çərşənbə günü, 30 sentyabr 2026
     

“Fəxri ad və Prezident təqaüdü almağımı televiziyadan eşitdim” - MÜSAHİBƏ

Image


“Mən hesab edirəm ki, bütün uğurlarım müəllimlərimin, o şəxsiyyətlərin mənə verdiyi təhsildən və şəxsi nümunələrdən qaynaqlanır”
“Allahımdan razılıq edirəm ki, mənə bu cür tapdığına tapınan, artıq heç nəyin iddiasında olmayan bir xasiyyət verib”

 

O işıq adamdır. Ömrün 80-nini tamamlayan görkəmli elm və təhsil xadimi, respublikanın əməkdar müəllimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, professor Əjdər Ağayev öz işıqlı ömrünü zəhmətlə, fədakarlıqla, başlıcası isə təmənnasız olaraq xalqımıza həsr edib.

80 illik yubileyi münasibətilə təhsilimiz, jurnalistikamız, ictimai fikrimiz üçün çox dəyərli şəxsiyyət olan Ə.Ağayevdən müsahibə götürdüm.

- Əjdər müəllim, 80 illik ömrünüzün çox böyük hissəsini təhsilə, gənc nəslin tərbiyəsinə, öyrətməyə həsr etmisiniz. Buna görə heç təəssüfləndinizmi?

- Qətiyyən. Deyim ki, təhsilə xidmət etməyim, bu sahəyə meyl göstərməyim bir məqsəd deyildi, bu mənim canımdan-qanımdan gəlirdi. Rəhmətlik dayım da, qardaşım Abuzər Ağayev də, onun həyat yoldaşı da müəllim idilər. Gözümü ziyalı mühitində açmışam. Mən onların timsalında müəllimlik peşəsini çətin, gərəkli və şərəfli bir iş hesab edirdim. Bu gün də o fikirdəyəm. Mən çox romantik olmuşam. Hətta elə olub ki, geoloq olmaq fikrinə düşmüşəm, jurnalist olmaq da istəmişəm. Lakin mən müəllim olmuşam və özümü müəllimlikdə tapmışam. Müəllim olmaqla bütün arzularıma çatmışam. Dağlara da çıxıb gəzmişəm, jurnalistika ilə də məşğul olmuşam, baş redaktor da işləmişəm. Bütün bunlara müəllimliyin içində nail olmuşam.

- Romantik insansınız. Belə insanlar da həmişə yeni arzular, yeni istəklər haqqında düşünür. Elə bir arzunuz oldumu ki, ona əliniz yetmədi?

- Bilirsiniz ki, arzular sonsuzdur və arzudan da arzu doğur. Mən təbiət etibarilə nəyəsə çatmaq üçün cəhd edən adam deyiləm. Yolum açıq olub həmişə. Təsəvvür edin ki, mən ömrümdə bircə dəfə ərizə vermişəm, bu da aspiranturaya qəbul olunanda. Bundan başqa, heç bir işə qəbul olunmaq üçün ərizə verməmişəm, harada işləmişəmsə, ora dəvət olunmuşam. Hətta elə olub ki, eyni zamanda işləmək üçün iki yerə dəvət edilmişəm. Bu işlərdən birini seçmişəm və daxili əmrlə qəbul ediblər, fəaliyyət göstərmişəm. Sonuncu iş yerim Bakı Mühəndislik Universitetidir, keçmiş Qafqaz Universiteti. 70 yaşımda rektor məni bu universitetə xüsusi dəvət etmişdi. Əlbəttə, həyat, fəaliyyət belədir ki, o uzanır, gedir, yeni-yeni nailiyyətlər qazanırsan. Qarşıma məqsəd qoymamışam ki, mütləq elmlər doktoru olum, professor olum, nəyəsə nail olum. Zəhmətim, qabiliyyətim məni bu yolla aparıb və Allaha şükür, hər şeyə nail olmuşam. O mənada kı, mənim yolum elm və təhsil yoludur. Təhsildə yaxşı müəllim kimi tanınmışam, elmdə elmlər doktoru olmuşam, professor elmi dərəcəsi almışam, Rusiyanın Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüyəm, Azərbaycan Respublikasının əməkdar müəllimiyəm, nəhayət, təhsildəki xidmətlərimə görə Prezidentin fərdi təqaüdçüsüyəm. İnanın ki, fəxri ad və Prezident təqaüdü almağımı televiziyadan eşitmişəm, ondan öncə xəbərim olmayıb.

- Təbii, bunlara zəhmətlə nail olmusunuz.

- Bəli. Bu mənim istəyimlə, kiməsə tapşırtmağımla olmayıb. Ona görə də mən Allahımdan çox razıyam. Mən nəyisə arzu, niyyət etmişəmsə, əlbəttə, münasib qaydada o istək qismətimə çıxıb və mən də onunla razılaşmışam. Mən bu işlərə gözlənilmədən nail olmuşam. Sonra görürəm ki, hansısa bir iş mənim istəyimə uyğun baş verib. Mən heç vaxt rəncdə olmuram. Bilirəm ki, Allahım mənim yolumu açacaq.

- Heç ağlınıza gələrdimi ki, bu qədər nailiyyətlər qazanacaqsınız, təhsilimiz üçün çox nüfuzlu, önəmli bir sima olacaqsınız?

- Ucqar bir kənddə kolxozçu ailəsində doğulan, öz zəhməti, təhsili ilə meydana çıxmış və bütün bu nailiyyətləri əldə etmiş insanam. Bilirsiniz ki, indiki şəraitdə köməksiz, təkansız, maliyyəsiz nəyəsə nail olmaq çox çətindir. Mən həyatım boyu qədirbilən insanlara, yaxşı insanlara minnətdaram. Yaxşı ki, onlar hələ də var. O qədirbilənlər həmişə qədrimi biliblər. Mənim ruhunu çox hörmətlə andığım maarif nazirimiz vardı, akademik Mehdi Mehdizadə. O məni çox böyük hörmət və ehtiramla izləyərdi. Mən bir neçə il “Azərbaycan məktəbi” jurnalının baş redaktoru oldum. Bu jurnal birbaşa onun nomenklaturası idi. O vaxtkı Mərkəzi Komitədə işləyənlər mənə sonsuz ehtiram göstərirdilər. Eləcə də ziyalılardan, elm sahəsində olan insanlardan hörmət görmüşəm. Elm sahəsində olan ziyalılarla əlaqəm var, mən onların fəaliyyətini izləyirəm. Fəxr edirəm ki, Azərbaycanın hər hansı bir sahəsi üzrə bir alimi üzə çıxır, hansısa bir nailiyyət qazanır, mən buna sevinirəm. Çünki bu, xalqımıza, elmimizə ümumi xidmətdir. Onlar yaxşı bilir ki, bu uğurlara kim sevinir, kim sevinmir. Ona görə də geniş dairədə mənə məhəbbətli, hörmətli baxış olduğuna görə narahat olmuram, digər tərəfdən də bəziləri kimi arzulamıram ki, hər gün evimdə naz-nemət olsun, Allahın verdiyi nə varsa, lap şor-çörək olarsa da, onu şükranlıqla qəbul edirəm. Həyatım boyu naşükür olmamışam. Əsas o deyil ki, nələrəsə nail olasan. Gərək tapdığını zövqlə işlədəsən, tapdığından zövq alaraq qidalanasan. Buna görə də gəlib 80-nə çatdım.

- Əjdər müəllim, Neftçala rayonunun Qırmızıkənd kəndində doğulmusunuz. Artıq ömrün səksəninə çatmısınız. Təbii ki, ömrünüzün ilk illərinə qayıdırsınız, yaşadığınız illərin xatirələrini canlandırırsınız. Ömrün müdriklik zirvəsindəsiniz. Bu anda yanınızda kimlərin olmasını istərdiniz?

-  Bizim kəndimiz Muğanın ortasında yerləşir. Uşaqlığımdan görmüşəm ki, o çox sağlam kənd olub. O kənddə insanlar bir-birinə hörmət və ehtiramla yanaşardılar. Təsəvvür edin ki, gətirib çölə bir maşın taxta, bir maşın daş tökərdilər ki, filankəs burada ev tikəcək, bir adam gözünün ucu ilə ona baxmazdı. Yadımdadır ki, kəndimizdə evlərin qıfılı olmazdı, qapılar açıq olardı. Mən belə bir tərbiyəvi mühitdə böyümüşəm və bu da mənim daxilimə sirayət edib. Rəhmətlik atam və anam namazqılan idilər və dini qaydaları mükəmməl bilirdilər. Onlar olduqca sağlam əqidəli, dürüst, heç kəsin malına baxmayan zəhmətkeş insanlar idilər və yaxşı da dolanırdılar. Atamı erkən itirdim. O vəfat edəndə 12 yaşım vardı. Böyük qardaşım Abuzər Ağayev mənə atalıq edib, böyüdüb. Mən bütün uğur və nailiyyətlərimdə istərdim ki, o mənim yanımda olsun (qəhərlənir - İ.S.). O görsün ki, zəhməti itməyib. Onun əzab-əziyyəti, yekdil tərbiyəsi, təlimi, tələbkarlığı, düzgün yol göstərməsi ilə düzgün yol keçən, inkişaf edən, adi bir kənd uşağı olan qardaşı sonradan respublika miqyaslı, hətta onun hüdudlarından kənarda da tanınan bir səviyyəyə çatıb. Mən qardaşımı istəyirəm, onu tez-tez xatırlayıram. Mənim anam şifahi xalq ədəbiyyatını mükəmməl bilirdi. Anamın söhbətləri yadıma düşür. O çox müdrik qadın idi. Hər cümləsinin yarısı atalar sözü idi. Çoxlu tövsiyələr verirdi…

- Sizin yetişməyinizdə müəllimlərinizin də xidmətləri az olmayıb. Kimləri xatırlayardınız?

- Mən o xoşbəxt insanlardanam ki, həm orta, həm də ali məktəbdə çox yaxşı müəllimlərim olub. Orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimim qardaşım Abuzər müəllim olub, riyaziyyatdan mənə onun həyat yoldaşı dərs deyib, coğrafiya müəllimim dayım olub. Çox yaxşı da müəllimlər idilər. Mən 9-10-cu sinifləri Salyanda bitirmişəm. Orada riyaziyyat müəllimim məşhur riyaziyyatçı Yunis Zərgərli idi. 

Ali məktəbə gəldikdə isə, sanki Allah ən qiymətli müəllimləri mənim oxuduğum tarix-filologiya fakültəsinə vermişdi. Allah xüsusən də filoloji sahədə ən görkəmli şəxsiyyətlərdən dərs almağı bizə qismət etdi. Məsələn, Mikayıl Rəfilini tez-tez xatırlayıram, onun haqqında böyük bir məqalə də yazmışam. Bizə dərs deyənlərdən Şıxəli Qurbanov çox məşhur adam idi. Yazıçı İsmayıl Şıxlını çox yaxşı xatırlayıram. O mənim ilk hekayələrimə qiymət verdi və ilk hekayəmin çapına da təqdimat vermişdi. İstərdim ki, onun yaradıcılığımın sonrakı dövründən də xəbəri olsun. Əkrəm Cəfərin mühazirəsinə heyran idik, sanki onun mühazirəsi poeziya ilə musiqinin qarışığı idi. Şəfiqə Axundova, Allah can sağlığı versin, xalq artisti Ağakişi Kazımov da müəllimimiz olub. Biz eksperimental qrup olduğumuz üçün bizə musiqi və teatrşünaslıq da keçirdilər. Mən hesab edirəm ki, bütün uğurlarım müəllimlərimin, o şəxsiyyətlərin mənə verdiyi təhsildən və şəxsi nümunələrdən qaynaqlanır. Təkcə təhsil hər şeyi həll etmir, şəxsi nümunə əsasdır. Hər müəllimimdən bir damla götürmüşəm, indi nitqim, yazım, çıxışım xoşa gələndə bu saf, şəffaf, mənəviyyatlı-ləyaqətli insanları, müəllimlərimi yada salıram və elə bilirəm ki, onlardan bir parça mənə hopub. Elə bilirəm ki, mən onları da yaşadıram. Mən yazılarımda, xatirələrimdə bu cür örnək insanlar olan müəllimlərimin adını çəkirəm. Akademik Mehdi Mehdizadəni tez-tez yada salıram, mənim üçün çox əzizdir. Akademik Azad Mirzəcanzadə, maestro Niyazi, bəstəkar Süleyman Ələsgərov və başqa şəxsiyyətlər var ki, onları heç vaxt unutmuram. Onların hər biri bir nümunə idi. Ömrünün son ilində maestro Niyazi ilə çox yaxın dost olmuşduq. O mənim üçün bir örnək idi. Hər dəfə evinə gedəndə nə qədər maraqlı söhbətlər edirdi. Niyazi mənə çox böyük təsir edib.

- Bu illər ərzində pedaqoji fəaliyyətlə, təlim-tərbiyə işilə, jurnalistika ilə yanaşı, həm də bədii əsərlər yazmısınız. Bu da bir alın yazısıdır. Neçə kitabınız çıxıb?

- 40-dan artıq elmi-pedaqoji kitabım, 10 bədii kitabım nəşr olunub. Uşaqlar üçün “Pişik balasının səhvi” adlı birpərdəli dram yazmışam, bu pyes Dövlət Kukla Teatrında səhnəyə qoyulub, məktəblərdə göstərilib. Yaradıcılığımdan danışanda deyərdim ki, bədii-pedaqoji, sosial sahəni əhatə etmişəm. Pedaqoji və bədii düşüncənin vəhdətindən yaranan nə varsa, bütün bunları məndə formalaşdıran adını çəkdiyim və çəkmədiyim insanlardır. Mən də onların dediklərini süngər kimi  hamısını canıma, beynimə, ruhuma çəkmişəm. Rəhmətlik Mikayıl Rəfili 53 yaşında dünyasını dəyişdi, nə olardı o mənim yaşıma qədər yaşayaydı, yaşasaydı, gör nələr edərdi. Allahımdan razılıq edirəm ki, mənə bu cür tapdığına tapınan, artıq heç nəyin iddiasında olmayan bir xasiyyət verib və həmişə də mənim başımın üstündədir. Allahımın məni ürəyinə saldığı insanlar həmişə mənə rəğbətli olub və məni tanıtmağa çalışıblar.

- Xasiyyətcə tələbkar insansınız. Bu xarakter bəzən insane mane olur. Sizə necə, mane olmayıb ki?

- Əksinə. Bəli, tələbkar insanam, sözümü açıq deyirəm, problemi düz ortaya qoyuram. Bilirlər ki, iddiam, başqa məqsədim, qərəzim yoxdur, heç bir təsir altına düşən deyiləm, sözümü hamı qəbul edir. Mən qərəzsizəm, nə deyirəmsə, inkişaf üçün deyirəm. Mən də bunu öz müəllimlərimdən, böyük insanlardan öyrənmişəm. Nəyi necə görürəmsə, nəyi bacarıramsa, nəyə nail olmuşamsa, məni Yaradana, ətrafımda olan gözəl insanlara minnətdaram.

- Sizin tam gücünüzlə meydanda olmağınızın arxasında təbii ki, ailəniz dayanır. Əgər ailədə şərait yaradılmasa, Siz özünüzü tam olaraq bu işlərə həsr edə bilməzdiniz.

- (Gülür - İ.S.) Həyat yoldaşım Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirib, biologiya müəllimi işləyib. Hazırda yaşla əlaqədar təqaüdə çıxıb. Mənim ömrüm yazı-pozu ilə keçib. Ailənin təsərrüfat qayğıları, bazarlıq, təmir qayğıları da yoldaşımla bağlı olub. Mən ev işlərindən kənar olmuşam, bütün bu işlər həyat yoldaşımın öhdəsində olub. Bu da mənə imkan verib ki, dayanmadan yazım, tədbirlərdə iştirak edim. Mən o qədər yazmışam ki, indi onları yığıb-yığışdıra bilmirəm. 7 cild “Seçilmiş pedaqoji əsərlər” çap olunub. İki cild də rus dilində nəşr etdirmişəm. Baxıram ki, bunlar hələ ələ gələnlərdir, ələ gəlməyən nə qədər yazım var. Onları yığıb-yığışdırmağa da bir ömür lazımdır. Bu qədər əsəri, yazını yazan adam üçün, əlbəttə, şərait olmalıdır. Bu şəraiti də mənə həyat yoldaşım yaradıb və evin bütün qayğılarını özü çəkib.

Övladlarımdan da çox razıyam. Böyük qızım orta məktəbi qızıl medalla, ali məktəbi fərqlənmə ilə  bitirib, tarixçidir, hazırda BDU-nun dosentidir. Ondan kiçik qızım BDU-nun biologiya fakültəsini bitirib. Sonbeşiyim Tibb Universitetini bitirib, həkimdir. Uşaqlarımın heç bir işinə görə heç kəsə ağız açmamışam və özləri oxuyublar. İndi hamısının öz ailəsi, övladları var. Övladlarımın bu cür formalaşmasında sözsüz ki, analarının verdiyi tərbiyənin rolu böyükdür. Mən buna görə həyat yoldaşıma minnətdaram.

Mən nə etmişəm? Yay aylarında hara getmişəmsə, həyat yoldaşımı və övladlarımı da özümlə aparmışam. Onlarla keçmiş SSRİ-nin bütün kurort məkanlarına getmişik. Son vaxtlar da Türkiyə və İrana getmişik. Həmişə onlarla bir yerdə olmuşuq. Ailədə imkan olmasa, hətta ruh olmasa, yaradıcı insan yazıb-yarada bilməz. Mənim ailəmdən heç bir narazılığım yoxdur.

- Arzularınız nədir?          

- Allah insana nə qədər ömür verirsə, o qədər də yaşayır. İstərdim ki, insanlar ömürlərini şərəflə, ləyaqətlə yaşasınlar. Mənim haqqımda Fərrux Rüstəmov bir yazı yazıb və “Azərbaycan müəllimi” qəzetində çap etdirib. O həmin yazıda mənəviyyat və ləyaqət məsələsini önə çəkir. Mən bununla fəxr edirəm. Çünki heç kəsin qarşısında yarınmamışam, yaltaqlıq etməmişəm, zəhmətim, biliyim və tələbkarlığımla hər şeyə nail olmuşam. Haqsızlıq görəndə səsimi qaldırmışam. Əlbəttə, bunun üçün gərək insanda mənəvi və intellekt qüvvəsi olsun, onda nail olursan. Mən insanlara bunu arzu edirəm.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ