çərşənbə günü, 30 sentyabr 2026
     

Yaddaşlarda yaşayacaq cəsur döyüşçü... - FOTO

Image


Vətənin çağırışına səs verərək, hərbi andına sadiq qalaraq, barıt qoxulu səngərlərdə dəyanətlə vuruşaraq, Azərbaycan oğlunun şərəfini ucaltmış şəhidlərimiz xalq yaddaşında əbədi yaşayacaqlar. Hər bir şəhidin döyüş yolu çətin sınaqlardan keçib. Onlar torpaqlarımızın işğalına son qoymaq üçün müharibənin bütün əziyyətlərinə ləyaqətlə dözdülər, bəzən yaralı vəziyyətdə belə, döyüşdən çəkilmədilər, döyüş əmrini, nəyin bahasına olursa-olsun, yerinə yetirməyə can atdılar, ölüm xofu qarşısında büdrəmədilər, hamımız üçün əsl qeyrət nümunəsi göstərdilər.

Daxili Qoşunların respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuları barədə bu günədək xeyli məqaləm dərc edilib. Bu mövzuda işıq üzü görmüş bir kitabın həmmüəlliflərindən biriyəm. Şəhid hərbi qulluqçularımızın döyüş yolu barədə tədqiqatlarımı davam etdirirəm. Qeyd edim ki, bir çox şəhid hərbi qulluqçularımızın döyüş yolu bu günədək mətbuatda və ya digər nəşrlərdə işıqlandırılmayıb. Bununla yanaşı, bəzi kitablarda və qəzetlərdə şəhidlər haqqında hərbçilik nöqteyi-nəzərdən qeyri-peşəkarcasına hazırlanmış yazılar da çap olunub. Hər bir şəhidin adına layiq yazının ərsəyə gəlməsi onların xatirəsinin əbədiləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ailəsinin, bütün doğmaları və dost-tanışlarının, komandirləri və döyüşçü yoldaşlarının, ümumiyyətlə, onu yaxından tanıyanların xatirələrində bir cəsur oğul yaşayır - Əliyev Emin Rafiq oğlu. O, elə oğullardan biri idi ki, el-oba qeyrətini çəkməyi bu həyatda ən uca məfhum kimi görürdü. Bu yoldan onu heç bir maneə və sədd döndərə bilməzdi.

Emin Əliyev 10 mart 1974-cü ildə Bakının Buzovna qəsəbəsində doğulub. Buzovna qədim tarixə, özünəməxsus adət-ənənələrə malik yurd yerimizdir. Qarabağ müharibəsində heç də az şəhid verməyən yaşayış məntəqələrindən biri də Buzovnadır. Emin burada böyüyüb boya-başa çatıb. Ailənin sonbeşiyi idi. Qardaşı Vüqar və o, elə bir ailə tərbiyəsi görmüşlər ki, bu, onların davranış və hərəkətlərində özünü daim müsbət cəhətdən büruzə verib. Qeyd edim ki, Eminin atası Rafiq Əliyev Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (hazırda Azərbaycan Respublikası Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. 234 və 206 saylı orta məktəblərdə idman müəllimi, Bakıda hərbi zavodda baş mühəndis, Təcrübə-sınaq zavodunda məsul vəzifədə işləyib, səhhəti ilə əlaqədar təqaüdə çıxıb. İdmanın bir neçə növü ilə məşğul olub, müvafiq mükafatlar qazanıb. İdmana olan sevgi və maraq atadan oğula da keçib. Emin əlbəyaxa döyüş növlərinə maraq göstərib, xüsusən silahsız özünümüdafiə və karate ilə məşğul olub. Daxili İşlər Nazirliyinin “Dinamo” İdman Cəmiyyətində (hazırda DİN-in İdman Cəmiyyəti) məşqlər edib, yarışlara qatılıb, idmançı kimi əzmkarlıq göstərib, uğurlara nail olub.

Eminin anası İbadət Əliyeva Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu (hazırda Bakı Slavyan Universiteti) bitirib. 125 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi, direktor müavini, 206 saylı orta məktəbdə isə direktor işləyib. Təhsil sahəsində fədakarcasına çalışıb. Hazırda təqaüddədir. Eminin hər iki valideyninin müəllim peşəsinə bağlılığı, məsul vəzifələrdə işləmələri onun həyata baxışlarına, dünyagörüşünə sözsüz ki, təsir göstərib. O, valideynlərinin cəmiyyət içərisində hörmət və nüfuzunu uca tutmağı bir övladlıq borcu bilərək, heç vaxt onları məyus etməyib.

Eminin mənəvi dünyasına nənəsi Həlilə Əliyevanın da az təsiri olmayıb. Mənəvi və dini dəyərlərimizlə bağlı düzgün təsəvvürlərinin formalaşması onun xarakterini də püxtələşdirib.

Buzovnadakı 234 saylı orta məktəbdə təhsil almış Emin burada müəllimlərinin və məktəbli yoldaşlarının hörmətini qazanıb. Məktəbin tədbirlərində fəal iştirak edib. Bütün məktəb yoldaşları kimi, o da gələcəklə bağlı planlar qurur, arzularla yaşayırdı. Orta məktəbdən sonra ali məktəbə qəbul olunmaq arzusu baş tutmayıb. Beləliklə, əmək fəaliyyətinə başlayıb. VAZ modeli avtomobillərin təmiri mərkəzində usta köməkçisi işləyib. Zəhmətdən yayınmayıb, ona həvalə olunan işi vicdanla yerinə yetirib.

E.Əliyev 1992-ci ilin iyun ayında Əzizbəyov Rayon Hərbi  Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, hərbi xidmətə yola düşməzdən əvvəl qardaşı Vüqar əsgərlikdən qayıtmışdı. Emin Vüqarın sağ-salamat evə qayıtmasına və hərbi xidmət ərəfəsində onunla görüşə bilməsinə çox sevinmişdi. Beləcə, əsgərliyə evdən nigaran qalmayaraq gedəcəyini demişdi.

Öncə Bakıdakı “N” saylı hərbi hissədə hərbi xidmətə qəbul olunub, sonra Zaqatalada yerləşən “N” saylı hərbi hissəyə göndərilib. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının əsgəri olması ilə qürur duyurdu. Hərbi xidmətinin ilk günlərindən nizam-intizamı, təlimdə fəallığı ilə fərqlənib. Xüsusən silah və sursatların xüsusiyyətlərini mükəmməl öyrənməyə çalışıb. Emin ön cəbhəyə gedəcəyi anı səbirsizliklə gözləyirdi. Nəhayət, həmin an gəlib çatdı. O, Ağdərə-Ağdam ön cəbhə zonaları ərazisində erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib.

Həmin ərəfədə Dağlıq Qarabağ və ətraf rayonların ərazisində şiddətli döyüşlər gedirdi. Xocalı, Şuşa, Laçın kimi şəhərlərimiz, bəzi mühüm yüksəkliklər düşmənin nəzarətinə keçmişdi. 1992-ci ilin yay və payız aylarında ordu və Daxili Qoşunların hərbi hissələri Ağdərə istiqamətində uğurlu döyüşlər aparmışlar. 1993-cü ilin əvvəllərindən başlayaraq isə düşmən xarici havadarlarının dəstəyi ilə torpaqlarımıza hücumlarını daha da genişləndirmişdi.1993-cü ilin birinci yarısında Ağdərənin yenidən itirilməsi, Kəlbəcərin süqutu, Ağdama təhlükənin artması, bir tərəfdən də Gəncə hadisələri nəticəsində ölkədaxili qarşıdurmaların baş verməsi ön cəbhədə vəziyyəti daha da ağırlaşdırmışdı.

Eminin “N” saylı hərbi hissənin tərkibində Ağdərə-Ağdam ön cəbhə zonalarındakı Ortakənd, Kasapet, Möhrataq (Kiçik Qarabəy), Manikli (Məlikli), Canyataq, Gülyataq, Əlimədədli, Qızılı Kəngərli, Papravənd, Qalayçılar kəndləri və ətraf yüksəkliklərdən keçən döyüş yolu mərdlik nümunəsidir. Cəsur döyüşçü kimi komandirlərin etimadını doğruldub, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı düşmənə sarsıdıcı zərbələr vurub. Məhz Emin kimi döyüşkən oğullar ön cəbhədə öz qanları və canları bahasına torpaqlarımızı müdafiə ediblər.

Emin Çingiz Bağırovun komandir olduğu taborda, Mübariz Yəhyayevin komandir olduğu bölüyün tərkibində ağır döyüşlərdən keçib. İsmayıl Misirxanov, Şahlar Allahverdiyev, Yaşar Quliyev, Vadim Kiriyev, Məhərrəm Cəfərov, Bəxtiyar Feyzullayev, Elçin Qurbanov, Eldəniz Əhmədov, Həsən Əkbərov və başqaları onun döyüşçü yoldaşları olublar.

1993-cü il iyunun 12-də Ağdamın Qalayçılar kəndinin müdafiəsi uğrunda döyüş Eminin son döyüşü oldu. Bu kənd yüksəkliklərlə əhatə olunmuşdu. Düşmən döyüş ərəfəsi kəndin ətrafında əlverişli mövqe tutmuşdu. Döyüş zamanı ermənilər bizim postları və kəndin ərazisini iriçaplı silahlardan, o cümlədən minaatanlardan şiddətli atəşə məruz qoyublar. Yerləşdiyi mövqedə qətiyyətlə vuruşan Emin mərmi partlayışı nəticəsində başının alın nahiyəsindən, döş qəfəsinin sağ tərəfindən və sağ budundan ağır yaralanaraq həlak olub. Təəssüf ki, həmin gün köməksiz qalan mövcud qüvvələrlə Qalayçıları müdafiə etmək mümkün olmayıb, kənd işğal olunub.                      

19 yaşında şəhidlik zirvəsinə ucalan əsgər E.Əliyev Buzovnada dəfn edilib. Buzovna qəsəbəsindəki 234 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə şəhidin büstü qoyulub. Büstün hazırlanmasının xərcini xeyriyyəçi Malik Atakişiyev çəkib. Şəhidin ailəsi bu xeyirxah insanın xatirəsini həmişə ehtiramla yad edir.

Şəhidin xatirəsini uca tutaraq, onun ailəsinə mənəvi dəstəyini heç zaman əsirgəməyən Qafqaz Müsəlmanları İdarəsinin qazisi, axund, hacı Soltan Əlizadənin də bu xeyirxahlığı təqdirəlayiqdir. Həmçinin, Şakir Əhmədlinin müəllifi olduğu və E.Əliyevə həsr olunan “Azadlıq pərvanəsi” kitabının işıq üzü görməsinə S.Əlizadə və “Əli ayağı” qədəmgahının mütəvvəllisi olmuş mərhum hacı Arif Niftullayev maddi dəstək veriblər.

Şəhid hərbi qulluqçumuz haqqında Tamilla Muradovanın “Buzovna şəhidləri” kitabında yazı verilib. Bununla yanaşı, Azərbaycan Respublikasının “Xatirə kitabı”nda E.Əliyev haqqında məlumat dərc edilib.

“Xalq qəzeti”, “Azərbaycan ordusu”, “Naxçıvan”, “Bakı”, “İdman” və digər qəzetlərdə şəhid haqqında yazılar çap olunub.

Məqaləni hazırlayarkən Buzovnada şəhidin ailəsinə baş çəkdim. Ünvanı tapmaqda yerli sakinlər mənə köməklik göstərdilər. Ailə üzvləri ilə söhbət zamanı Emin haqqında xeyli maraqlı məlumatlar əldə etdim. Ən çox şəhidin atası və qardaşı ilə ünsiyyətim oldu. Ailə başçısı R.Əliyevin səhhətində problemlər var, övlad itirməyin acısı sözsüz ki, izsiz qalmır. Ancaq o, iradəli insandır. Bu dərd həyat yoldaşı İ.Əliyevanın da sağlamlığına təsirsiz qalmayıb. İbadət xanım üçün oğlu barədə danışmaq çətin oldu. Ona görə də onu narahat etmək istəmədim. Rafiq müəllim dedi ki, Emin öz ailəsinin, nəslinin, el-obasının başını uca edib. Şəhidlər bütün xalqımızın ən əziz övladları kimi heç vaxt unudulmayacaqlar. Belə oğulların döyüş yolu Vətəni qoruyan gənclərə həmişə örnək olacaq.

Qeyd edim ki, Eminin babası Məmməd Qayıbxanov II Dünya müharibəsində iştirak edib. O, həmişə babası ilə qürur duyub.

Şəhidin qardaşı Vüqar Əliyev 1971-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Dövlət Xalq Təsərrüfatı İnstitutunda (hazırda Azərbaycan Respublikası Dövlət İqtisad Universiteti) ali təhsil alıb. Sovet ordusunda xidmət edib. Xəzər rayonu ərazisində Yanğından Mühafizə Xidmətində işləyib. Səhhəti ilə əlaqədar təqaüdə çıxıb. Vüqar dedi ki, qardaşının yoxluğuna heç vaxt alışa bilməyib. “Həmişə qardaşıma mənəvi ehtiyac duymuşam. O vaxt imkan verilsəydi, onun yerinə hərbi xidmətə, eləcə də müharibəyə özüm gedərdim. Emin hər bir gəncin hərbi xidmət borcunu şərəflə yerinə yetirməsini vacib sayırdı. Döyüşə də ruh yüksəkliyi ilə gedib, öz iradəsinə güvənərək düşməndən qisas almaq hissi ilə vuruşub” - Vüqar bildirdi. Vüqarın bir oğul və bir qız övladları var. Onun oğlu əmisinin adını fəxrlə daşıyır. Emin orta məktəbdə oxuyur, ailənin idman ənənələrini şərəflə davam etdirir.

Şəhid E.Əliyevin xatirəsinə Gülarə Munis qəzəl yazıb. 234 saylı orta məktəbin müəlliməsi Kəmalə Əliyeva isə Eminə şeir həsr edib. Şeirdə belə bir bənd var:

Vətəndaşlıq dərsini

Emin, biz aldıq səndən.

Şəhid ruhun önündə

Bu gün baş əyirəm mən.

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 13:16
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:04
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ