Hər zaman müştəri məmnuniyyətini üstün tutan “Azercell Telekom” sosial şəbəkələrdə də müştərilərinə yüksək səviyyədə xidmət göstərməyə davam edir.
Təsadüfi deyil ki, məhz sosial şəbəkələrdə göstərdiyi yüksək aktiv fəaliyyətə görə şirkət dəfələrlə “Socially devoted” sertifikatına layiq görülüb. Bu ilin üçüncü rübündə də “Azercell” təmsilçiləri rəsmi “Facebook” səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandıraraq növbəti dəfə “Socially devoted” sertifikatını qazanıblar. Abunəçilər tərəfindən “Azercell” abunəçilərinə yönələn çoxsaylı suallar operativ şəkildə cavablandırılıb. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. Nəzərinizə çatdıraq ki, regionda ilk dəfə olaraq məhz “Azercell” öz “Facebook” səhifəsində Sosial Müştəri Xidmətlərini istifadəyə verib. Bu yeniliklərin tətbiqində məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Hal-hazırda “Azercell” abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: “Facebook”, “Twitter”, “Disput.Az”, “Google+”, “YouTube” və “Instagram”. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.