-ni özünün sələfi elan etmiş müasir Azərbaycan dövləti isə yürütdüyü balanslı siyasətlə bu dəyərə sadiq qaldığını dəfələrlə sübut edib.  Ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətin nəticəsi sayılan bu kursun özəyini isə ölkədəki istər İslam təriqətləri, istərsə də digər din mənsubları arasındakı səmimi münasibətlər, bütün inanclı kütlənin dövlətlə həmrəyliyi, islam əleyhinə aparılan qərəzli siyasətlərə qarşı birlik, İslam dininin əsl mahiyyətini göstərmək və onu müdafiə etmək sahəsində həmrəylik kimi yüksək dəyərlər təşkil edir. Bütün bunlar isə ölkədə dövlət-din münasibətlərinin yüksələn xətlə inkişaf etməsinə, qarşılıqlı inam mühitinin yaranmasına gətirir. Dediklərimizin təsdiqi olaraq son illərdə Bakının ən böyük məscidi olan Heydər məscidində İslam dini mənsublarının sünni-şiə demədən birlikdə namaz qılması ənənəsinin formalaşmasını göstərə bilərik. Elə təkcə bu ənənə təriqətlərə bölünmə üzündən fəlakətlər yaşayan Ərəb dünyasına bir barış mesajı kimi qiymətləndirilə bilər.

İnsanların dini inanclarına sayğılı münasibət ölkənin Əsas Qanununda da geniş şəkildə öz əksini tapıb.  Belə ki, ölkə Konstitusiyasında hər kəsin vicdan azadlığına malik olması konstitusion norma olaraq göstərilir. Bundan əlavə, Azərbaycan Prezidentinin ölkədəki müxtəlif dini konfessiyalara göstərdiyi həssas münasibət, onların hər birinin dini bayramlarında ölkə başçısı tərəfindən təbrik olunmaları, zaman-zaman yüksək səviyyədə qəbul edilərək problemlərini dilə gətirə bilmələri üçün yaradılan unikal şərait dediklərimizə əyani sübut sayıla bilər. Bu tendensiya özünü ölkə mətbuatında da qabarıq şəkildə göstərir. Məsələn, elə yuxarıda qeyd etdiyimiz kimi, İslam Peyğəmbərinin Qərb mətbuatında karikaturalarının yerləşdirilməsi, İslam müqəddəslərinin adına hədyanlar yazılmasına ölkə mətbuatı geniş şəkildə kəskin reaksiya nümayiş etdirsə də, istər çap, istərsə də elektron mediada buna qarşılıq olaraq xristianların inancı təhqir edilmədi. Halbuki, Azərbaycan mediası buna adekvat cavab verə bilərdi və media qarşısında bundan ötrü heç bir baryer qoyulmamışdı. Lakin burada incə nüans ondan ibarətdir ki, ölkəmizdə digər din mənsubları da yaşadığından, Avropada və ABŞ-da mənəviyyatımıza vurulan zərbəyə adekvat cavab verilməsi onların dini heysiyyətinə toxuna bilərdi. Bu addımın özü də ölkədəki sağlam tolerant mühitin, dini dözümlülüyün parlaq nümunəsi sayılmalıdır.

Bu il martn 1-də İslamabadda keçirilən İslam Əməkdaşlığı Təşkilatının (İƏT) XIII sammitindəki çıxışında Prezident İlham Əliyev İslam dünyasında həmrəylik mövzusuna toxunaraq, Azərbaycanın müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verdiyini bildirib. İslamofobiyanı dünyada ən ciddi təhlükələrdən biri adlandıran ölkə başçısı deyib ki, İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır:”Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”.

Ölkəmizdəki tolerant mühitin sədası zaman-zaman yerli medianın sərhədlərini aşaraq dünya mətbuatına da çıxıb. Eyni zamanda Bakıda IV İslam Həmrəyliyi Oyunlarının çox uğurlu şəkildə keçirilməsi, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi bütün İslam ölkələrinə həmrəyliyin, birliyin zərurət olduğunu təlqin edən önəmli mesaj rolunu oynadı. İslam Oyunları zamanı müsəlman ölkələrinin idmançılarının, onları müşayiət edən media mənsublarının Bakıda bir araya gəlməsi isə bu həmrəyliyin daha möhkəm dayaqlara söykənməsinə bir vəsilə oldu. Çünki o günlərdə tam sağlam bir rəqabət mühiti yaradılmışdı və yarışlarda iştirak edən idmançılar bir-birinin uğurlarına sevinir, müxtəlif ölkələrdən gəlmiş jurnalistlər idman arenalarında qazanılan uğurları operativ şəkildə dünyanın diqqətinə çatdırırdı. Bütün bunlar isə ünsiyyətin ən optimal yolu olaraq İslam həmrəyliyi ideyasına öz töhfəsini verməkdə idi.

Ümumiyyətlə, İslam ölkələri arasında həmrəyliyin əldə olunması istiqamətində pozitiv hadisələrin baş verməsində mətbuatın çox önəmli rol oynadığını əlavə şərhə ehtiyac yoxdur. Məhz bu səbəbdəndir ki, ötən il İslam ölkələri arasında medianın inteqrasiyası məsələsi zamanın tələbi kimi gündəmə gəldi və Azərbaycan dövləti İslam əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosiasiyasının yaradılması təşəbbüsü ilə çıxış etdi. Oktyabrın 3-də Assosiasiyanın yaradılması münasibətilə keçirilən niyyət konfransında çıxışında İƏT üzvü ölkələrin jurnalistlərini birləşdirəcək və informasiya sahəsində vahid platforma kimi çıxış edəcək Assosiasiyanın yaradılmasını təqdirəlayıq hal adlandıran Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bir neçə ildir ən müxtəlif səviyyələrdə bu məsələnin müzakirə olunduğunu deyib. Əlaqələndirilmiş medianın beynəlxalq ictimai fikrin formalaşmasında hər zaman ən təsirli vasitə olduğunu deyən Prezidentin köməkçisi bildirib ki, İslam ölkələrinin informasiya vasitələrində obyektivliyin və həmrəyliyin təmin edilməsi, bu məqsədlə KİV-in fəaliyyətinin əlaqələndirilməsi, birgə media təsisatlarının yaradılması və onların məqsədyönlü fəaliyyətinin təşkili, müsəlman dünyasının maraqları naminə dünyanın aparıcı KİV-ləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, aktual mövzularla bağlı forum və konfransların təşkili və digər bu kimi tədbirlər hazırda öz aktuallığını getdikcə artırır. Bu konekstdə Ə.Həsənov İƏT-ə üzv ölkələrin KİV-ləri arasında obyektiv informasiya mübadiləsinin genişləndirilməsinə, virtual məkanda birgə fəaliyyətin koordinasiyasına, vahid internet resurslarının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac olduğunu deyib.

PA rəsmisinin bu fikirlərini Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da bir neçə ay öncə, 22 iyul – Milli Mətbuat Günü münasibətilə Şuranın Dini Qurumlarla İş üzrə Dovlət Komitəsi ilə birgə təşkil etdiyi “İslam həmrəyliyi və media” mövzusunda konfransda çıxışında təsdiqləyib. “Azərbaycanın media modeli İslam ölkələri üçün bir örnəkdir”- deyən Şura sədri bildirib ki, yaxın vaxtlarda İslam ölkələrinin media qurumları arasında bir təşkilatın yaranması ilə bağlı qərar qəbul ediləcək. “Yəqin ki, həmin təşkilatın mərkəzi ofisi Bakıda yerləşəcək” – deyən Ə.Amaşov vurğulayıb ki, Azərbaycan istər İslam Əməkdaşlıq Təşkilatında, istərsə də digər qurumlarda islami dəyərləri daim yüksək qiymətləndirir, buna böyük önəm verir.

Hazırda Azərbaycan dövləti müsəlman ölkələrinin bir araya gəldiyi İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Bu isə müsəlman dünyası ilə əlaqələrin daha da genişləndirilməsinin Azərbaycan dövlətinin siyasi prioritetləri sırasında yer aldığından xəbər verir. Deyilənlərin təsdiqini dini dəyərlərimizə sağlam baxışları ilə seçilən  “Məşədi Dadaş” dini icmasının rəhbəri Hacı Şahin Həsənlinin mətbuata müsahibəsindəki fikirlərindən də görmək olar. İslam dünyasında məzhəb zəminində baş verən münaqişələr fonunda Azərbaycanın İslam həmrəyliyinə ciddi önəm verməsini təqdirəlayiq hal adlandıran icma sədri çox incə bir nüansa toxunaraq deyib ki, Azərbaycan nadir ölkələrdən biridir ki, tarixində məzhəb zəminində hər hansı münaqişə və ixtilaf olmayıb:”Məsələyə dövlət səviyyəsində yanaşılması və vəhdətin qabardılması isə olduqca mühüm addımdır. Dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasət prioritetlərindən biri də məhz İslam həmrəyliyidir. Hesab edirəm ki, bu gün dünyada baş verən hadisələr fonunda Azərbaycanda ənənəvi məzhəblər arasında qardaşlığın möhkəmləndirilməsi çox mühüm məsələdir. Bu, Azərbaycan üçün həm din, həm də dövlətçilik məsələsidir".

Bütün deyilənlərdən çıxış edərək, bu gün Azərbaycan dövlətinin özünün İslam dünyasında həmrəyliyin əldə olunması yönündə daşıdığı barışdırıcı missiya ilə öyünməyə tam haqqı olduğunu əminliklə söyləmək olar. Bu missiyanın uğurlu addımlarının carçısı isə hər zamankı kimi bizlər – Azərbaycan mediası olmalıdır. Bu şərəfli işdə dövlətimizə və mediamıza uğurlar diləyilə...

Samirə SƏFƏROVA
Yazı “İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ