Bazar günü günü, 15 noyabr 2026
     

Məktəb dərsliklərimizdə rəzalət - “Böyük Ermənistan qondarması”…

Image


Nadir İsrafilov: “Anlaya bilmirəm ki, bu qədər mərhələdən keçən dərslikdə niyə belə bir qüsur olsun?”
“Dərsliklərdə kifayət qədər qüsur, nöqsan var ki, bunu da “texniki səhv” kimi qələmə vermək absurd bir şeydir”
Zaur Əliyev: “Bu səhv təkcə müəlliflərin deyil, bu gün bizdə elmə ciddi yanaşmayanların günahıdır”

 

Dərslik siyasəti ölkənin strateji məsələlərindən biridir. Bunu dərslik müəllifləri nəzərə almalıdır. Ancaq təəssüf ki, son illər yazılan dərsliklərdə kifayət qədər nöqsanlar, siyasi-ideoloji problemlər müşahidə edilir. Sanki bu adamlar Azərbaycan dövlətinin yürütdüyü təhsil siyasətindən xəbərsizdirlər. Bəzi dərslik müəlliflərində məsuliyyət hissinin zəifliyi nəticəsində dərsliklərdə nöqsanlara yol verilir.

Xüsusi diqqət tələb edən və dövlətçiliyə, milli şüurun formalaşmasına xidmət etməli olan “Azərbaycan tarixi” dərsliklərində müşahidə edilən bəzi nöqsanlar artıq ziyalılar, ictimaiyyət tərəfindən ciddi şəkildə tənqid olunur. Bu günlərdə mətbuatda X sinif rus bölməsi üçün hazırlanan tarix dərsliyində Azərbaycan xəritəsinin Ermənistanın daxilində göstərilməsi faktı ilə bağlı məlumat yayıldı. Qeyd edək ki, sözügedən xəritənin ermənilərin xülyası olan “Böyük Ermənistan” xəritəsi olduğu bildirilir.

Azərbaycan X sinif “Vseobşaya istoriya” dərsliyində “Böyük Ermənistan” xəritəsinin yerləşdirilməsi həqiqətən də qəbuledilən hal deyil.

Yeri gəlmişkən qeyd edək ki, bir neçə il əvvəl yenə də rus bölməsi üçün yazılan tarix dərsliyində olduqca böyük nöqsana yol verilmişdi. “Bakı-Xəbər” qəzeti olaraq bu məsələni araşdırmışdıq. Araşdırma zamanı dərslikdə yer alan IV əsrdə baş verən Bizans-Sasani müharibəsindən bəhs edən mətndə göstərilirdi ki, həmin dövrdə bu müharibə nəticəsində “Ermənistan” iki yerə parçalanıb və onun bir hissəsi İranın tərkibində qalıb. Həqiqətən də “Azərbaycan tarixi” dərsliyində belə bir cümlənin yer alması dəhşətli bir mənzərə idi. Axtarsaq, belə siyasi-ideoloji xətalara başqa dərsliklərdə də rast gələ bilərik. İllər əvvəl baş verən bu neqativ halın bu gün oxşarını müşahidə etmək haqlı narazılıq doğurur.  

“Böyük Ermənistan” xəritəsinin çap olunduğu X sinif “Vseobşaya istoriya” dərsliyinin  həmmüəlliflərindən biri Kamran Əsədov mətbauta açıqlama verərək məsələyə aydınlıq gətirib: “Bu il ilk dəfə olaraq X siniflər üçün hazırlanan dərsliklər kurikulum standartlarına uyğun olaraq yazılıb. Buradakı materiallar da bu səbəbdən əvvəlkilərdən fərqli olmalı idi. Çünki 2008-2009-cu illərdə qəbul olunan standartlara görə tədris proqramı IX sinifdə başa çatmalı, X-XI siniflərdə isə aşağı siniflərdə keçirilən mövzular istifadə edilməmiş materiallar əsasında daha dərin bir şəkildə tədris olunmalıdır. İnsanın olduğu istənilən işdə nöqsan ola bilər, amma o qüsur əsas odur ki, milli, ideoloji və siyasi olmasın. Artıq neçə gündür ki, sosial şəbəkələrdə yalnız və yalnız rus bölməsi üçün tərtib olunan “Ümumi tarix” kitabının 32-ci səhifəsində, yəni Roma mövzusunda Romanın e.ə. II əsr və bizim eranın II əsrinə aid dövrü əhatə edən xəritəsi paylaşılır ki, həmin xəritədə Ermənistanın da adı var.

Təəssüf ki, bəzi tarixdən xəbəri olmayanlar, amma hər hansısa bir məsələdən özünün siyasi ambisiyası üçün istifadə edənlər qeyd edirlər ki, burada söhbət indiki Ermənistanın dediyi “dənizdən-dənizə” xəritəsi göstərilib. O insanların heç birinin tarixdən xəbəri yoxdur, həmin insanlar sabun köpüyüdürlər və onlar Azərbaycan dövlətçiliyinin düşmənləridirlər. Çünki 7 cildlik Azərbaycan tarixinin I cildində, həmçinin, VII sinif “Azərbaycan tarixi” dərsliyində qeyd olunub ki, e.ə. 66-65-ci illərdə Roma sərkərdəsi Pompeyin yürüşü vaxtı, həmçinin, e.ə. 20-ci ildə romalılar bu əraziləri özlərinə tabe ediblər. Həmin mövzuda da heç kimin xəbəri olmadan yalnız xəritəni götürürlər ki, orada Ermənistan adı var. Bilirsiniz, qısa müddətdə ortaya çıxan dərslikdə müəyyən texniki qüsurlar ola bilər. Təbii ki, bu, xoşagələn hal deyil, amma oradakı məsələ heç də savadsız şəxslərin qeyd etdiyi “dənizdən-dənizə Ermənistan” deyil, Romanın xəritəsidir”.

Qeyd edək ki, analoji hadisə ilə bağlı Təhsil Nazirliyi açıqlama yayıb. Nazirlikdən

orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunmasına münasibət bildirərək deyiblər ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib: “Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib. Tədris rus dilində aparılan ümumtəhsil müəssisələri üçün yeni çap olunmuş X sinif “Vseobşaya istoriya” dərsliyinin yenilənmiş tirajı şagirdlərə paylanıb”.

Qurumdan bildirilib ki, X sinif “Vseobşaya istoriya” dərsliyinin orijinal Azərbaycan və gürcü dilində tərcümə variantlarından fərqli olaraq, qədim Roma imperiyasının xəritə toponimləri rus dilində olan variantda düzgün verilməyib: “Qeyd olunan dərslikdəki texniki səhvlə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Təhsil Nazirliyinin rəhbərliyi Bəhlul Hüseynovu qəbul edib və ona əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyi üçün təşəkkürünü bildirib”.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Ekspertlər hesab edirlər ki, dəsrliklərə, xüsusən də tarix dərsliyinə nəzarət mexanizmi formalaşdırılmalıdır. Onların fikrincə, dərslik hazırlanması işində Təhsil Nazirliyinin kənarda qalması və bu işin orta məktəb müəllimləri və naşirlərin öhdəsinə buraxılması səbəbindən sözügedən hallar müşahidə edilir.

Təhsil eksperti Nadir İsrafilov bizimlə söhbətində bildirdi ki, dəsrlik siyasəti hədsiz həssaslıq, dəqiqlik tələb etdiyi üçün, bu sahəyə nəzarət edilməlidir. O bildirdi ki, Sovet dövründə dərslik hazırlanması üçün xüsusi institut fəaliyyət göstərirdi. “SSRİ dövründə Moskvada Pedaqoji Elmlər Akademiyası fəaliyyət göstərirdi və onun 17 institutu vardı. Ona müvafiq olaraq Azərbaycanda da Azərbaycan Təhsil Nazirliyinin Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu yaradılmışdı. Həmin institutda bilavasitə tədrislə bağlı proqramlar, dərsliklər, elmi-metodik tövsiyələr və s. hazırlanırdı. Həmin institutun əməkdaşlarının böyük əksəriyyəti dərslik müəllifləri idi. O vaxt dəqiq elmlərlə bağlı dərsliklər Moskvada hazırlanıb Azərbaycan dilinə tərcümə olunurdu. Amma “Azərbaycan tarixi”, “Azərbaycan coğrafiyası”, “Ədəbiyyat”, “Əlifba”  və s. dərsliklər isə Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanırdı. Dərslik hazlananda onun müəlliflərindən biri mütləq elm adamı olmalı idi və təbii ki, dərsliklərin yazılmasına orta məktəb müəllimlərini də cəlb edirdilər. Bu, dərsliyin dili, üslubu üçün lazım idi. Azərbaycan müstəqillik əldə etdikdən sonra dərsliklərə yeni baxış yarandı, dərsliklər, bir növ, Təhsil Nazirliyinin nəzarətindən çıxdı. Yəni dərslik yazılışı tender vasitəsilə həyata keçirilməyə başlandı. İxtisasından asılı olmayaraq, kim dərslik yazıbsa, onun dərsliyi tenderdə iştirak edir və tenderdə qalib gələn dərslik nəşr olunur. Söhbət yalnız tarix dəsrliyindən getmir, ümumiyyətlə, dərsliklərdə çox ciddi nöqsanlar var. Məsələn, deyək ki, ibtidai siniflər üçün riyaziyyat dərsliyini yazan mühəndisdir, yaxud başqa bir dərsliyi yazan tamam başqa bir sahənin adamıdır. Bu bir problem. Tenderə üç dərslik təqdim edilirsə, bunun içindən biri seçilərək çap olunur. Problemin ikinci tərəfi ondan ibarətdir ki, bəzən tender élan edilir və ora cəmi bir dəsrlik təqdim edilir, dərsliyin alternativi olmadığı üçün o seçilir”.

N.İsrafilov qeyd etdi ki, dəfələrlə Təhsil Nazirliyi bu məsələnin üzərində dayanıb və dərsliklərin mükəmməl olmasına nail olmaq istəyib. Onun sözlərinə görə, dərsliklərdəki qüsurlar yalnız mütəxəssislər tərəfindən deyil, valideynlər tərəfindən də aşkarlanır: “Bu dərsliklər tender vasitəsilə çap olunsa da, Təhsil Nazirliyinin dərslikləri Qiymətləndirmə Şurası var. Dərsliyi kimin yazmasından asılı olmayaraq, şura dərsliyi ciddi yoxlamalıdır. Deyək ki, nöqsanlar müəlliflərin, naşirlərin gözündən qaça bilər, amma şuranın gözündən qaçmalı deyil. Dərslikləri Qiymətləndirmə Şurasının iki il əvvəl yeni tərkibi formalaşdırıldı. Anlaya bilmirəm ki, bu qədər mərhələdən keçən dərslikdə niyə belə bir qüsur olsun? Hesab edirəm ki, dərslik məsələsinə ciddi fikir verilməlidir. Dərsliklərdə kifayət qədər qüsur, nöqsan var ki, bunu da “texniki səhv” kimi qələmə vermək absurd bir şeydir. Texniki səhv o ola bilər ki, hansısa bir hərf düşsün, söz səhv getsin, yoxsa bir xəritəni gətir qoy dərsliyə, sonra da ona “texniki səhv” de. Belə olmaz. Bu çox ciddi məsələdir. Düşünürəm ki, bu hadisədən sonra dərslik məsələsinə diqqət bir az da gücləndiriləcək. Çünki dərslikdə nöqsan olmalı deyil, o milli-ideoloji məsələdir. Biz onunla şüurlu vətəndaşlar yetişdiririk. Belə kobud səhvlər şübhəsiz ki, təhslilimizə başucalığı gətirən bir hal deyil”. 

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, tarixçi Zaur Əliyev bu barədə bizimlə söhbətində qeyd etdi ki, aşkarlanan nöqsanlar yolverilməzdir: “Tarix elmi dəqiq deyil. Hər bir dövlət öz tarixini özünə uyğun yazır. Lakin elə real faktlar var ki, onu gizlətmək mümkün deyil. 10-ci sinif dərsliyində uydurma "Böyük Ermənistan" xəritəsi neçə gündür müzakirə olunur. Açıqmalardan belə aydın olur ki, müəlliflər google.az da axtarış veriblər və qarşılarına çıxan xəritəni qoyublar. Həmin xəritədə də "Armenia" yazılıb. Lakin müəlliflər bir balaca da geniş axtarış aparsalar idi, görərdilər ki, Avropada guya hazırlanan bu xəritələrdə “Armenia” deyilən ərazi eyni dövrə aid digər xəritədə “Ariana”, başqasına “PersArmenian”, tam digər bir xəritədə “Arraniya” kimi yazılıb. Almanların arxivlərində olan xəritələrin çoxunda isə “Armenia” yoxdur. Google.comdan qarşılarına çıxan ilk xəritəni kitaba qoyurlar. Lakin araşdırmırlar.

Xəritə hazırlanan zaman ilk növbə bir çox tarixçinin qədim əsərləri oxunmalı və o adlar yerli dilçilərlə müzakirə edilməlidir. Bunun günahı isə tarix elminə cavabdeh olan qurumlarda, alimlərdə və xəritəçəkmə üzrə məsul qurumlardadır.

Azərbaycanın qədim dövr tarixinə aid düzgün xəritələr yoxdur. Xəritələr təkcə özümüzün xəyal məhsulu olmalı deyil. Bir çox qədim mənbələrə və tarixi əsərlərə istinad etməlidir. Ermənilər ərəblərin "Ərməniyyə-ərlərin torpağı" adlandırdığı ərazini çox ustalıqla “Armenia” kimi özününküləşdirdilər. Qriqorian albanlarını erməniləşdirdilər.

Bu səhv təkcə müəlliflərin deyil, bu gün bizdə elmə ciddi yanaşmayanların günahıdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ