Bazar günü günü, 15 noyabr 2026
     

Xalqın yaddaşında yaşayacaq alim – Nisə xanım Mehdiyeva...

Image


Allah Təala bu dünyaya heç gərəksiz insan gətirmədi. Amma kim niyə gəldiyini dərk edə bildisə, gedəcəyi yolu tapdı və Uca Allahın verdiyi bir ömürlük nemətləri hədərə xərcləmədi. Kim dərk etmədisə, itirdi. Öz ağlı, düşüncəsi ilə ona bəxş olunan ömür yolunu mənalara bələyən insanlar o ömrü qazandılar. Bu qazancın nə qədər böyük olduğunu anlamaq üçün məhz mənalı bir ömür yaşamaq gərəkdir.

Hər hansı bir sahədə böyük zəhmətlər bahasına uğurlar qazanan, insanların xeyrinə gecə-gündüz çalışanların əməyini qiymətləndirmək üçün onların ömür yolunu sadəcə uzaqdan seyr etmək yox, bu ömrün bizə bəxş etdiyi və gələcək nəsillər üçün qoyub getdiyi ərmağanları incələmək, dəyərləndirmək lazımdır.

Azərbaycanın bir çox sahələri kimi, elmi də həmişə uğurlarla zəngin olub. Elmin müxtəlif sahələrində qazanılan nailiyyətlər, heç şübhəsiz, xalqın mənəvi nailiyyətidir! Bu da bir həqiqətdir ki, professor Nisə xanım Mehdiyeva bütün həyatını insanların xeyrinə elmimizin inkişafı üçün yaşamağı özünə borc bilib. O, “Mikroblar bioloji müxtəlifliyin və ekologiyanın qorunmasında əsas amildir”– deyir və belə davam edirdi: “Bu gün bioloji müxtəlifliyin və ekologiyanın qorunması və ekoloji tarazlığın bərpa edilməsi dünyada ən aktual problemlər sırasındadır. Bu problemlər inkişaf edən və ya təbii sərvətlərlə zəngin olan ölkələrdə daha çox diqqət tələb edir. Azərbaycan torpaq və iqlim şəraiti baxımından başqa ölkələrdən xeyli fərqlidir. Məhz buna görə də burada bioloji müxtəliflik daha geniş vüsət tapmalıdır. Eyni zamanda respublikanın təbii sərvəti olan neft və təbiətin ən ali məxluqu olan insan ekoloji duruma mənfi təsir göstərərək bioloji müxtəlifliyi məhdudlaşdırmaqda və onun tarazlığının pozulmasında əsas amillərdir. Qeyd etmək yerinə düşər ki, insandan başqa bütün canlıların həyat fəaliyyəti təbiətdə mövcud olan tarazlığı qorumağa yönəlib. Buna bariz misal, hansı canlı aləmə mənsub olmasından asılı olmayaraq orqanizmlər arasında mövcud olan qarşılıqlı münasibət nəticəsində ekoloji tarazlığın saxlanılmasıdır. Ekoloji tarazlığın qorunmasında makroorqanizmlərlə müqayisədə mikroorqanizmlərin rolu daha böyükdür. Onlar təbiətdə olan müxtəlif mürəkkəb üzvi materialları başqa orqanizmlər tərəfindən qida mənbəyi kimi mənimsənilə biləcək sadə birləşmələrə çevirərək onların inkişafını zəruri məcrada saxlayırlar. Azərbaycan mikrobioloqlarının apardıqları tədqiqatlar nəticəsində respublikanın mövcud ekosistemində özünəməxsus mikroorqanizm növlərinin olması aşkar edilib.

Nəzəri və praktik baxımdan böyük əhəmiyyət kəsb edən göbələklər aləmi nisbətən yaxşı öyrənilib. Elə bu səbəbdən də Azərbaycanda göbələklərdən bəhs edən mikologiya keçmiş Sovetlər ölkəsində başqa respublikalardan geridə deyildi və müəyyən istiqamətlərdə birincilər sırasında gedərək öndər rolunu oynayırdı. Aparılan tədqiqatlar nəticəsində respublika ərazisində yeraltı və yerüstü ekosistemlərdə təxminən 4 minə qədər mikroorqanizm növü aşkar edilib ki, onların da təxminən 100-ü elmdə yeni hesab olunur.

Bizə məlum olan qaynaqlardan məlumdur ki, Azərbaycanda ilk dəfə kif göbələklərindən irinli yaraların müalicəsində XII əsrdə şair Xaqaninin əmisi tərəfindən istifadə ounub, XVII əsrdə ilk dəfə yeməli göbələyi Məhəmməd Mömin təsvir edib.

Ekoloji problemlərin geniş vüsət tapdığı və bioloji müxtəlifliyin öyrənilməsi və onun qorunması qlobal məsələ sayılan çağdaş dünyamızda mikroorqanizmlərin növ müxtəlifliyinin öyrənilməsi və heç olmazsa ekoloji və praktik cəhətlərdən önəmlilərinin canlı kultura kolleksiyası şəklində saxlanması vacib məsələlər sırasında olmalıdır...”

Professor Nisə xanım Mehdiyeva respublikada mikrobiologiya problemləri üzrə Elmi Şüranın, Mikrobioloqlar Cəmiyyətinin yaranmasında böyük rol oynayıb və onun təşəbbüsü ilə yaradılan bu qurumlara rəhbərlik edib. SSRİ Elmlər Akademiyasında bir sıra tədqiqat işlərinə rəhbərlik edən alim o dövrdə ən güclü tədqiqatçı kimi tanınıb. Beynəlxalq Eko Energetika Akademiyasının akademiki seçilən Nisə xanım Mehdiyevanın respublikada və xarici ölkələrdə nəşr edilən jurnallarda onlarla məqalələri çap olunub. Dünya şöhrətli elm xadimi Nisə xanım, “Dəyərli və zülalla zəngin göbələk” başlıqlı məqaləsində belə yazıb: “Zülallar bütün orqanizmlərin həyat fəaliyyətinin əsasını təşkil edən mürəkkəb üzvi birləşmələrdir. Müxtəlif yaş və peşədən asılı olaraq yetkin insanda fizioloji proseslərin normal fəaliyyəti üçün sutka ərzində təxminən 80-100 qram zülal tələb olunur. Bu ehtiyac əsas etibarilə bitki və heyvani zülalla ödənilir. Zülalın dəyəri onun tərkibində olan amin turşularının miqdarından və çeşidindən asılıdır. Tərkibində 8 əvəzedilməz amin turşuları: triptofan, lizin, metionin, valin, leysin, izoleysin, fenilalanin, trionin olan heyvani zülal tam dəyərli zülaldır.

Hələ 1980-ci ildə FAO (Birləşmiş Millətlər Təşkilatının ərzaq və kənd təsərrüfatı federasiyası) məlumatına görə dünya əhalisinin üçdə ikisinin qidasında zülal çatışmazlığı var idi. Əgər inkişaf etmiş ölkələrdə hər adam başına 50 qram heyvani zülal düşürdüsə, iqtisadi cəhətdən geridə qalan ölkələrdə onun miqdarı 9-10 qrama bərabər idi. Bu isə insan orqanizminin fizioloji tələbatından 5-7 dəfə azdır.

Zülallı qida maddələrinə ehtiyac ildən-ilə artır. Odur ki, dünya əhalisini zülalla təmin etmək üçün qidaya yararlı yeni zülal mənbələrinin aşkar edilməsi daima günün zəruri məsələlərindən biri olaraq qalır.

Təbiətdə başqa zülali nemətlərlə yanaşı, heyvani zülalla zəngin olan göbələk növləri mövcuddur. Bu göbələyin biokimyəvi tədqiqi onun zülalda bütün əvəzedilməz amin turşularının varlığı, vitaminlərdən askorbin turşusu, biotin, riboflavin, nikotin turşusu, müxtəlif lipidlər və mineral duzlardan azot, fosfor, kalium, natrium, maqnezium, kalsium, kükürd, dəmir, manqan, mis, sink və s. elementlərin mövcudluğunu göstərmişdir.”

Görkəmli elm xadimi professor Nisa xanım “Dadlı və müalicəvi göbələk kvası” mövzusunda belə yazıb: “Canlılar aləminin həyat tərzi, ölçüsü, quruluşu və formasına görə çox müxtəlif sakinləri vardır. Onlar şərti olaraq iki aləmə bölünürlər: makroaləm – gözəgörünənlər və mikroaləm – gözəgörünməyənlər. Makroaləmə kiçik həşəratdan tutmuş ta insana qədər bütün canlılar daxildir. Bəs mikroaləmin “sakinləri” kimlərdir? Bu aləmin sakinləri mikroblardır. Mikroblar çox kiçik, mikronlarla ölçülən orqanizmlərdir. Onlar çox müxtəlif ekoloji şəraitdə yaşaya bilirlər. Buna səbəb onların çox kiçik olmalarına baxmayaraq, mürəkkəb biokimyəvi proseslərin gedişində iştirak etmək qabiliyyəti və ya proseslərin yeganə amili olmalarıdır. Onlara biz nəhəng laboratoriyalar deyə bilərik.

Bu kiçik orqanizmlərin qidalanması da çox mürəkkəbdir. Təbiətdə elə bir çətin birləşmə yoxdur ki, onlar mikrobların təsirinə məruz qalmasınlar.

Hazırda mikrobların köməyi ilə sənaye miqyasında çox qiymətli məhsullar – vitaminlər, antibiotiklər, fermentlər, amin turşuları, boy maddələri, üzvi turşular, boyalar, canlı gübrələr, müxtəlif mənşəli siloslar hasil edilir. Mikroblara bakteriyalar, şüalı göbələklər, əsl göbələklər, yosunlar, bəsit heyvanlar və s. daxildir.

Azərbaycanda nisbətən yaxşı öyrənilən göbələklər təbiətdəki ekosistemlərdə geniş yayılan, bitkilərlə heyvanlar arasında keçid təşkil edən və sayı 150 minə yaxın olan müxtəlif orqanizmlərdir. Çay göbələyi asanlıqla becərilir və inkişaf edərək olduğu mühitdə spirt, karbon qazı, müxtəlif üzvi turşular, aromatik maddələr, fermentlər və “B” qrupundan olan vitaminlər əmələ gətirir. Göbələyin inkişaf etdiyi məhlul antibiotik və ağrıkəsici xassəyə malikdir. O, qanda xolestrinin miqdarını və qan təzyiqini azaldır, mədə-bağırsaq sisteminin fəaliyyətini tənzimləyir, bakterial ishal, qastrogen enterit, yaşlılarda spastik və dizenteriya təbiətli kolitlərdə yaxşı nəticə verir. Məhluldan ateroskleroz, hipertoniya, revmakardit, poliartrit, angina və s. xəstəliklərə qarşı istifadə etmək məsləhətdir...”

Beləcə, mikologiya predmetindən, onun canlılar aləmindəki yerindən və göbələklərin özünəməxsus xüsusiyyətlərindən bəhs edən Nisə xanım Azərbaycan dilində mikologiyaya aid olan ilk kitabın müəllifidir. Bununla yanaşı görkəmli elm xadimi, indiki dəyişən dünyamızda ingilis dilinin geniş yayıldığını və bu dildə zəngin elmi və tədris qaynaqlarının olduğunu nəzərə alaraq, rusdilli və türkdilli oxucuların ingilis dilində dərc olunan mikrobioloji qaynaqlardan istifadə etməsini asanlaşdırmaq məqsədilə ilk ingiliscə-rusca-azərbaycanca lüğətini ərsəyə gətirib, insanların xeyrinə, elmimizin inkişafına xidmət edib. Onun gördüyü işlər illər keçdikcə daha da aktuallaşacaq, gərəkli olacaqdır.       

“Mikologiya müasir elmi baxışda mikrobiologiyanın digər tərkib hissələrindən fərqli olaraq çox əhatəli, rəngarəng və bugünə qədər də ziddiyyətli məsələlərə malik elmi sahədir. Mikologiya təbiətdə mövcud olan mikroorqanizmlərdən bəhs edən elmdir. Mikronlarla (1/1000 mm) ölçülən bu gözəgörünməzlər müxtəlif ekoloji şəraitdə yaşayır, öz həyat tərzləri sayəsində ən mürəkkəb biokimyəvi proseslər aparır və həm üzvi, həm də qeyri-üzvi birləşmələrin çevrilməsində müstəsna rol oynayaraq təbiətdə maddələr dövriyyəsini təmin edir. Bu elm bakteriyaları, şüalı göbələkləri, mikroskopik əsl göbələkləri, yosunları, heyvanları və s. əhatə edir”– deyirdi dünya şöhrəti qazanan, biologiya elmləri doktoru, professor Nisə xanım Mehdiyeva.

Azərbaycan Milli Elmlər Akademiyası Mikrobiologiya İnstitutunun təşkilatçısı Nisə xanım Mehdiyeva doğma dilimizdə yazılan ilk mikologiya kitabının və 130-dan artıq elmi əsərin müəllifi idi... Bu, çox-çox geniş yazıların mövzusudur!.. Ürəyimdə Beynəlxalq Eko Energetika Akademiyasının akademiki Nisə xanım Mehdiyevanın ünvanına söylənəcək bir kitablıq söz var. Böyük ləyaqət sahibi, nur daşıyıcısı idi görkəmli elm xadimi Nisə xanım. Qəlbi, əməli və insaniyyətliyi bir xəzinə olan insanların həyatından örnək götürmək gənclərə vacibdir. Yaxşılardan götürülən həyat dərsi hər kəsə bir örnək yolu olmalıdır.

Nisə xanım ləyaqətli, humanist, mehriban bir insan idi. O elə bir insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdi. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı.

Professor Nisə xanımın sözün əsl mənasında bir alim kimi qazandığı böyük uğurlar Azərbaycan elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İnsan Uca Yaradan tərəfindən maddi və mənəvi sınaqlara məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxarsa, əsl insan da odur. Tarixi şəxsiyyət Nisə xanım da həyatın bütün sınaqlarında şərəflə çıxmış bir insan idi.

Mən professor Nisə xanım Mehdiyevanın elmi fəaliyyəti haqqında yazılanlardan fərqli olaraq öz müşahidələrimi qələmə aldım. O, bir elm fədaisi kimi həmişə ucalardan uca olub. Zəhməti sevmək, insanları, Vətəni sevmək onun böyük istedadıdır. Bu da bir həqiqətdir ki, Vətəni sevənlər əbədi yaşayanlardır!

Nisə xanım Mehdiyeva unudulmaz, nümunəvi bir şəxsiyyət ömrü yaşadı. Yaşadı və bundan sonra da yaşayacaq. Hər bir millət özünün görkəmli, istedadlı şəxsiyyətləri, elm və mədəniyyət adamları ilə qürur duyur, onların xatirəsini daim əziz saxlayır. Bu baxımdan, Azəri türkü xoşbəxt sayıla bilər, çünki ölkəmiz bir çox sahələrdə istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən biri olan Nisə xanım Mehdiyevanın zəngin həyat yolu hər bir azərbaycanlıya nümunədir.  

Mənəvi dəyərləri parlaq şəxsiyyətində cəmləyən insan zamanın fövqünə qalxmağı bacarır, şərəfli yolda öz həyat idealını tapır. Məhz belə nəcib insan olan Nisə xanım Mehdiyeva milyonların qəlbində dərin ehtiramla, rəğbətlə xatırlanacaq. Ləyaqətli alim Nisə xanım oktyabr ayının 18-də bu işıqlı dünyaya gözünü yumdu, əbədiyyətə qovuşdu…

Allah rəhmət eləsin...

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ