Bazar günü günü, 15 noyabr 2026
     

Tarix dərsliklərimizdə “erməni barmağı” nazirlikdən və Tarix İnstitutundan güclü imiş – bu da bir fakt…

Image


Faiq Ələkbər: “Bu məsələnin qarşısının alınmasının yeganə yolu ya Təhsil Nazirliyinin, ya da Akademiyanın nəzdində əlavə bir şura yaradılmasından keçir”

 

“Azərbaycan tarixi” dərsliklərinin hazırlanmasında ciddi nöqsanlara yol verildiyi açıq-aşkar göz önündədir. Necə deyərlər, görünən dağa nə bələdçi... Bəzi müəlliflər Azərbaycançılıq məfkurəsinə uyğun tarix dərslikləri yaratmaq əvəzinə, dərsliklərə dövlət maraqlarımıza, tarixi ərazilərimizə zidd olan mətnlər, məlumatlar daxil edirlər. “Azərbaycan tarixi” kimi birbaşa ideoloji siyasət, dövlətçilik maraqları ilə əlaqədar olan bir dərsliyə “erməni barmağı”nın yol açması həqiqətən də dəhşətli bir haldır.

Orta məktəblərdə tədris edilən “Azərbaycan tarixi” dərsliklərinin yazılmasının təsadüfi adamlara tapşırılmasının acı nəticələrini bu gün aydın şəkildə görürük. Təbii, bu halın qarşısı alınmasa, gələcəkdə də olduqca ağrıdıcı faktlarla qarşılaşacağıq. Rus bölmələrinin X sinif “Vseobşaya istoriya” (“Ümumi tarix”) dərsliyi ilə bağlı yaşanan xəritə qalmaqalı səngiməmiş, ortaya yeni bir problem çıxıb. Bu problem də orta ümumtəhsil məktəblərinin tarix kitabında aşkarlanan ciddi qüsurla bağlıdır. Məlumdur ki, X sinif “Vseobşaya istoriya” (“Ümumi tarix”) dərsliyi ilə bağlı məsələni əlaqədar qurumlar, daha dəqiq desək, Təhsil Nazirliyi “texniki qüsur” adlandırdı və səhvin aradan qaldırıldığını bəyan etdi. Amma heç kəs cəzalandırılmadı. Həm Təhsil Nazirliyi, həm də AMEA-nın Tarix İnstitutu növbətçi bəyanatlar yaymaqla işlərini bitmiş hesab etdilər. Halbuki, “erməni dəyirmanına su tökən” bu fakta daha sərt yanaşılmalı idi ki, başqaları bilərəkdən və ya bilməyərəkdən belə səhvlərə yol verməsinlər.

Qayıdaq mövzuya. 8-ci sinif “Azərbaycan tarixi” dərsliyində elə bir qüsur aşkarlanıb ki, adamın nitqi tutulur. Orta ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində tədris edilən bu vəsaitdə nəzərə çarpan mətnlə sizi də tanış edək: “...Azərbaycanı işğal etmək cəhdinin boşa çıxdığını görən Sultan Süleyman Səfəvilərlə danışığa başlamağı lazım bildi. 1555-ci il mayın 29-da Amasiyada Səfəvi-Osmanlı müharibələrinin birinci mərhələsini başa çatdıran sülh müqaviləsi imzalandı. Bu sülhə görə, Qərbi Gürcüstan (İmeretiya, Meqreliya və Quriya), Ermənistanın qərbi Osmanlıların, Gürcüstanın şərq vilayətləri - Mesxetiya, Kartli, Kaxetiya və Ermənistanın şərqi Səfəvilərin ixtiyarına keçdi...”.

Bu kimi ciddi nöqsanları “Azərbaycan tarixi” dərsliklərində müşahidə etmək olduqca ağırdır və təəssüf doğuran haldır. “Azərbaycan tarixi” dərsliyinə nəzarətsizlik görün hansı həddədir ki, dərsliklərimizdə açıq-aşkar erməni başlılar meydan sulayır. Belə çıxır ki, erməni təəssübkeşləri Təhsil Nazirliyi və Tarix İnstitutundan daha güclü və nüfuzludurlar ki, bu kimi hallarla rastlaşırıq. Təhsil Nazirliyi dəfələrlə bəyan edib ki, dərsliklərə nəzarət etmək səlahiyyəti yoxdur. Ekspertlər də təklif irəli sürüblər ki, nazirlik dərsliklərlə bağlı səlahiyyətlər əldə etmək üçün hökumətə müraciət etməlidir. 

8-ci sinif “Azərbaycan tarixi” dərsliyində aşkarlanan ciddi nöqsanı tənqid edən tarixçi-alim Faiq Ələkbər bizimlə söhbətində son günlər ard-arda yaşanan problemlərdən təəssüfləndiyini bildirdi: “Son illər hazırlanan “Azərbaycan tarixi” dərsliklərini araşdırsaq görərik ki, onlarda da bu kimi ciddi problemlər var. Sizin qaldırdığınız problemlə tanışam. Osmanlılar və Səfəvilər arasında bağlanan Amasiya sülh müqaviləsi ilə bağlı Ermənistanın, eyni zamanda da Gürcüstanın adının çəkilməsi dərsliyi hazırlayanların qeyri-peşəkarlığından, naşılığından da irəli gələ bilər. Məsələ burasındadır ki, bunlar “Azərbaycan tarixi” dərsliyində həmin dövrlə əlaqədar olaraq Ermənistan və Gürcüstanın adını çəkməklə şagirdlərin şüurunda dolaşıqlıqlar yaradırlar. Bilirsiniz, istər şagirdlər, istərsə də tələbələr olsun, onlar bilirlər ki, ermənilər bizim ərazilərə “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra köçürülməyə başlayıb. Yəni istər Naxçıvana, istər İrəvana, istərsə də digər torpaqlarımıza ermənilər sonradan köçürülüb. Bu böyük çaşqınlıq yaradır. Təkcə bu deyil. Eyni zamanda da Ermənistanın Albaniya ilə müharibə aparması fikrinə də rast gəlirik. Amasiya sülh müqaviləsi ilə bağlı mətndə Ermənistanın adının hallanması doğrudan da qəbuledilməz bir haldır. Söhbət hansı Ermənistandan gedir? Həmin dövrdə Ermənistan var idimi ki, bölünsün, ərazisi Osmanlılara, yaxud Səfəvilərə qalsın? Belə bir hal olmayıb. Bunların coğrafi anlamda Ərməniyyəni Ermənistanla eyniləşdirməsi, birmənalı olaraq, kökündən yanlışdır. Ərməniyyə və Ermənistan bir-birindən fərqlidir və onları qarışdırmaq olmaz. Biz Ərməniyyə adına tarixi mənbələrdə rast gəlirik. Onun necə meydana çıxması, onu hansı sülalələrin idarə etməsi, onun əhalisi məlumdur.  “Azəbaycan tarixi” dərsliyini yazanlardan böyük diqqət tələb edilir. Onlar ya qeyri-peşəkarlıqdan bu nöqsanlara yol verirlər, ya da onların arasında bilərəkdən ermənilərin xeyrinə işləyınlər də ola bilər. Bu, təxribat da ola bilər. Biz Sovetlərin mahiyyətini, ideologiyasını qəbul etməsək də, həmin dövrdə bütün dərsliklərə ideoloji nəzarət vardı”.

F.Ələkbər təklif edir ki, ya Təhsil Nazirliyinin, ya da AMEA-nın nəzdində tarix dərsliklərinə nəzarət şurası yaradılsın. Tarixçi hesab edir ki, bu şura yaradılmasa, gələcək tarix dərsliklərində bizi daha böyük problemlər gözləyir: “Bizdə indi ideoloji baxımdan dərsliklərə nəzarət yoxdur. Orta və ali məktəblər üçün yazılan tarix dərslikləri ciddi nəzarətdən keçdikdən sonra tədris edilməlidir. Mənə elə gəlir ki, tarix dərsliklərinə bəzi qurumlar barmaqarası baxırlar. Əslində, bu dərsliklər əlaqədar instituta rəyə göndərilməlidir. Hesab edirəm ki, bu sahədə boşluq var və bundan da Azərbaycan-türk düşmənləri istifadə edirlər. Həmişə içimizdə adımızı və soyadımızı daşıyan, lakin düşmənə işləyən adamlar olub. İndi onları aşkarlayıb tapmaq bəlkə bir qədər çətindir. İçəridə yerləşdirilən antitürk və anti-Azərbaycan məqsədli adamlar imkan düşən kimi dərslik və digər məsələlərə barmaq uzadırlar. Onların qarşısı vaxtında alınmasa və bu işə ciddi nəzarət olunmasa, biz gələcəkdə də bu cür problemlə rastlaşacağıq. Bu məsələnin qarşısının alınmasının yeganə yolu ya Təhsil Nazirliyinin, ya da Akademiyanın nəzdində əlavə bir şura yaradılmasından keçir. Azərbaycan tarixinə, ədəbiyyatına, dilinə və s. aid bütün dərsliklər həmin şuradan keçdikdən sonra şagird və tələbələrin ixtiyarına verilməlidir. Mill maraqlarımızla, ideologiyamızla, dövlətçiliyimizlə bağlı olan bütün dərsliklərə ciddi nəzarət olmalıdır. Belə bir şura yaradılmasa və bu işə nəzarət gücləndirilməsə, biz yenə də bu problemlə üzləşə bilərik. Yenidən tarix kitabları təftiş olunmalı, nöqsanlar aradan qaldırılmalıdır. Tarixi mənbələr, xəritələr və s. məsələlər var ki, onların hamısı ciddi təftiş edilməlidir. Bu şuranın üzvləri də elə adamlar olmalıdırlar ki, onlar bu işə ideoloji mənada ciddi yanaşsınlar. Yoxsa bizə düşmən olan bir adamı gətirib bu işin başına qoysalar, nəticəsi pis olar. Odur ki, bu məsələ ciddi nəzarətdə saxlanmalıdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ