şənbə günü, 14 noyabr 2026
     

Bakı-Tiflis-Qarsla səyahət etmək istəyirsinizmi…

Image


Şeyx Əbdül Mahmudbəyov: “Ağsaqqal bir mədəniyyət adamı kimi bu qatarla səyahətə çıxmağa hazıram”
İbrahim İlyaslı: “Əlbəttə və böyük həvəslə”
Qan Turalı: “İlk fürsətdə Bakı-Qars dəmir yolundan istifadə etmək istəyirəm”
Xeyrulla Ağayev: “Dünyanın ən iri yol arteriyası kimi dövlətimin, millətimin imzasıdır bu yol”
Əli Əhmədov: “Məni bu qatarla səyahətə çıxmağa əsasən romantika cəlb edir”
Təbriz Vəfalı: “Təklif edirəm ki, BTQ ilə bir qrup jurnalistin səyahəti təşkil olunsun”

 

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin açılması Azərbaycan cəmiyyətində, sözün həqiqi mənasında, xoş bir əhval yaratdı. Xüsusən də səyahət həvəskarları bu xəttin açılmasını sevinclə qarşıladılar. Sevinməyə haqları da var. Səyahət etmək, yeni ölkələri kəşf etmək, maraqlı mənzərələrlə qarşılaşmaq, indiyə qədər gedib görmədiyin yerləri ziyarət etmək xoş bir hissdir.  Bakı-Tiflis-Qars marşrutu üzrə açılan dəmir yolu xətti insanları gözəlliklərə qovuşdurur.

İctimaiyyətdə tanınan insanlar Bakı-Tiflis-Qars qatarı ilə səyahətə çıxmaq istəyərmi?

Tanınmış ictimai xadum, kinorejissor, ssenarist Şeyx Əbdül Mahmudbəyov “Bakı-Xəbər”in sorğusuna cavab olaraq bildirdi ki, Bakı-Tiflis-Qars dəmir yolu xəttinin açılması onu çox sevindirib: “Mən böyük məmnuniyyətlə yaşımın bu çağında, ağsaqqal bir mədəniyyət adamı kimi bu qatarla səyahətə çıxmağa hazıram. Əgər sənət adamlarının, yaradıcı şəxslərin, ziyalıların, elm adamlarının iştirakı ilə Bakı-Tiflis-Qars qatarında bir təbliğat-təşviqat heyəti təşkil ediləcəksə, mənim adımı birinci yazsınlar. Çünki mən çoxdandır Bakıdan Uzaq Şərqə qədər səyahət arzusunda olmuşam. Düşünürəm ki, bu xəttin açılmasının tarixi əlaqələrin bərpası baxımından olduqca böyük əhəmiyyəti var. Allah Heydər Əliyevə rəhmət eləsin, o elə böyük genplan hazırladı ki, bu gün onun bəhrəsini görürük. Sağ olsun Prezidentimiz ki, siyasi kursu dəyişmədi və Heydər Əliyevin işlərinin miqyasını daha da genişləndirdi. Bu dəmir yolu xətti siyasi, ideoloji, strateji, tarixi əhəmiyyətə malikdir. Bu xətt dövlətləri bir-birinə yaxınlaşdırdı, mədəniyyətləri, tarixləri bir-birinə qovuşdurdu. Tarixi İpək Yolunun bərpası məni çox sevindirdi. Ermənilər bu işdən kənarda qalmalıydı, qaldı da. Onun-bunun əlində alət olan bir toplumun aqibəti belə də olmalıdır”. 

Əli Kərim adına Sumqayıt Poeziya Evinin rəhbəri, tanınmış şair, tərcüməçi İbrahim İlyaslı da Bakı-Tiflis-Qars qatarı ilə səyahətə çıxmağı ürəkdən istəyir: “Bu sualın bircə cavabı var: əlbəttə və böyük həvəslə. Əvvəla qatarla səfərə çıxmaqla bağlı bir qısa şeirimi təqdim edim:

İstənilən səfərə

qatarla çıxmağı

xoşlayıram.

Və

ürəyimcə olur

yanımda

tanışlardan

heç kimin

olmamağı…

Bəzən

adama

doğmaların

ögeyliyi qədər

ləzzət eləyir

qəribliyin doğmalığı…

Amma bu şeirdəkindən fərqli olaraq, Bakı-Tiflis-Qarsla böyük məmnunluqla mənim üçün əziz olan bir neçə dostla səfərə çıxardım...Təbii ki, biri sevdiyim aşıqlardan olmalıdır o səfərdə”.

Yazıçı-jurnalist Xeyrulla Ağayev də BTQ ilə səyahətə çıxmaq istəyindədir: “Əlbəttə,  fəxrlə bu səyahətə çıxardım, dünyanın ən iri yol arteriyası kimi dövlətimin, millətimin imzasıdır bu yol”.

Tanınmış yazar Qan Turalı (Tural Cəfərov) bizimlə söhbətində ən çox Qarsı görmək istədiyini dedi: “Ümumiyyətlə, qatarla səyahəti çox sevirəm. Mənə qatar çox qədim və çox doğma görünür. Əslində, dəmir yolunu yaşı təxminən iki yüz ildir. Bəs o niyə şüurumuzda bu qədər qədim görünür? Görünür, rus romanlarının təsiridir. İlk fürsətdə Bakı-Qars dəmir yolundan istifadə etmək istəyirəm. Həmişə Ka (Kar romanının qəhrəmanı) Almaniyadan Qarsa gəlməyəcək ki... Bir az da Azərbaycandan Qarsa gedənlər olsun”.

Tanınmış jurnalist, iqtisadiyyat üzrə ekspert Əli Əhmədov da bizimlə söhbətində bu qatarla səfərə çıxmaq istədiyini dedi: “Böyük məmnuniyyətlə səyahətə çıxaram. Məni bu qatarla səyahətə çıxmağa əsasən romantika cəlb edir, yoxsa 2 saatlıq yolu 3 günə getmək istəməzdim. Həm də məni buna səyahət həvəsi cəlb edir”.

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri və www.azim.az internet portalının baş redaktoru  Təbriz Vəfalı əvvəlcə bildirdi ki, Bakı-Tiflis-Qars dəmir yolu turizmin inkişafı baxımından həm Azərbaycan, həm də sözügedən xəttin keçdiyi ölkələr üçün çox böyük imkanlara malikdir. Digər tərəfdən, BTQ özünün siyasi çəkisinə  görə də respublikamız üçün çox dəyərlidir: “Şübhəsiz ki, xarici ölkələrin vətəndaşlarının Azərbaycana gəlməsi, belə turistlərin sayının ilbəil artması respublikamızda turizmin inkişafının sürətləndirilməsi yolu ilə dövlət büdcəmizin zənginləşdirilməsinə xidmət edəcək. Xarici ölkə vətəndaşları ölkəmizin adət-ənənələri, tarixi-mədəni və memarlıq abidələri, xüsusilə də Azərbaycan həqiqətləri barədə ətraflı məlumata malik olacaqlar. Sualınızın cavabına gəlincə, demək istəyirəm ki, istənilən xarici ölkəyə səyahətə getmək, gəzməli-görməli yerləri görmək, insanlarla təmas qurmaq, asudə vaxtı səmərəli keçirmək və s. insanların dünyagörüşünün formalaşmasında, onların intellektual səviyyəsinin təkmilləşməsində və öz fəaliyyətlərini daha yüksək səviyyədə qurmasında böyük rol oynayır. Bu baxımdan, Gürcüstan və Türkiyə boyunca keçəcək Bakı-Tiflis-Qars qatarından istifadə etməklə adıçəkilən ölkələrdə səyahətdə olmaq istərdim. Təklif edirəm ki, ölkə ictimaiyyətindən əvvəl BTQ ilə bir qrup jurnalistin səyahəti təşkil olunsun. Çünki bu səyahətdən sonra ayrı-ayrı yazılı və elektron KİV-lərin nümayəndələrinin oxuculara təqdim edəcəyi çeşidli məlumatlar, reportajlar Bakı-Tiflis-Qars haqqında Azərbaycan ərazisində müəyyən qədər informasiya bazasının formalaşmasında və cəmiyyətdə BTQ barədə müsbət fikirlərin yaranmasında əhəmiyyətli rolunu ortaya qoyacaq”. 

İradə SARIYEVA   



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ