Bazar günü günü, 15 noyabr 2026
     

“Xatirə Kitabı” redaksiyasının baş redaktoru “Həzi Aslanov” yubiley medalı və Rusiyanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif edilib...

Image


Nəzakət Məmmədova: “Hər iki təltif mənim üçün gözlənilməz oldu”

“Xatirə Kitabı”nın 16-cı cildi  dekabrda çap olunacaq”

 

Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan Respublikası Veteranlar Təşkilatı tərəfindən “Həzi Aslanov” yubiley medalına layiq görülüb. N.Məmmədova eyni zamanda Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif edilib.

N.Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə nüfuzlu medala və döş nişanına layiq görülməsi onun üçün qürurverici bir hadisədir. “Hər iki təltif mənim üçün gözlənilməz oldu. Bu təltiflər mənə xoş hisslər yaşatdı. Məni bu medala və döş nişanına layiq görənlərə təşəkkür edirəm. Əlbəttə, bir qadının, zərif cinsin nümayəndəsinin gündəlik işi şəhidlərin yarımçıq qalan ömür yollarını əbədiləşdirməklə, onların xatirələrini yaşatmaqla, şəhid ailələrilə çoxsaylı görüşlər keçirməklə, onları hər gün dinləməklə, ağrılarını ağrısı kimi yaşamaqla keçir. Bu ağır iş olsa da, şərəfli işdir. Şəhidlərimzin, müharibədə həlak olan insanların xatirəsini əbədiləşdirmək, onların ailələrinə təsəlli vermək çox vacib işdir” - deyə N.Məmmədova bildirdi. 

N.Məmmədovanın bildirdiyinə görə, bir neçə gün əvvəl Azərbaycan Respublikası Veteranlar Təşkilatının təşkilatçılığı ilə, faşizm üzərində qələbənin 75 illiyinə hazırlıq məqsədilə, 20 dövlətdən gələn nümayəndələrin iştirakı ilə “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans keçirilib: “Bakıda keçirilən bu beynəlxalq konfransda 20 ölkədən nümayəndələr iştirak edirdi. Bu konfrans çərçivəsində mənimlə yanaşı, xaricdən gələn nümayəndələr arasında təltif edilənlər oldu. Həmçinin mənə “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişan təqdim edildi. Faşizm üzərində qələbənin 75 illiyinə hazırlıq gedir. Bu konfransın ardı İkinci Dünya Müharibəsinin izi keçmiş ölkələrdə davam etdiriləcək. Deyim ki, konfransda Krasnodarın Abinski rayonunda 960 azərbaycanlının məzarını aşkar edən və bu barədə “Kniqa Abinskoqo rayona” nəşrində məlumat verən Andrey Trubinsın da iştirak edirdi. Bundan sonra konfransın keçiriləcəyi ölkə müəyyənləşəcək və biz də ora dəvətliyik. Bir qrup konfrans iştirakçıları Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasında da qonaq oldular. Onlar redaksiyanın şəraiti ilə, fəaliyyətimizlə, gördüyümüz işlərlə, nəşrlərimizlə, layihələrimizlə tanış oldular. 3 il əvvəl Moldovada bizim soydaşlarımızın uyuduğu məzarlıqlar aşkar edilmişdi. Həmin o məzarları üzə çıxaran Anjela Skripkaraş və Azərbaycan Respublikasının Moldovadakı sabiq səfiri, professor Namiq Əliyev redaksiyamıza gəlmişdi. Moldova “Xatirə Kitabı”nı birgə işləmişdilər, kitab 2015-ci ildə nəşr edilib. O kitab redaksiyamızdadır. Moldova Respublikası “Xatirə Kitabı” seriyasından çap olunub. Bu kitab faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı nəşr edilmişdi. Bu konfrans isə faşizm üzərində qələbənin 75 illiyi ilə bağlı olan işlərə təkan kimi başlayıb. İndi 20 ölkədə də davam etdiriləcək. Bura keçmiş Sovet İttifaqı respublikaları və Avropa dövlətləri aiddir. Bir də iki arxivdə keçiriləcək tədbir konfrans planına daxildir. Yəqin məlumatınız var, 1944-cü ildə Amerika İkinci Dünya Müharibəsində partizan hərəkatına qoşulmuşdu. Həmin dövrdə işğal olunmuş ərazilərdə olan arxivlər amerikalıların əlinə keçdi. İşğal zamanı əldə edilən arxivlərdən biri ABŞ-da, biri Almaniyada qaldı, biri isə Moskvada yerləşir.  “Xatirə Kitabı” bu arxivlər əsasında işlənir”.

N.Məmmədova qeyd etdi ki, Azərbaycan Respublikası “Xatirə Kitabı” redaksiyasının əməkdaşları adıçəkilən arxivlərə də getməyi planlaşdırırlar. Artıq arxivlərlə müqavilə imzalandığını deyən baş redaktor hesab edir ki, bu arxivlərdə olduqca ətraflı, səhih məlumatlar qorunur: “Biz müqavilələrə əsasən, o arxivlərlə əməkdaşlıq edəcəyik. Mən bu il Moskvada oldum, orada böyük bir arxiv var, “Poklonnaya qora”da yerləşir. Arxivdə oldum. O arxivdə indiyə qədər dəqiqləşdirə bilmədiyimiz, bizə məlum olmayan insanların adlarının siyahısını götürdüm. Arxivdə belə bir qayda var, nəinki həlak olmuş insanın dəfn edildiyi yer, hətta onun döyüş yolu haqqında  məlumatlar, döyüş zamanı aldığı mükafatlar, təltiflər, təşəkkürnamələr orada qorunub saxlanır. Mən Moskvadan böyük məlumatlarla qayıtmışam.

Qayıdaq konfransa, bu konfransda iki məruzəçi həmin o arxivlər haqqında geniş danışdı və onlardan da “Xatirə Kitabı” üçün böyük məlumatlar əldə etdik. Bu məlumatlar növbəti cildlərimiz üçün olduqca mükəmməl və gərəkli informasiyalardır”.        

Azərbaycan Respublikası “Xatirə Kitabı”nın 16-cı cildinin də çapa hazırlandığını deyən N.Məmmədova Y və Z hərflərini əhatə edən bu nəşrin dekabrda işıq üzü görəcəyini bildirdi: “Bu ay mənə və redaksiyamıza düşərli oldu. “Xatirə Kitabı” redaksiyası Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında diploma layiq görüldü. “Xatirə Kitabı”nın 16-cı cildinə gəlincə, deyim ki, artıq bu cild üzərində tamamlanma işləri gedir. 16-cı cild Y və Z hərflərindən ibarət olacaq. Bundan əlavə, bu ay İradə Sarıyevanın şəhid Aydın Abdullayevə həsr etdiyi “Gözlə gələcəyəm” kitabı çap olunacaq. “Xatirə Kitabı”nın 16-cı cildi isə dekabrda çap olunacaq. Burada yalnız 1941-1945-ci illər müharibəsində həlak olanlar və itkin düşənlər deyil, Əfqanıstan müharibəsində, Qarabağda, 20 Yanvarda şəhid olanlar, itkin düşənlərlə də bağlı məlumatlar var”.

İradə KÖVRƏK 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ