Bazar günü günü, 15 noyabr 2026
     

Alma, xalça bayramları və Azərbaycana turist cəlbetmə potensialları…

Image


Ekspertlər maraqlı təkliflər verir…
Qiymət Məhərrəmli: “Bayramla əlaqədar olaraq Qubaya turist axınının güclənməsi təbii haldır”
Pəri Almaszadə: “Bayrama başlamamışdan bir neçə həftə əvvəl internet vasitəsilə təbliğat aparmaq lazımdır”

 

Quba Azərbaycanın həm təbiət, həm də mədəniyyət etibarilə fərqli bir diyarıdır. Əfsanəvi Quba xalçaları, qeyri-adi dada və ətrə malik Quba almaları ona xüsusi bir gözəllik gətirib. Son vaxtlar Azərbaycanın ən müxtəlif rayonlarında alma, nar, qarpız, dolma, mürəbbə və s. festivalları, bayramları keçirilir. Mövsümlə əlaqədar keçirilən bu festivallar Azərbaycana gələn turistlər üçün də hədsiz dərəcədə maraqlıdır.

Qubada “V Alma bayramı” və “I Xalça festivalı”nın açılışı olub. Xalçaçılıq və almaçılıq rayonlarından olan Quba turistlərin səfər etdiyi rayonlar sırasında ön cərgələrdə dayanır desək yanılmarıq. Gözəl Quba təbiətinin, istedadlı insanların əməyi ilə yaranan hər bir sərvət turistlər üçün maraq kəsb edir.

Qeyd edək ki, 2012-ci ildən başlayaraq hər il Qubada “Alma bayramı” keçirilir. Bu dəfə “Alma bayramı”nın 5-ci yubiley tədbiri keçirilir. Tədbir çərçivəsində rayonda ekoloji cəhətdən sağlam yetişdirilən müxtəlif alma sortlarının, digər meyvə-tərəvəz məhsullarının nümayişi ilə yanaşı, Quba rayonunun tarixi və nailiyyətlərinin təbliği, burada yaşayan azsaylı xalqaların mədəniyyətinin geniş təqdim olunması həyata keçirilir.

“V Alma bayramı” ilə paralel olaraq keçirilən “I Xalça festivalı”nda isə rayonda xalçaçılığın tarixi və inkişaf mərhələsi ilə bağlı guşələrin və Qubaya məxsus xalçaların sərgisi və satışı da həyata keçirilib.

Qeyd edək ki, turizm üçün əlverişli məkanlardan biri olan Azərbaycan Respublikası xarici turistlərin diqqət mərkəzindədir. Son illər ölkəmizə gələn turistlərin sayında böyük artım müşahidə edilir. Qubanın əsəs turizm rayonlarından biri olmasını nəzərə alaraq deməliyik ki, burada keçirilən “Alma bayramı” və “Xalça bayramı” Azərbaycana gələn turistlərə müsbət enerji verir. Əlbəttə, bizdə bu bayramların keçirilmə tarixi yeni olduğu üçün təkmilləşməyə ehtiyacı var. Sözsüz, hər dəfə bayramlar yeni formatda təqdim edilir. Qubanın almaçılıq təsərrüfatının, insan zəhməti ilə ərsəyə gələn bu gözə nemətin turistlərə təqdim edilməsi yaxşı haldır.

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli hesab edir ki, Azərbaycan təbiətinin yetişdirdiyi nemətlərin yığımının bayrama çevirilməsi olduqca müsbət haldır. Ekspertin bildirdiyinə görə, Göyçayda “Nar bayramı”nın, Sabirabadda “Qarpız bayramı”nın, Qəbələdə “Mürəbbə bayramı”nın, Qubada “Alma bayramı”nın ənənəvi olaraq keçirilməsinin müsbət cəhətlərindən biri odur ki, ölkəmizin kənd təsərrüfatının mənzərəsini xarici turistlərə təqdim edə bilirik: “Azərbaycan təbiəti o qədər zəngindir ki, o zənginlik bura gələn qonaqları anındaca cəlb edir. Son illər ölkəmizdə keçirilən meyvəçilik bayramları tarixi ənənələrə söykənir. Ümumiyyətlə, lap qədim zamanlardan Azərbaycanda məhsul bayramları keçirilib. İnsanlar öz təsərrüfatında yetişdirdiyi nemətlərin yığımını bayram ediblər. Əlbəttə, o illərdə informasiya qıtlığı sayəsində, ola bilsin, bu bayramlarda kənardan gələn adamlar iştirak etməyib, amma bütöv bir el bayramlaşıb. Sovet illərində də məhsul bayramları yüksək təntənə ilə keçirilirdi. Azərbaycanın kənd təsərrüfatı məhsulları o vaxtkı SSRİ-də sərgilənirdi.

Bu gün Azərbaycan müstəqildir və bu bayramların ideyası, məzmunu Azərbaycanı tanıtmağa, təbliğ etməyə yönəlib. Bu yaxşı haldır. Azərbaycanın hər bir bölgəsi turizm üçün əlverişlidir və turistlər mövsümlə əlaqədar olaraq bölgələri seçirlər. Qubada ənənəvi “Alma bayramı”nın keçirilməsinə gəlincə, Quba tarixdə almaçılıq bölgəsi kimi iz qoyub. Məşhur “Qubanın ağ alması” mahnısından da görünür ki, tarixən burada almaçılıq inkişaf edib. Quba xalçaları tarixdə ad qazanıb. Burada qədim zamanlardan gözəl çeşnili xalçalarımız toxunub. Bu gün Azərbaycan xalçaçılığının Quba qolu inkişaf edir. Xalçaçılıq ənənəsinə sadiq qalan qubalı analar, nənələr yenə də xalça toxuyurlar. Qubada “Xalça bayramı”nın keçirilməsi onların əl əməyinə verilən qiymətdir. Bildiyim qədər, Azərbaycanda birinci dəfədir ki, “Xalça bayramı” keçirilir. Qubalı xalçaçıların toxuduğu xalılar bu bayram çərçivəsində nümayiş olunur, hətta satışı da həyata keçirilir. Azərbaycan xalçasının təbliği baxımından çox əlamətdardır. Bayramla əlaqədar olaraq Qubaya turist axınının güclənməsi təbii haldır. Ümumiyyərtlə, turistlər bu bayramlara qatılarkən onlar meyvə yığınında iştirak etməlidir. Maraqlananlar hanada xalçaya ilmə vurmalıdır. Yəni bu onlar üçün daha maraqlı olardı. Mövsümlə bağlı keçirilən festivalların, tədbirlərin ölkəmizə gələn turist axınına güclü təsiri var. Turistlər burada həm meyvə yığımı ilə tanış olur, həm də xalçaçılıqla. Belə tədbirlərin sırası genişləndirilməlidir. Düşünürəm ki, Şəkidə də ənənəvi “İpəkçilik bayramı” keçirilsə, bu diyarın mənzərəsi tam olaraq görsənər. Bu gün Azərbaycanın müxtəlif rayonları turist axınına qucaq açır. Turistlər həm rayonları gəzir, həm yerli sənətkarların əl işləri ilə tanış olur, bu əl işlərini alır və öz ölkələrinə aparırlar. Qədim zamanlarda əcnəbi səyyahlar Azərbaycan sənətkarlarının çeşidli əl işlərini alıb aparırdılar. Bu gün dünya muzeylərində o əl işləri saxlanır. Xarici turistlərin Azərbaycandan alıb apardığı hər bir əl işi xaricdə böyük maraqla qarşılanır. Bu həm də Azərbaycanın təbliğatı deməkdir”.

Etnoqraf Pəri Almaszadənin sözlərinə görə də Azərbaycanda ənənəvi meyvə-tərəvəz, xalça bayramlarının keçirilməsi ölkəyə turist axınının güclənməsinə səbəb olur. Onun fikrincə, turistləri cəlb etməyin yollarından biri kimi ənənəvi festivalların keçirilməsi təqdirəlayiqdir: “Turist ölkəmizə ancaq gəzməyə, yeyib-içməyə gəlmir ki... Onları burada təbiətlə yanaşı, digər məsələlər də maraqlandırır. Ölkəmizə gələn turistlər yayda “Qarpız bayramı”na qatıldılar, sonra “Mürəbbə bayramı”nda iştirak etdilər. Bir neçə gün əvvəl ənənəvi “Alma bayarmı”nı izlədilər, “Xalça bayramı”nda iştirak etdilər. Bu tədbirləri elə təşkil etmək lazımdır ki, daha çox turist cəlb edə bilək. Məsələn, bayrama başlamamışdan bir neçə həftə əvvəl internet vasitəsilə təbliğat aparmaq lazımdır. Yerli turizim şirkətləri ilə danışıb bu tədbirlərə daha çox turist cəlb etməyə nail olmaq lazımdır. Turistlər bütün tədbirlərə gəlir, amma onların sayı daha çox olmalıdır. Bayramlar çərçivəsində rayonlarla əlaqədar xüsusi bukletlər çap olunub paylanmalıdır. Bütün bunlar bu bayramlara turist cəlb etməyə kömək edər. Turistlərin Azərbaycana marağı böyükdür, bu marağı daha da kütləviləşdirmək mümkündür. Bu da bayramların güclü təbliğatı, turizm şirkətlərinin bu işə cəlb edilməsindən keçir. Hesab edirəm ki, ilbəil bayramların təşkili daha da təkmilləşəcək və beynəlxaql aləmin marağında olacaq”.  

Ekspertlər hesab edirlər ki, bayramların daha genişmiqyaslı və təntənəli keçirilməsi üçün turizm şirkətlərinin bu işə cəlb edilməsi vacib məsələdir. Onların sözlərinə görə, turizm şirkətləri bayrama qatılır, amma onların sayı daha çox olmalıdır ki, lazımi nəticə əldə edə bilək. Azərbaycan təbiətinin zənginliyini bütün dünyada təbliğ etməyin əsas yollarından biri kimi turistlərin ölkəmizə axın etməsinin daha da gücləndirilməsini önə çəkən ekspertlər hesab edirlər ki, rayonlarda turistlərin istirahəti, qalması üçün münbit şərait var.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ