Bazar günü günü, 15 noyabr 2026
     

Ziyalı, xeyirxah insan, fədai pedaqoq zirvəsi... - FOTO

Image


Tarix boyu müxtəlif cəmiyyətlərdə müəllim peşəsinin özünəməxsus yeri və nüfuzu olub. Bu gün də müəllimlərə ehtiram göstərilir, onlar ictimai fikirdə ziyalı, fədakar insanlar kimi təcəssüm olunurlar. Həqiqətən də müəllim əməyi ölçüyəgəlməzdir və yüksək qiymətə layiqdir. Biz həyatda qazandığımız biliklərə, bir vətəndaş kimi formalaşmağımıza görə müəllimlərimizə borcluyuq. Müəllimlər mənəvi cəhətdən işıqlı insanlardır, onların gənclərə aşıladıqları müsbət keyfiyyətlər cəmiyyətimiz üçün əvəzsiz töhfədir.

Mən müəllimlərimi həmişə xatırlayıram. Həyatımın çətin anlarında, müxtəlif sınaqlarla üzləşdikdə müəllimlərimin dəyərli öyüd-nəsihətlərini yada salaraq, gələcəyə nikbin baxmağa çalışmışam.

Bakının Səbail rayonundakı 49 nömrəli orta məktəbin məzunuyam. Bu məktəb təqdirəlayiq bir inkişaf yolu keçib, savadlı, vətənpərvər, dövlətçiliyə sədaqətli gənclər yetişdirib. Məktəb bütün dövrlərdə öz qabaqcıl müəllimləri ilə fərqlənib. Bu yazıda onlardan biri, ömrünün böyük bir hissəsini müəllim peşəsinə həsr edən, zəngin təcrübəyə malik, respublika təhsil ictimaiyyətinin yaxşı tanıdığı, hazırda təqaüddə olan Həsənova Solmaz Sərdar qızının həyat yoluna nəzər salmaq istəyirəm.

S.Həsənova 22 oktyabr 1939-cu ildə Lənkəran şəhərində dünyaya göz açıb. Bu il Solmaz müəllimənin 78 yaşı tamam olur. O, mehriban, qayğıkeş, çoxuşaqlı bir ailədə böyüyüb. Atası S.Həsənov polis orqanlarında işləyib. Anası Qıztamam Həsənova da zəhmətkeş və xeyirxah qadın olub. Onlar övladlarını vətənpərvər ruhda, öz işində məsuliyyətli olmaq, insanlara yaxşılıq etmək, cəmiyyətə fayda vermək məsləyi ilə tərbiyə etmişlər.

S.Həsənova Lənkəran şəhərindəki 4 saylı orta məktəbi 1957-ci ildə bitirib. Orta məktəbdən sonra böyük övlad kimi ailəyə maddi dəstək olmaq üçün əmək fəaliyyətinə başlayıb. Bir müddət mühasibatlıqda işləyib. Sonra ona 7 saylı orta məktəbdə pioner baş dəstə rəhbəri vəzifəsi etibar olunub.

1959-cu ilin oktyabr ayından S.Həsənova pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətini Bakıdakı 49 saylı orta məktəbdə davam etdirib. Elə həmin vaxtdan təqaüdə çıxdığı 2011-ci ilə qədər – uzun illər bu məktəbdə çalışıb.

1960-1966-cı illərdə M.F.Axundov adına Pedaqoji İnstitutunda (hazırda Slavyan Universiteti) Rus dili fakültəsində ali təhsil alıb.

Onun təşkilatçılıq qabiliyyəti, ictimai işdə yüksək bacarığı, intellektual səviyyəsi, prinsipiallığı, məktəb kollektivində nüfuzu nəzərə alınaraq, məsul vəzifələrə irəli çəkilib. Belə ki, 49 saylı orta məktəb direktorunun müavini və 1979-1983-cü illərdə məktəbin direktoru vəzifələrinə təyin olunub.

1983-cü ildən isə o, məktəbdə müəllimə kimi fəaliyyət göstərib, rus dili fənni üzrə çalışaraq, peşəkarlıq zirvəsinə ucalıb. Onun şagirdləri rus dili üzrə olimpiadalarda dəfələrlə 1-ci yeri tutublar. O, uzun illər məktəbin yerləşdiyi rayon üzrə ştatdankənar metodist, rus dili müəllimlərinin metodiki birliyinin rəhbəri olub. “Metodist-müəllim” adı verilən Solmaz xanımın tədris xarakterli məqalələri “Azərbaycanda rus dili və ədəbiyyatı“ jurnalında dərc edilib.

Onun pedaqoji iş səriştəsi, çoxşaxəli ictimai fəaliyyəti bir çox müəllimlərə örnək olub. Dəfələrlə fəxri fərman, diplom və döş nişanları ilə mükafatlandırılıb. “Əmək fədakarlığına görə” medalına layiq  görülüb. “Əmək veteranı” fəxri adını daşıyır.

S.Həsənovanın pedaqoq kimi istər sovet, istərsə də müstəqillik dövründə fəaliyyətini xarakterizə etdikdə onun əsl təhsil fədaisi olduğunu vurğulamaq yerinə düşər. O, həmişə şagirdlərini öz övladı bilib, onların nəinki biliklərə yiyələnməsinə, eləcə də düzgün tərbiyə olunmasına xüsusi diqqət yetirib. Bu gün onu minnətdarlıq hissi ilə xatırlayan, adını uca tutan on minlərlə keçmiş  şagirdi var. Hansı ki, həmin məzunlar nəinki respublikamızda, habelə dünyanın müxtəlif ölkələrində yaşayırlar.

S.Həsənova cəsarətli, obyektiv və ədalətli pedaqoq kimi tanınıb. Haqsızlığa məruz qalanı müdafiə etməkdən çəkinməyib. Həmişə biliyə qiymət verib, sadəliyi, təvazökarlığı, qeyri-adi təmkini, qayğıkeşliyi ilə seçilib. O, həmişə şagirdlərinə kitab alıb bağışlayırdı, bizi çoxlu mütaliə etməyə həvəsləndirirdi.

Solmaz xanımla bağlı bir epizodu bu məqalədə xüsusi olaraq qeyd etmək istəyirəm. Ötən əsrin 80-ci illərinin sonu respublikamızda ictimai-siyasi vəziyyət gərgin idi. Dağlıq Qarabağda erməni separatçıları baş qaldırmışdılar. Paytaxtda və rayonlarda buna qarşı nümayişlər olurdu. Məktəbdə bu hadisələr barədə söhbət düşəndə Solmaz müəllimə açıq şəkildə  SSRİ rəhbərliyinin ünvanına ittihamlar səsləndirirdi. Beynəlmiləl, sovet hərbçilərinin övladlarının oxuduğu məktəbdə belə cəsarətli mövqe bildirmək asan deyildi.

Bir dəfə yaxınlıqdakı hərbi qərargahdan bir qrup hərbçi yanlış məlumat əsasında məktəbimizə daxil olaraq Azərbaycan sektorunun 10-cu sinfində oxuyan oğlan şagirdləri özləri ilə aparmaq istəyirdilər. Həmin anda bunun qarşısını öz qətiyyəti və tutarlı arqumentləri ilə alan S.Həsənova, habelə ona dəstək verən digər müəllimlərimizin belə mövqeyi sovet hərbçilərinin məktəbi tərk etməsi ilə nəticələnmişdi.

Mən Qarabağ müharibəsində olarkən evimizdə telefon yox idi. Cəbhə zonasında yerləşən ayrı-ayrı rayon poçtlarından Solmaz müəllimənin evinə zəng vururdum və ondan valideynlərimə sağ-salamat olmağımı çatdırmasını xahiş edirdim. O, mənim hər zəngimdən sonra bu xəbəri gəlib ailəmizə çatdırırdı. Onun belə xeyirxah addımlarını sadalamaqla bitməz.

S.Həsənovanın pedaqoq olaraq uğurlu fəaliyyətində qeyri-adi hafizəsi, əməksevərliyi, öz üzərində daim çalışması kimi fərdi keyfiyyətlərinin də az rolu olmayıb. Pedaqoq olaraq, 67 yaşında Azərbaycan Dillər Universitetində müvafiq ixtisasdəyişmə kursunu bitirərək ingilis dili fənni üzrə də şagirdlərə dərs keçib.

Solmaz müəllimənin pedaqoq kimi keçdiyi şərəfli yol həyatını bu peşəyə bağlamaq istəyənlər və bu gün təhsil sahəsində çalışan kadrlar üçün qürur doğuracaq nümunədir. 78 yaşının tamam olması münasibətilə S.Həsənovanı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı arzulayıram.

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ