Bakı Şəhər Baş Polis İdarəsinin Veteranlar Şurası ərazi polis orqanlarının şəxsi heyətli ilə sıx təmasda olur, gənc əməkdaşlarla mütəmadi görüşür, onlara öz məsləhətlərini və tövsiyələrini verir.
Cari ilin 9 ayı ərzində Bakı Şəhər Baş Polis İdarəsinin və tabeli orqanların veteran şuralarının üzvləri müxtəlif təhsil müssisələrində, həmçinin ayrı-ayrı kollektivlərdə ümumilikdə 747 görüş keçirib. Bu tədbirlərdə onlar çıxış edərək gənclərin vətənpərvər ruhda böyümələri, dövlət və dövlətçiliyə sədaqət hisslərinin foramalaşdırılması, zərərli vərdişlərə, narkomaniyaya və radikal dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədilə maarifləndirici söhbətlər aparıb, tövsiyələrini veriblər.
İctimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə də veteranlar öz səylərini əsirgəməyib. Bunu statistik rəqəmlər də təsdiq edir. Belə ki, göstərilən dövr ərzində polis veteranları paytaxt ərazisində 610 cinayətin açılmasında yaxından iştirak ediblər.
Səmərəli fəaliyyətlərinə görə veteranlardan bir neçəsi DİN və Bakı ŞBPİ-nin rəhbərliyi tərəfindən mükafatlandırılıb.
Zeyni Hüseynov DİN mətbuat xidmətinin əməkdaşı